2026-cı il 1 və 2 fevral tarixlərində Dos. Telman Nüsrətoğlu AZTV, Arb24 və Baku Tv-nin müxtəlif proqramlarında çıxış edərək İran ətrafında formalaşan regional və beynəlxalq geosiyasi vəziyyəti təhlil edib.
Bu barədə “Tehsil365”ə universitetdən məlumat verilib. Bildirilib ki, ekspert Tehran rəhbərliyinin daxili və xarici siyasətində üzləşdiyi çağırışları, eləcə də bu proseslərin Azərbaycan və Cənubi Qafqaz üçün mümkün nəticələrini ətraflı şəkildə şərh edib. Analitik yanaşmaları ilə seçilən çıxışlarda İranın mövcud vəziyyəti tarixi, siyasi və strateji kontekstlərdə qiymətləndirilib, regionda yaranan yeni reallıqlara dair mühüm məqamlar diqqətə çatdırılıb.

