Dövlət İmtahan Mərkəzinin (DİM) imtahan nəzarətçilərinin 88,8 faizi ali təhsillidir.
“Tehsil365" xəbər verir ki, bunu DİM-in Təşkilati-metodik təminat, təlimlər və regional bölmələrlə iş şöbəsinin müdiri Adıgözəl Həbibov imtahan rəhbərləri və zal nəzarətçilərinin fəaliyyətinin qiymətləndirilməsinə dair keçirilən tədbirdə deyib. O bildirib ki, onların 75 faizi bakalavr, 13,8 faizi isə magistr və ya daha yüksək elmi dərəcəli nəzarətçilərdir: “Orta ixtisas təhsilli nəzarətçilərin sayı isə 11,2 faizdir. Magistr və elmi dərəcəli nəzarətçilərin sayı 2022-ci illə müqayisədə 6,8 faiz, 2023-cü illə müqayisədə 4,5 faiz, 2024-cü illə müqayisədə isə 1,9 faiz artıb”.

