Şirvan-Salyan regionu üzrə fənn olimpiadasının rayon mərhələsində uğur qazanan şagirdlərin sayı məlum olub.
Bu barədə “Tehsil365"ə Şirvan-Salyan Regional Təhsil İdarəsindən məlumat verilib.
İdarədən bildirilib ki, idarə üzrə 423 şagird Respublika fənn olimpiadasının yarımfinal mərhələsinə vəsiqə qazanıb.
Belə ki, fənn olimpiadasının yarımfinal mərhələsinə Şirvan şəhəri üzrə 114, Neftçala rayonu üzrə 106, Salyan rayonu üzrə 86, Biləsuvar rayonu üzrə 81, Hacıqabul rayonu üzrə 36 şagird vəsiqə əldə edib.

