Bakı Dövlət Universitetinin (BDU) rektoru səfər proqramı çərçivəsində Vyana şəhərində Azərbaycan Respublikasının Avstriya və Sloveniyada fövqəladə və səlahiyyətli səfiri, həmçinin Azərbaycanın Vyanada yerləşən beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Rövşən Sadıqbəyli ilə görüşüb.
Bu barədə "Tehsil365"ə universitetdən məlumat verilib. Bildirilib ki, görüşdə Avstriya və Sloveniya universitetləri ilə BDU arasında ali təhsil, elmi-tədqiqat və akademik mübadilə sahələrində əməkdaşlıq imkanları müzakirə olunub. Eyni zamanda, Vyanada fəaliyyət göstərən bir sıra beynəlxalq təşkilatlarla birgə elmi və institusional layihələrin həyata keçirilməsi, universitetlərarası tərəfdaşlıqların qurulması və BDU-nun beynəlxalq elmi platformalarda təmsilçiliyinin gücləndirilməsi məsələləri diqqət mərkəzində olub.

