Təhsil 365 - Logo Mobile

2025-ci ildə zal nəzarətçiləri bazasında ciddi ixtisar aparılıb

9104.02.2026 - 12:34
2025-ci ildə zal nəzarətçiləri bazasında ciddi ixtisar aparılıb

2025-ci ildə zal nəzarətçiləri bazasından 935 nəfər müxtəlif səbəblərə görə çıxarılıb.

“Tehsil365" xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzində imtahan rəhbərləri və zal nəzarətçiləri ilə görüşdə məlumat verilib.

Bildirilib ki, bunlardan 286 nəfəri birbaşa imtahanla bağlıdır.

Belə ki, 346 nəfər imtahanda iştirakdan dəfələrlə imtina etdiyinə görə siyahıdan çıxarılıb. Sosial məzuniyyətdə olan nəzarətçilərin sayı 122 nəfər təşkil edib. Cari ildə keçirilən imtahanlarda ağır dərəcəli köçürməyə yol verdiyi və ya köçürməyə şərait yaratdığına görə, o cümlədən sual kitabçalarının və cavab kartlarının dəyişdirilməsi, konspektdən istifadəyə göz yumulması kimi hallara görə imtahan rəhbəri tərəfindən qeyri-qənaətbəxş qiymətləndirilən 159 nəfər bazadan uzaqlaşdırılıb.

Bundan başqa, cavab kartını, cavab vərəqini, sual kitabçasını və ya yazı işi vərəqini səhv verdiyinə görə 14 nəfər, imtahan iştirakçısının imtahan zalından cavab kartını, cavab vərəqini və ya yazı işi vərəqini çıxarmasına yol verdiyinə görə isə 10 nəfər nəzarətçi siyahıdan çıxarılıb. İmtahan zalında telefon aşkarlandığı və ya nəzarətçinin özü ilə imtahan binasına telefon keçirdiyi hallara görə 6 nəfər məsuliyyətə cəlb olunub.

İmtahan zalını lazımi qaydada idarə edə bilmədiyinə və imtahan zamanı iştirakçılarla söhbət etdiyinə görə 42 nəzarətçi bazadan çıxarılıb. Sənədlərlə iş bacarığı və prosedur qaydalarına dair məlumatı zəif olan, cavab vərəqini sual kitabçası zərfinə qoyan, cavab vərəqini vaxtında təhvil almayan, sual kitabçasını iştirakçıya vaxtından əvvəl verən, iştirakçını səhv yerdə əyləşdirən, iştirakçıları vaxtından əvvəl buraxan və ya imtahan zamanı zaldan çıxan nəzarətçilərin sayı 16 nəfər olub.

Etik davranış qaydalarını pozduğuna görə 14 nəfər, nəzarətçi vəsiqəsini götürdüyü halda dəfələrlə imtahanlarda iştirak etmədiyinə görə isə 25 nəfər siyahıdan çıxarılıb. Müqavilə bağlanmadığına və ya mövcud müqaviləyə xitam verildiyinə görə 23 nəfər, işdən çıxdığına və ya təqaüdə getdiyinə görə isə 114 nəfər bazadan silinib. Digər səbəblər – səhhətinin imkan verməməsi, vəfat etməsi, ölkə xaricində olması, hərbi xidmətdə olması, ailə vəziyyətinin imkan verməməsi, direktor təyin edilməsi və ya dövlət qulluqçusu olması ilə əlaqədar olaraq 44 nəfər nəzarətçi siyahıdan çıxarılıb.

Aydan Ələkbərova

Xəbər Lenti

Azərbaycan florasında endemik bitkilərin vəziyyəti elmi əsaslarla tədqiq edilir04.02.2026 - 14:48
Mərkəzi Elmi Kitabxanada Gənc Alim və Mütəxəssislər Şurası yaradılıb - FOTO04.02.2026 - 14:37
“Rəqəmsal məktəb”: şagirdlər üçün müasir öyrənmə mühiti04.02.2026 - 14:25
BSU-da “İnklüziv bankçılıq” mövzusunda təlimin yekun görüşü təşkil edilib - FOTO04.02.2026 - 14:12
Elm və Təhsil Nazirliyində 146 Çağrı Mərkəzinin fəaliyyət dairəsi genişləndirilib - FOTO04.02.2026 - 13:58
Birgə elmi tədqiqatlar üçün Azərbaycan–İsrail platforması yaradılır04.02.2026 - 13:46
DİM-in imtahan nəzarətçilərinin 88,8 faizi ali təhsillidir04.02.2026 - 13:35
DİM-in şöbə müdiri imtahanlarda köçürmə hallarının kateqoriyalarını açıqlayıb04.02.2026 - 13:23
ADU-da “Çin mədəniyyətində atın simvolik təsviri” adlı bayram tədbiri təşkil edilib04.02.2026 - 13:12
Kimyaçı-alimlər Altsheymer xəstəliyinə qarşı ikili inhibitorlar yaradıblar - FOTO04.02.2026 - 12:59
DİM nəzarətçilərin ixtisas və regional bölgü statistikalarını açıqladı04.02.2026 - 12:46
DİM: 2025-ci ildə imtahanlara 15 476 nəzarətçi cəlb olunub04.02.2026 - 12:21
Məktəbin pəncərəsindən yıxılan şagirdin son vəziyyəti açıqlandı04.02.2026 - 12:11
Şirvan şəhəri üzrə 4 müasir metodist fəaliyyət göstərir - FOTO04.02.2026 - 12:00
Rezidentura imtahanında dəyişiklik edilib 04.02.2026 - 11:50
Azərbaycan və İsrail arasında təhsil əməkdaşlığı - FOTO04.02.2026 - 11:40
Azərbaycan İsraillə elm və texnologiya sahəsində əməkdaşlığını genişləndirir - FOTO04.02.2026 - 11:30
Atatürkün nadir şəkillərindən ibarət fotoalbom nəşr edilib04.02.2026 - 11:20
BMU-da tələbələrin İT bacarıqları artırılır - FOTO04.02.2026 - 11:10
Bakı məktəbində 10-cu sinif şagirdi pəncərədən yıxılıb – araşdırma aparılır04.02.2026 - 10:56
Bu məktəbin müəllimi vəfat edib - FOTO04.02.2026 - 10:45
Naxçıvan Dövlət Universitetinin rektoru xaricdə təhsil alacaq rezidentlərlə görüşüb - FOTO04.02.2026 - 10:32
BDU-nun rektoru Vyanada diplomatik görüş keçirib04.02.2026 - 10:21
Milli Gənc Tamaşaçılar Teatrında yeni tamaşasının oxunuş məşqlərinə başlanılıb - FOTO04.02.2026 - 10:11
Prezident Kitabxanasında Qara Qarayevin yaradıcılıq irsinə həsr olunmuş dəyirmi masa keçirilib - FOTO04.02.2026 - 10:00
Gənclər Kitabxanasında “Dünyaşöhrətli alim Lütfi Zadə -105” adlı elektron məlumat bazası hazırlanıb04.02.2026 - 09:49
“Gənc istedadlar” liseyinin şagirdləri BDU-nun elmi-tədqiqat mühiti ilə tanış olublar04.02.2026 - 09:37
Kollec rəhbərləri üçün təşkil olunan təlimlər davam edir04.02.2026 - 09:25
Sabah qar yağacaq04.02.2026 - 09:12
Müəllimlər üçün yeni mobil tətbiq istifadəyə verilib04.02.2026 - 09:01
Bakı Dövlət Universitetinin professoru vəfat etdi - FOTO04.02.2026 - 08:50
İtkin düşən 19 yaşlı tələbə tapıldı - FOTO04.02.2026 - 08:40
BDU ilə “PAŞA Kapital İnvestisiya Şirkəti” arasında əməkdaşlıq imkanları müzakirə olunub04.02.2026 - 08:29
Elm və Təhsil Naziri Sumqayıtda vətəndaşları qəbul edəcək - FOTO04.02.2026 - 08:18
BDU-nun rektoru Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə iştirak edib - FOTO04.02.2026 - 08:07
Dilçilik İnstitutunun Toponimika şöbəsinin adı dəyişdirilib04.02.2026 - 07:50
9 illik buraxılış imtahanlarının şəhər və rayonlar üzrə qrafiki açıqlanıb04.02.2026 - 07:38
Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə hazırlıqla bağlı AMEA-da komissiya yaradılıb04.02.2026 - 07:25
638 şagird Respublika Fənn Olimpiadalarının yarımfinal mərhələsinə vəsiqə qazanıb - FOTO04.02.2026 - 07:12
Xaqani Şirvaninin “Töhfətül-İraqeyn” əsəri şərhlər verilməklə ilk dəfə çap olunacaq04.02.2026 - 06:59
Şirvan-Salyan regionu üzrə 423 şagird fənn olimpiadalarının yarımfinal mərhələsinə vəsiqə qazanıb - FOTO04.02.2026 - 06:47
Azərbaycan Gəncləri Gününə həsr olunmuş “GəncİNTELLEKT” fərdi intellektual yarışı keçirilib - FOTO04.02.2026 - 06:35
293 şagird Respublika Fənn Olimpiadalarının yarımfinal mərhələsinə vəsiqə qazanıb04.02.2026 - 06:20
Şəmkirdə 2 Fevral – Azərbaycan Gəncləri Günü qeyd olunub - FOTO04.02.2026 - 06:10
Tarixdə ilk dəfə kosmosda kəpənək sürfədən çıxdı04.02.2026 - 05:57
Bu gün hava necə olacaq? 04.02.2026 - 05:45
Mənə bir məktub göndər, bilim ki, ölməmişəm... – Sabir Yusifoğlunun şeirləri04.02.2026 - 05:32