2025-ci il imtahanları üçün nəzarətçilər bazasının formalaşdırılması və statistik göstəriciləri açıqlanıb. Bildirilib ki, bazanın 81%-i riyaziyyat, ingilis dili, kimya, coğrafiya, biologiya, fizika, tarix, ibtidai sinif müəllimliyi ixtisaslarına və pedaqoji profilli olmayan digər ixtisas sahiblərinə aiddir.
“Tehsil365" xəbər verir ki, bu sözləri DİM-in Təşkilati-metodik təminat, təlimlər və regional bölmələrlə iş şöbəsinin müdiri Adıgözəl Həbibov media nümayəndələri üçün imtahan rəhbərləri və zal nəzarətçilərinin fəaliyyətinin qiymətləndirilməsinə həsr olunan tədbirdə çıxışı zamanı qeyd edib.
Cari il nəzarətçi sayına 2022, 2023 və 2024-cü illərlə baxdıqda müəyyən fənlər üzrə azalma və artımlar müşahidə olunub. Nəzarətçilərin regional bölgüsü üzrə isə 32,3%-i Bakı, 8,6%-ı Gəncə, 8,3%-ü Sumqayıt və Abşerona aiddir, digər bölgələrin payı 5,0%-7,6% arasında dəyişir.

