Elm və Təhsil naziri Emin Əmrullayev fevralın 27-də Sumqayıtda vətəndaşları qəbul edəcək.
“Tehsil365” xəbər verir ki, qəbula Sumqayıt, Abşeron, Xızı və Qubadlı sakinləri yazıla bilər.
Qəbula yazılmaq üçün bir neçə üsul mövcuddur:
Çağrı Mərkəzi vasitəsilə: 146 – 2 və ya 146 – 6 nömrələrinə zəng edərək
Elektron formada: www.edu.gov.az saytının “Əlaqə” bölməsinə daxil olaraq
WhatsApp vasitəsilə: +994 51 206 78 48 nömrəsinə müraciət göndərərək
Qeydiyyat üçün son tarix 13 fevral 2026-cı il, saat 18:00-dəkdir.
Qəbulda iştirak etmək üçün qeydiyyat mütləqdir.

