Bakı Mühəndislik Universitetinin (BMU) Riyaziyyat və kompüter elmləri kafedrasının müdiri, professor Rakib Əfəndiyevin həmmüəllif olduğu elmi məqalə nüfuzlu “Scopus” beynəlxalq elmi bazasında indekslənən Q1kateqoriyalı Symmetry jurnalında dərc edilib.
Universitetdən “Tehsil365"ə bildirilib ki, müəlliflər “Analytic Solutions and Solvability of the Polyharmonic Cauchy Problem in ℝⁿ” adlı məqalədə çoxharmonik (polyharmonic) tənliklər üçün Koşi məsələsinin analitik həllini araşdırıb, simmetriyanın həllərin strukturu, dayanıqlığı və həllolma şərtlərinə təsirini elmi cəhətdən əsaslandırıblar. Tədqiqat çərçivəsində hiperkürəvi harmoniklər və homogen harmonik polinomlardan istifadə olunmaqla bərabər yaxınlaşan sıra həlləri qurulub, zəruri və kifayət edən həllolma meyarları müəyyən edilib.

