Təhsil 365 - Logo Mobile

Dünya şöhrətli alim Lütfi Zadənin 105 illiyi qeyd olunur

8004.02.2026 - 04:59
Dünya şöhrətli alim Lütfi Zadənin 105 illiyi qeyd olunur

Bu gün dünya şöhrətli azərbaycanlı alim, “qeyri-səlis məntiq” nəzəriyyəsinin yaradıcısı Lütfi Zadənin doğum günüdür.

“Tehsil365” xəbər verir ki, Lütfi Zadə 1921-ci il 4 fevral tarixində Bakının Novxanı kəndində doğulub. Alimin atası Rəhim Ələsgərzadə İranın Ərdəbil şəhərində ziyalı ailəsində anadan olub və ticarətlə məşğul olmuşdur. Anası Fanya Moiseyevna Korem isə yəhudi əsilli rus uşaq həkimi olub.

Lütfi Zadə ilk təhsilini Bakıda alıb, sonradan ailəsi ilə Tehrana köçüb. Orada amerikalıların Albors missioner məktəbində orta təhsilini davam etdirib və Tehran Universitetinin Elektrik mühəndisliyi fakültəsini bitirib. 1944-cü ildən isə ABŞ-da Massaçusets Texnologiya İnstitutunda təhsil alıb, daha sonra Kolumbiya Universitetində magistr və professor dərəcəsi qazanıb. Berkli Universitetində ömrünün sonuna qədər fəaliyyət göstərmişdir.

Alim 6 sentyabr 2017-ci ildə ABŞ-da 96 yaşında vəfat etmiş və vəsiyyətinə əsasən, nəşi Bakıya gətirilərək I Fəxri Xiyabanda torpağa tapşırılmışdır.

Dünya elminə onun adı ilə bağlı altı mühüm nəzəriyyə məlumdur. Lütfi Zadənin ən tanınmış əsəri olan qeyri-səlis məntiq nəzəriyyəsi 1965-ci ildə işlənib hazırlanmış və dünya elminə inqilab hesab olunur. Bu nəzəriyyə sayəsində real həyatı daha adekvat və çoxmənalı dəyərlərlə təhlil etmək mümkün olur. Alim həmçinin "təəssüratlar nəzəriyyəsi", "sistemlər nəzəriyyəsi", "sözlə işləyən kompüter nəzəriyyəsi", "optimal süzgəclər nəzəriyyəsi" və "soft kompyutinq" kimi fundamental elmi nəzəriyyələr təklif etmişdir.

Lütfi Zadənin nəzəriyyələri dünyanın bir çox aparıcı şirkətləri tərəfindən sənayedə geniş tətbiq olunur. Yaponiyanın "Mitsubishi", "Sony", "Canon", "Honda" və digər şirkətləri, eləcə də ABŞ şirkətləri bu nəzəriyyədən istifadə edərək müxtəlif texnoloji sistemlər və robotlar yaradıb.

Aydan Ələkbərova

Xəbər Lenti

Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə hazırlıqla bağlı AMEA-da komissiya yaradılıb04.02.2026 - 07:25
638 şagird Respublika Fənn Olimpiadalarının yarımfinal mərhələsinə vəsiqə qazanıb - FOTO04.02.2026 - 07:12
Xaqani Şirvaninin “Töhfətül-İraqeyn” əsəri şərhlər verilməklə ilk dəfə çap olunacaq04.02.2026 - 06:59
Şirvan-Salyan regionu üzrə 423 şagird fənn olimpiadalarının yarımfinal mərhələsinə vəsiqə qazanıb - FOTO04.02.2026 - 06:47
Azərbaycan Gəncləri Gününə həsr olunmuş “GəncİNTELLEKT” fərdi intellektual yarışı keçirilib - FOTO04.02.2026 - 06:35
293 şagird Respublika Fənn Olimpiadalarının yarımfinal mərhələsinə vəsiqə qazanıb04.02.2026 - 06:20
Şəmkirdə 2 Fevral – Azərbaycan Gəncləri Günü qeyd olunub - FOTO04.02.2026 - 06:10
Tarixdə ilk dəfə kosmosda kəpənək sürfədən çıxdı04.02.2026 - 05:57
Bu gün hava necə olacaq? 04.02.2026 - 05:45
Mənə bir məktub göndər, bilim ki, ölməmişəm... – Sabir Yusifoğlunun şeirləri04.02.2026 - 05:32
Zahid Xəlilovun vəfatından 52 il ötür04.02.2026 - 05:21
Polad Bülbüloğlunun doğum günüdür04.02.2026 - 05:10
"ChatGPT"nin işində kütləvi nasazlıq baş verib03.02.2026 - 21:50
Bakıya qonaq gələn tələbə itkin düşdü03.02.2026 - 19:41
Naxçıvanda şahmat birinciliyinə start verilib03.02.2026 - 19:35
Otuza yaxın şair-yazıçı AYB-dən çıxarılıb03.02.2026 - 19:21
Xəzər Universitetində Aşıq Ramin Qarayevin “Sazımda – Avazımda” solo konserti keçirilib03.02.2026 - 19:10
Dos. Telman Nüsrətoğlu İranın geosiyasi vəziyyətini televiziya proqramlarında təhlil edib03.02.2026 - 18:59
“Rəqəmsal məktəb” platformasında valideyn məmnuniyyətinə dair sorğu keçirilir03.02.2026 - 18:47
ADU-nun Təhsil fakültəsinin dekanı Firuzə Rzayeva elmlər doktoru elmi dərəcəsinə layiq görülüb03.02.2026 - 18:29
Türk Dünyası Araşdırmaları Mərkəzi yeni layihələr hazırlayıb03.02.2026 - 18:15
Sumqayıt Dövlət Universitetində payız semestrinin imtahan sessiyası yekunlaşıb - FOTO03.02.2026 - 18:09
Naxçıvan Dövlət Universitetində Xalq artisti Ağaverdi Paşayevin 75 illik yubileyi qeyd olunub - FOTO03.02.2026 - 17:50
Bu kollecə yeni direktor təyin edilib 03.02.2026 - 17:39
Nazir kollec direktorunu işdən çıxardı - FOTO03.02.2026 - 17:24
Müəllimlər üçün süni intellekt əsaslı platforma yaradıldı - FOTOLAR03.02.2026 - 17:11
67 illik karyerası ilə “Ginnesin Rekordlar Kitabı”na düşdü03.02.2026 - 16:51
BANM-də SOCAR və “Honeywell” şirkətinin Əməliyyat Texnologiyaları Akademiyası açıldı - FOTOLAR03.02.2026 - 16:38
Strateji tərəfdaşlıq Azərbaycan-İtaliya mədəni əməkdaşlığına da geniş zəmin yaradıb - FOTO03.02.2026 - 16:26
Azərbaycan ilə ABŞ arasında mədəniyyət sahəsində əlaqələr müzakirə edilib - FOTO03.02.2026 - 16:02
MEK-də növbəti könüllülük proqramı başa çatıb - FOTO03.02.2026 - 15:49
Doktorantlar üçün növbəti seminar keçirilib - FOTO03.02.2026 - 15:38
BANM beynəlxalq əmək bazarı üçün kadr hazırlığını genişləndirir03.02.2026 - 15:25
Bu qədər təhsil işçisi sanatoriya və istirahət imkanlarından yararlanıb03.02.2026 - 15:13
MDU əməkdaşlıq əlaqələrini genişləndirir - FOTO03.02.2026 - 14:57
Elm və təhsil nazirinin müavini İsraildə səfərdədir03.02.2026 - 14:45
Zal nəzarətçiləri üçün təlimlər yekunlaşıb03.02.2026 - 14:33
ADU ilə Cənubi Koreyanın Sunqşil Universiteti arasında Anlaşma Memorandumu imzalanıb - FOTO03.02.2026 - 14:20
ADU-da Özbək dili və Ədəbiyyatı Mərkəzinin açılışı olub - FOTOLAR03.02.2026 - 14:10
Respublika Uşaq Kitabxanasında Gənclər Gününə həsr olunmuş maarifləndirici tədbir keçirilib - FOTO03.02.2026 - 13:54
ADU-nun müəlliminə fəlsəfə doktoru elmi dərəcəsi verilib03.02.2026 - 13:40
Azərbaycan Dillər Universitetində laborant vəzifəsi üzrə vakansiya elan olunub03.02.2026 - 13:30
BDU nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri Respublika Fənn Olimpiadalarında uğur qazanıblar03.02.2026 - 13:20
VI Azərbaycan Astronomiya Olimpiadasının ilk mərhələsi keçirilib03.02.2026 - 13:09
Qəbələdə “Qış nağılı” Musiqi Festivalı başlayır03.02.2026 - 12:56
Azərbaycan Gəncləri Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib - FOTOLAR03.02.2026 - 12:43
Məktəblilər arasındakı dava ilə bağlı polisdən AÇIQLAMA03.02.2026 - 12:30