Qazax-Tovuz Regional Təhsil İdarəsində vətəndaşların qəbulu keçirilib. Qəbula gələn vətəndaşlar əsasən işlə təmin olunma, əmək müqaviləsinin müddətinin uzadılması, iş yerinin dəyişdirilməsi və digər məsələlərlə bağlı müraciətlərini bildiriblər.
Bu barədə "Tehsil365"ə Qazax-Tovuz Regional Təhsil İdarəsindən məlumat verilib. Bildirib ki, idarə müdiri müraciətləri dinləyərək hər bir məsələnin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verib.
Qəbulun əsas məqsədi vətəndaş məmnunluğunu təmin etmək, müraciətlərə operativ reaksiya vermək və təhsil müəssisələrində sağlam, şəffaf mühit formalaşdırmaqdır.

