Təhsil 365 - Logo Mobile

Abşeron məktəblərində sıxlıq azalır: 6 təhsil müəssisəsi istifadəyə verilib - FOTO

9005.02.2026 - 09:58
Abşeron məktəblərində sıxlıq azalır: 6 təhsil müəssisəsi istifadəyə verilib - FOTO

2025-ci il ərzində Abşeron rayonu və ətraf ərazilərdə təhsil infrastrukturunun inkişafı istiqamətində genişmiqyaslı layihələr icra olunub. İl ərzində bölgədə 3 yeni tam orta ümumtəhsil məktəbi tikilərək, 3 məktəb isə əsaslı təmir və yenidənqurma işlərindən sonra istifadəyə verilib.

Elm və Təhsil Nazirliyindən “Tehsil365"ə bildirilib ki, tikilən məktəblər sırasında Abşeron rayonu Hökməli qəsəbəsində müasir standartlara cavab verən 1200 şagird yerlik tam orta ümumtəhsil məktəbi də yer alır. Məktəb binasında 50 sinif otağı, fizika, kimya və biologiya laboratoriyaları, İKT kabinetləri, kompüter sinfi, idman zalı və açıq idman meydançası, 8000-dən çox kitab fondu olan kitabxana, inklüziv təhsil otaqları, akt zalı və yeməkxana yaradılıb. Burada 80 nəfərlik müəllim heyəti fəaliyyət göstərir. Bundan başqa, Masazır qəsəbəsində “Yeni Bakı” yaşayış massivində 1200 şagird yerlik tam orta məktəb, eləcə də Xırdalan şəhərində 8 nömrəli 960 şagird yerlik tam orta məktəb müasir standartlara uyğun tikilərək istifadəyə verilib.

Ötən il ərzində əsaslı təmir olunan təhsil müəssisələri də tədris mühitinin yaxşılaşdırılmasına mühüm töhfə verib. Saray qəsəbə 1 nömrəli tam orta məktəbdə əsaslı təmir işləri aparılıb və əlavə olaraq 960 şagird yerlik yeni korpus inşa edilib. Sumqayıt şəhər 36 nömrəli 1296 şagird yerlik tam orta məktəbdə bərpa-gücləndirmə və əsaslı təmir işləri həyata keçirilib. Qobu qəsəbə 3 nömrəli tam orta məktəbdə isə mövcud bina əsaslı təmir olunub, əlavə 22 sinif otağı tikilib və məktəbin maddi-texniki bazası yenilənib.

Qeyd olunan layihələr Abşeron bölgəsində artan şagird sayına uyğun mövcud məktəblərdə yaranan sıxlığın azaldılmasına, tədrisin daha səmərəli təşkilinə, şagirdlər üçün təhlükəsiz, rahat və müasir təhsil mühitinin yaradılmasına töhfə verir.

Aydan Ələkbərova

Xəbər Lenti

Azərbaycanlı alimlər “Türk dünyasının fəxri alimi” beynəlxalq mükafatına layiq görülüblər - FOTO05.02.2026 - 16:25
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə ADA Universiteti arasında Anlaşma Memorandumu imzalanıb - FOTO05.02.2026 - 15:05
Azərbaycanda kosmik hava istiqamətində həyata keçirilmiş elmi-tədqiqat fəaliyyəti təqdim edilib05.02.2026 - 14:10
BMU professorunun tədqiqatı Q1kateqoriyalı jurnalda05.02.2026 - 09:45
“Yaşayan Əlişir Nəvai” mövzusunda beynəlxalq elmi konfrans keçirilib - FOTO05.02.2026 - 09:32
Ekspert Şurasının növbəti iclası keçirilib - FOTO05.02.2026 - 09:20
Görkəmli alim Nadir İsmayılovun 70 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb05.02.2026 - 09:10
BDU-da Çin Yaz Festivalı keçirilib - FOTO05.02.2026 - 08:59
Polimer kompozitlərin odadavamlılığının yaxşılaşdırılmasında mineral doldurucuların rolu araşdırılıb05.02.2026 - 08:47
Məktəb pəncərəsindən yıxılan uşaq özəl xəstəxanaya yerləşdirildi05.02.2026 - 08:35
“Rəqəmsal məktəb” platforması: Müəllim fəaliyyətinə dair valideyn rəyi05.02.2026 - 08:22
Nicat Əliyev “İlin Gənci” mükafatına layiq görülüb - FOT05.02.2026 - 08:10
Bu il doqquz bölgə üzrə 8 min musiqi müəllimi attestasiyaya cəlb olunacaq05.02.2026 - 07:58
DİM-də CAF layihəsi çərçivəsində növbəti seminar təşkil olunub - FOTO05.02.2026 - 07:46
Qazax-Tovuz Regional Təhsil İdarəsində vətəndaş qəbulu keçirilib - FOTO05.02.2026 - 07:34
Bu məktəblərə yeni direktorlar təyin olundu05.02.2026 - 07:23
Azərbaycan Universiteti yaz semestrində iki elmi konfrans keçirəcək05.02.2026 - 07:11
Milli Kitabxanada “Biblioqrafiyaşünas alim Nadir İsmayılov” adlı sərgi açılıb05.02.2026 - 06:57
BMU Pekin Kimya Texnologiya Universiteti ilə əməkdaşlığını genişləndirir05.02.2026 - 06:45
Dünya Hökumət Sammiti çərçivəsində Azərbaycanın təhsil əməkdaşlığı müzakirə olunub - FOTO05.02.2026 - 06:32
DİM bu imtahana qeydiyyat elan edir05.02.2026 - 06:20
ADU-da Türkiyənin “15 Temmuz Derneği”nin nümayəndə heyəti ilə görüş keçirilib - FOTO05.02.2026 - 06:10
Emin Əmrullayev BƏƏ-də Dünya Hökumət Sammitində iştirak edib05.02.2026 - 05:59
Naxçıvan Dövlət Universitetində elmi-tədqiqat sərgisi təşkil olunub05.02.2026 - 05:47
Professor vəfat etdi - FOTO05.02.2026 - 05:35
Fevralın 28-də "planetlərin böyük paradı" müşahidə olunacaq05.02.2026 - 05:25
Bu gün görkəmli bəstəkar Qara Qarayevin doğum günüdür05.02.2026 - 05:12
Bu gün hava necə olacaq? 05.02.2026 - 04:59
Masazır məktəbindən şikayət 04.02.2026 - 18:20
Sumqayıtda müəllim vəfat etdi - FOTO04.02.2026 - 17:11
Mehriban Ələkbərzadəyə yeni vəzifə verildi04.02.2026 - 16:56
Mədəniyyət Nazirliyində attestasiya məsələlərinə dair iclas keçirilib - FOTO04.02.2026 - 16:44
Dövlət Uşaq Filarmoniyasında Qara Qarayevin xatirəsi anılıb - FOTO04.02.2026 - 16:32
Gürcüstan parlamenti 11 illik təhsilə keçidlə bağlı dəyişiklikləri qəbul edib04.02.2026 - 16:20
Xankəndidə kibertəhlükəsizlik üzrə ixtisaslı mütəxəssislər hazırlanacaq04.02.2026 - 16:11
LDU-da növbəti infosessiya keçirilib - FOTO04.02.2026 - 15:55
Belarus Dövlət Universiteti ilə Coğrafiya İnstitutu arasında memorandum imzalanıb04.02.2026 - 15:43
“Cəsur kəşfiyyatçı” kitabının təqdimatı keçirilib - FOTO04.02.2026 - 15:31
DİM imtahan rəhbərlərini və nəzarətçiləri mükafatlandırıb - FOTO04.02.2026 - 15:20
İnformasiya Texnologiyaları İnstitutunda rəqəmsal kriminalistika sahəsində sistemli elmi tədqiqatlara başlanılıb04.02.2026 - 15:10
AMEA-nın müxbir üzvü Oruc Həsənlinin biblioqrafik göstəricisi nəşr olunub04.02.2026 - 14:59
Azərbaycan florasında endemik bitkilərin vəziyyəti elmi əsaslarla tədqiq edilir04.02.2026 - 14:48
Mərkəzi Elmi Kitabxanada Gənc Alim və Mütəxəssislər Şurası yaradılıb - FOTO04.02.2026 - 14:37
“Rəqəmsal məktəb”: şagirdlər üçün müasir öyrənmə mühiti04.02.2026 - 14:25
BSU-da “İnklüziv bankçılıq” mövzusunda təlimin yekun görüşü təşkil edilib - FOTO04.02.2026 - 14:12
Elm və Təhsil Nazirliyində 146 Çağrı Mərkəzinin fəaliyyət dairəsi genişləndirilib - FOTO04.02.2026 - 13:58
Birgə elmi tədqiqatlar üçün Azərbaycan–İsrail platforması yaradılır04.02.2026 - 13:46