Şəmkir rayonunda 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib. Tədbir Şəmkir rayonu üzrə təhsil sektorunun təşkilatçılığı ilə baş tutub.
“Tehsil365” xəbər verir ki, əvvəlcə iştirakçılar Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək onun xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Süleyman Zeynallı və Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev çıxış ediblər. Çıxışlarda dövlət gənclər siyasətinin əhəmiyyəti, gənclərin cəmiyyətin inkişafındakı rolu xüsusi vurğulanıb.
Tədbir çərçivəsində gənc müəllimlərin ədəbi-bədii çıxışları təqdim olunub, fəallığı ilə seçilən bir qrup gənc Təşəkkürnamə ilə təltif edilib.

