Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları 2026-cı il 5, 12 və 26 aprel tarixlərində keçiriləcək.
Bu barədə "Tehsil365"ə Dövlət İmtahan Mərkəzindən məlumat verib. Bildirilib ki, imtahanlar respublikanın şəhər və rayonları üzrə mərhələli şəkildə təşkil olunacaq. Hərəkət intensivliyinin azaldılması məqsədilə Sabunçu, Xəzər, Sumqayıt, Abşeron, Gəncə, Şəmkir, Lənkəran, Cəlilabad, Masallı, Xaçmaz və Quba rayonlarında yerləşən məktəblərin şagirdləri üçün imtahanlar iki hissəyə (I və II hissə) bölünüb.
İmtahan tarixləri üzrə bölgü:
5 aprel 2026-cı il
Bu tarixdə Xətai, Nərimanov, Qaradağ, Suraxanı, Səbail, Pirallahı, Gəncə (I hissə), Samux, Yevlax, Şəmkir (I hissə), Ağstafa, Şəki, Lənkəran (I hissə), Astara, Yardımlı, Ağdam, Ağcabədi, Şuşa, Xankəndi, Kəlbəcər, Xocalı, Ucar, Zərdab, Şamaxı, İmişli, Hacıqabul, Biləsuvar, Qusar, Siyəzən, Xızı və Şabran rayonlarında buraxılış imtahanları keçiriləcək.
12 aprel 2026-cı il
Bu tarixdə Sabunçu (I hissə), Xəzər (I hissə), Yasamal, Binəqədi, Sumqayıt (I hissə), Abşeron (I hissə), Gəncə (II hissə), Mingəçevir, Daşkəsən, Şəmkir (II hissə), Qazax, Qəbələ, Oğuz, Lənkəran (II hissə), Cəlilabad (I hissə), Masallı (I hissə), Beyləqan, Füzuli, Zəngilan, Cəbrayıl, Ağdaş, Ağsu, Qobustan, Sabirabad (I hissə), Neftçala, Şirvan, Xaçmaz (I hissə), Quba (I hissə), həmçinin tədrisi ingilis dilində olan məktəblərin şagirdləri imtahan verəcəklər.
26 aprel 2026-cı il
İmtahanlar Sabunçu (II hissə), Nizami, Xəzər (II hissə), Nəsimi, Sumqayıt (II hissə), Abşeron (II hissə), Naxçıvan, Göygöl, Goranboy, Naftalan, Gədəbəy, Tovuz, Qax, Balakən, Zaqatala, Lerik, Cəlilabad (II hissə), Masallı (II hissə), Bərdə, Tərtər, Göyçay, Saatlı, Salyan, Kürdəmir, İsmayıllı, Sabirabad (II hissə), Xaçmaz (II hissə), Quba (II hissə), Ağdərə, Laçın, Bakı şəhəri üzrə xüsusi məktəblər və gürcü bölməsi üzrə təhsil alan şagirdlərin məktəblərində təşkil olunacaq.
Qeyd:
Məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər imtahanlarını təhsil aldıqları məktəbin yerləşdiyi şəhər və rayonun imtahan tarixində verəcəklər.
İmtahana buraxılış vərəqələri hər imtahan tarixindən 5 gün əvvəl DİM-in rəsmi saytında yerləşdiriləcək.

