Elm və Təhsil Nazirliyinin 146 Çağrı Mərkəzinin fəaliyyət dairəsi genişləndirilib.
Bu barədə "Tehsil365"ə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, artıq vətəndaşlar 146 – 11 xətti vasitəsilə nazir və nazir müavinlərinin qəbuluna yazılmaq üçün müraciət edə bilərlər.
Qeyd edək ki, bu yenilik vətəndaşların nazirliyin qəbul sisteminə daha rahat və operativ şəkildə müraciət etməsini təmin edir.

