Azərbaycan Dillər Universitetinin Tələbə Gənclər Təşkilatının sabiq sədri, hazırda ATGTİ İdarə Heyətinin üzvü olan Nicat Əliyev Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbov tərəfindən 2026-cı ilin “İlin Gənci” mükafatı ilə təltif edilib.
"Tehsil365" xəbər verir ki, mükafat Goranboy şəhərinin 2026-cı il üçün “Gənclər Paytaxtı” elan edilməsi münasibətilə keçirilən açılış mərasimi zamanı təqdim olunub. Tədbir çərçivəsində Nicat Əliyevin gənclər siyasətinə verdiyi töhfələr və fəal ictimai fəaliyyəti yüksək qiymətləndirilib.
Qeyd edək ki, Nicat Əliyev hazırda Azərbaycan Dillər Universitetində magistratura təhsilini davam etdirir.

