Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində təhsil alan 293 şagird Respublika Fənn Olimpiadalarının yarımfinal mərhələsinə vəsiqə qazanıb.
Bu barədə “Tehsil365”ə Qarabağ Regional Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, fənn olimpiadalarının yarımfinal mərhələsinə Ağcabədi rayonu üzrə 36, Ağdam rayonu üzrə 72, Bərdə rayonu üzrə 95, Füzuli rayonu üzrə 33, Tərtər rayonu üzrə 28, Xankəndi şəhəri üzrə 2, Xocalı rayonu üzrə 2, Xocavənd rayonu üzrə isə 9 nəfər şagird vəsiqə qazanıb.

