Təhsil 365 - Logo Mobile

ADU-da Türkiyənin “15 Temmuz Derneği”nin nümayəndə heyəti ilə görüş keçirilib - FOTO

7205.02.2026 - 06:10
ADU-da Türkiyənin “15 Temmuz Derneği”nin nümayəndə heyəti ilə görüş keçirilib - FOTO

Azərbaycan Dillər Universitetində (ADU) Türkiyə Respublikasının “15 Temmuz Derneği” ictimai təşkilatının nümayəndə heyəti ilə görüş baş tutub.

“Tehsil365” xəbər verir ki, görüşdə ADU-nun rektoru, akademik Kamal Abdulla, universitetin rəhbər heyəti və dərnəyin rəhbəri İsmail Hakkı Turunç iştirak ediblər.

Rektor Kamal Abdulla qonaqları salamlayaraq universitetin fəaliyyəti, beynəlxalq əlaqələri və çoxdilli təhsil strategiyası barədə ətraflı məlumat verib. O bildirib ki, 80 ilə yaxın tarixə malik olan ADU ölkədə xarici dillər üzrə müəllim və mütəxəssis hazırlığında aparıcı ali təhsil müəssisələrindən biridir. Universitetdə ingilis, fransız, alman və türk dilləri ilə yanaşı, koreya, çin, indoneziya, özbək və digər nadir dillər də tədris olunur, müxtəlif dil və mədəniyyət mərkəzləri fəaliyyət göstərir.

Qeyd edilib ki, ADU-nun əsas missiyası yalnız dil tədrisi ilə məhdudlaşmır, eyni zamanda xalqlar arasında elmi və mədəni əlaqələrin inkişafına töhfə verməkdir. Bu məqsədlə universitetin bir sıra xarici ölkələrin ali təhsil müəssisələrində Azərbaycan dili və mədəniyyəti mərkəzləri fəaliyyət göstərir, beynəlxalq əməkdaşlıq əlaqələri genişləndirilir, tələbə və müəllim mübadiləsi proqramları həyata keçirilir.

“15 Temmuz Derneği”nin rəhbəri İsmail Hakkı Turunç səmimi qəbula görə təşəkkürünü bildirərək rəhbərlik etdiyi təşkilatın fəaliyyəti və 15 iyul hadisələrinin Türkiyə xalqının birlik və həmrəylik nümunəsi kimi əhəmiyyəti barədə məlumat verib. O, Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətlərinin təhsil və mədəniyyət sahəsində əməkdaşlıq vasitəsilə daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.

Görüş zamanı tərəflər arasında qarşılıqlı əməkdaşlıq perspektivləri, birgə layihələrin icrası, gənclər və akademik mühit arasında əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub.

Sonda qonaqlara xatirə hədiyyələri təqdim edilib və əməkdaşlığın gələcəkdə də davam etdirilməsi ilə bağlı qarşılıqlı razılıq ifadə olunub.







Aydan Ələkbərova

Xəbər Lenti

Azərbaycanlı alimlər “Türk dünyasının fəxri alimi” beynəlxalq mükafatına layiq görülüblər - FOTO05.02.2026 - 16:25
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə ADA Universiteti arasında Anlaşma Memorandumu imzalanıb - FOTO05.02.2026 - 15:05
Azərbaycanda kosmik hava istiqamətində həyata keçirilmiş elmi-tədqiqat fəaliyyəti təqdim edilib05.02.2026 - 14:10
Abşeron məktəblərində sıxlıq azalır: 6 təhsil müəssisəsi istifadəyə verilib - FOTO05.02.2026 - 09:58
BMU professorunun tədqiqatı Q1kateqoriyalı jurnalda05.02.2026 - 09:45
“Yaşayan Əlişir Nəvai” mövzusunda beynəlxalq elmi konfrans keçirilib - FOTO05.02.2026 - 09:32
Ekspert Şurasının növbəti iclası keçirilib - FOTO05.02.2026 - 09:20
Görkəmli alim Nadir İsmayılovun 70 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb05.02.2026 - 09:10
BDU-da Çin Yaz Festivalı keçirilib - FOTO05.02.2026 - 08:59
Polimer kompozitlərin odadavamlılığının yaxşılaşdırılmasında mineral doldurucuların rolu araşdırılıb05.02.2026 - 08:47
Məktəb pəncərəsindən yıxılan uşaq özəl xəstəxanaya yerləşdirildi05.02.2026 - 08:35
“Rəqəmsal məktəb” platforması: Müəllim fəaliyyətinə dair valideyn rəyi05.02.2026 - 08:22
Nicat Əliyev “İlin Gənci” mükafatına layiq görülüb - FOT05.02.2026 - 08:10
Bu il doqquz bölgə üzrə 8 min musiqi müəllimi attestasiyaya cəlb olunacaq05.02.2026 - 07:58
DİM-də CAF layihəsi çərçivəsində növbəti seminar təşkil olunub - FOTO05.02.2026 - 07:46
Qazax-Tovuz Regional Təhsil İdarəsində vətəndaş qəbulu keçirilib - FOTO05.02.2026 - 07:34
Bu məktəblərə yeni direktorlar təyin olundu05.02.2026 - 07:23
Azərbaycan Universiteti yaz semestrində iki elmi konfrans keçirəcək05.02.2026 - 07:11
Milli Kitabxanada “Biblioqrafiyaşünas alim Nadir İsmayılov” adlı sərgi açılıb05.02.2026 - 06:57
BMU Pekin Kimya Texnologiya Universiteti ilə əməkdaşlığını genişləndirir05.02.2026 - 06:45
Dünya Hökumət Sammiti çərçivəsində Azərbaycanın təhsil əməkdaşlığı müzakirə olunub - FOTO05.02.2026 - 06:32
DİM bu imtahana qeydiyyat elan edir05.02.2026 - 06:20
Emin Əmrullayev BƏƏ-də Dünya Hökumət Sammitində iştirak edib05.02.2026 - 05:59
Naxçıvan Dövlət Universitetində elmi-tədqiqat sərgisi təşkil olunub05.02.2026 - 05:47
Professor vəfat etdi - FOTO05.02.2026 - 05:35
Fevralın 28-də "planetlərin böyük paradı" müşahidə olunacaq05.02.2026 - 05:25
Bu gün görkəmli bəstəkar Qara Qarayevin doğum günüdür05.02.2026 - 05:12
Bu gün hava necə olacaq? 05.02.2026 - 04:59
Masazır məktəbindən şikayət 04.02.2026 - 18:20
Sumqayıtda müəllim vəfat etdi - FOTO04.02.2026 - 17:11
Mehriban Ələkbərzadəyə yeni vəzifə verildi04.02.2026 - 16:56
Mədəniyyət Nazirliyində attestasiya məsələlərinə dair iclas keçirilib - FOTO04.02.2026 - 16:44
Dövlət Uşaq Filarmoniyasında Qara Qarayevin xatirəsi anılıb - FOTO04.02.2026 - 16:32
Gürcüstan parlamenti 11 illik təhsilə keçidlə bağlı dəyişiklikləri qəbul edib04.02.2026 - 16:20
Xankəndidə kibertəhlükəsizlik üzrə ixtisaslı mütəxəssislər hazırlanacaq04.02.2026 - 16:11
LDU-da növbəti infosessiya keçirilib - FOTO04.02.2026 - 15:55
Belarus Dövlət Universiteti ilə Coğrafiya İnstitutu arasında memorandum imzalanıb04.02.2026 - 15:43
“Cəsur kəşfiyyatçı” kitabının təqdimatı keçirilib - FOTO04.02.2026 - 15:31
DİM imtahan rəhbərlərini və nəzarətçiləri mükafatlandırıb - FOTO04.02.2026 - 15:20
İnformasiya Texnologiyaları İnstitutunda rəqəmsal kriminalistika sahəsində sistemli elmi tədqiqatlara başlanılıb04.02.2026 - 15:10
AMEA-nın müxbir üzvü Oruc Həsənlinin biblioqrafik göstəricisi nəşr olunub04.02.2026 - 14:59
Azərbaycan florasında endemik bitkilərin vəziyyəti elmi əsaslarla tədqiq edilir04.02.2026 - 14:48
Mərkəzi Elmi Kitabxanada Gənc Alim və Mütəxəssislər Şurası yaradılıb - FOTO04.02.2026 - 14:37
“Rəqəmsal məktəb”: şagirdlər üçün müasir öyrənmə mühiti04.02.2026 - 14:25
BSU-da “İnklüziv bankçılıq” mövzusunda təlimin yekun görüşü təşkil edilib - FOTO04.02.2026 - 14:12
Elm və Təhsil Nazirliyində 146 Çağrı Mərkəzinin fəaliyyət dairəsi genişləndirilib - FOTO04.02.2026 - 13:58
Birgə elmi tədqiqatlar üçün Azərbaycan–İsrail platforması yaradılır04.02.2026 - 13:46