Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsil alan 638 şagird Respublika Fənn Olimpiadalarının yarımfinal mərhələsinə vəsiqə qazanıb.
Bu barədə “Tehsil365”ə Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, fənn olimpiadalarının yarımfinal mərhələsinə Şəki rayonu üzrə 284, Oğuz rayonu üzrə 90, Qəbələ rayonu üzrə 85, Balakən rayonu üzrə 73, Qax rayonu üzrə 62, Zaqatala rayonu üzrə isə 44 şagird vəsiqə qazanıb.
Qeyd edək ki, Respublika Fənn Olimpiadaları şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsi, istedadlı şagirdlərin üzə çıxarılması məqsədi daşıyır.

