Naxçıvan Dövlət Universitetində keçirilən tədbir çərçivəsində fakültələrin elmi-tədqiqat fəaliyyətini əks etdirən sərgi təşkil edilib.
Bu barədə “Tehsil365”ə Naxçıvan Dövlət Universitetindən məlumat verilib. Bildirilib ki,
sərgidə universitetin müxtəlif fakültə və kafedralarının elmi potensialını nümayiş etdirən materiallar təqdim olunub. Ekspozisiya zamanı fakültə əməkdaşları tərəfindən hazırlanmış və nəşr edilmiş monoqrafiya və dərsliklər, elmi-tədqiqat işləri, əldə edilmiş sertifikatlar, həmçinin Scopus və Web of Science beynəlxalq elmi bazalarında dərc olunmuş məqalələr nümayiş etdirilib.
Bununla yanaşı, Tələbə Elmi Cəmiyyəti (TEC) tərəfindən il ərzində icra olunmuş layihələrin proqramları, tələbələrin müəllifi olduğu elmi məqalələr, elmi müsabiqə və yarışlarda qazanılmış kubok və medallar, eləcə də müxtəlif diplom və mükafatlar sərgidə yer alıb.
Təqdim olunan materiallar universitetdə elmi fəaliyyətin miqyasını, aparılan tədqiqatların say və keyfiyyət göstəricilərini, eyni zamanda akademik heyət və tələbələrin elmi proseslərdə fəal iştirakını əyani şəkildə nümayiş etdirib.

