Təhsil 365 - Logo Mobile

Azərbaycanda kosmik hava istiqamətində həyata keçirilmiş elmi-tədqiqat fəaliyyəti təqdim edilib

7105.02.2026 - 14:10
Azərbaycanda kosmik hava istiqamətində həyata keçirilmiş elmi-tədqiqat fəaliyyəti təqdim edilib

Avstriyanın Vyana şəhərində BMT-nin Kosmosdan Dinc Məqsədlər üçün İstifadə üzrə Komitəsinin (UNCOPUOS) koordinasiyası ilə Beynəlxalq Kosmik Hava Təşəbbüsü (International Space Weather Initiative – ISWI) proqramının Rəhbər Komitəsinin növbəti iclası keçirilir. İclas çərçivəsində Bakı Dövlət Universitetinin (BDU) rektoru və ISWI üzrə Azərbaycanın milli koordinatoru Elçin Babayev BMT-nin Xarici Kosmos Məsələləri üzrə Ofisinin (UNOOSA) dəvəti ilə son beş ildə Azərbaycanda kosmik hava sahəsində həyata keçirilmiş elmi və elmi-təşkilati fəaliyyətə həsr olunmuş məruzə ilə çıxış edib.

BDU-dan “Tehsil365"ə bildirilib ki, təqdimat əsasən Azərbaycanda kosmik hava (Space Weather) istiqamətində həyata keçirilmiş elmi-tədqiqat fəaliyyəti, beynəlxalq əməkdaşlıq mexanizmləri, ölçmə cihazlarından alınan məlumatların təhlili sahəsində əldə edilmiş nəticələrə həsr olunub. Məruzədə ölkədə kosmik hava müşahidələrinin təşkili, beynəlxalq şəbəkələrdə iştirak, məlumatların təhlili və modelləşdirmə proseslərinə inteqrasiya, eləcə də bu istiqamətdə formalaşan elmi potensial geniş şəkildə təqdim edilib. Azərbaycanda kosmos və kosmik hava sahəsində fəaliyyət göstərən müvafiq qurumlar, həyata keçirilən tədqiqatlar və layihələr barədə ətraflı məlumat verilib.

Eyni zamanda, çıxışda kosmik hava üzrə tədqiqatların ali təhsil mühitinə inteqrasiyası, kadr hazırlığı, gənc tədqiqatçıların və tələbələrin bu sahəyə cəlb olunması, cəmiyyətin maarifləndirilməsi və ictimaiyyətlə əlaqələr fəaliyyətinin gücləndirilməsi məsələlərinə diqqət yetirilib. Vurğulanıb ki, kosmik hava hadisələrinin öyrənilməsi təkcə fundamental elm baxımından deyil, həm də Günəşin Yerə, atmosferə, ionosferə və maqnit sahəsinə, həmçinin bioloji sistemlərə və iqlimə mümkün təsirləri, o cümlədən müasir texnoloji sistemlərin - rabitə, naviqasiya və enerji infrastrukturlarının təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir. Çıxışın sonunda Azərbaycanın bu istiqamətdə növbəti beynəlxalq elmi tədbirlərə ev sahibliyi etməyə hazır olduğu da diqqətə çatdırılıb.

ISWI Rəhbər Komitəsinin iclası milli koordinatorlar üçün öz ölkələrində həyata keçirilən fəaliyyətlərin, tədqiqat nəticələrinin və gələcək planların təqdimatı baxımından mühüm platforma rolunu oynayır. Bu baxımdan, Azərbaycanın kosmik hava sahəsində son illərdə atdığı addımlar və BDU-nun aparıcı akademik mərkəz kimi bu prosesdə oynadığı rol maraqla qarşılanıb.

Beynəlxalq Kosmik Hava Təşəbbüsü proqramı BMT-nin aidiyyəti qurumları və aparıcı elmi mərkəzlərin iştirakı ilə kosmik havanın öyrənilməsi, monitorinqi və proqnozlaşdırılması istiqamətində qlobal elmi əməkdaşlığı təşviq edən nüfuzlu beynəlxalq platformadır.

 

Aydan Ələkbərova

Xəbər Lenti

Azərbaycanlı alimlər “Türk dünyasının fəxri alimi” beynəlxalq mükafatına layiq görülüblər - FOTO05.02.2026 - 16:25
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə ADA Universiteti arasında Anlaşma Memorandumu imzalanıb - FOTO05.02.2026 - 15:05
Abşeron məktəblərində sıxlıq azalır: 6 təhsil müəssisəsi istifadəyə verilib - FOTO05.02.2026 - 09:58
BMU professorunun tədqiqatı Q1kateqoriyalı jurnalda05.02.2026 - 09:45
“Yaşayan Əlişir Nəvai” mövzusunda beynəlxalq elmi konfrans keçirilib - FOTO05.02.2026 - 09:32
Ekspert Şurasının növbəti iclası keçirilib - FOTO05.02.2026 - 09:20
Görkəmli alim Nadir İsmayılovun 70 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb05.02.2026 - 09:10
BDU-da Çin Yaz Festivalı keçirilib - FOTO05.02.2026 - 08:59
Polimer kompozitlərin odadavamlılığının yaxşılaşdırılmasında mineral doldurucuların rolu araşdırılıb05.02.2026 - 08:47
Məktəb pəncərəsindən yıxılan uşaq özəl xəstəxanaya yerləşdirildi05.02.2026 - 08:35
“Rəqəmsal məktəb” platforması: Müəllim fəaliyyətinə dair valideyn rəyi05.02.2026 - 08:22
Nicat Əliyev “İlin Gənci” mükafatına layiq görülüb - FOT05.02.2026 - 08:10
Bu il doqquz bölgə üzrə 8 min musiqi müəllimi attestasiyaya cəlb olunacaq05.02.2026 - 07:58
DİM-də CAF layihəsi çərçivəsində növbəti seminar təşkil olunub - FOTO05.02.2026 - 07:46
Qazax-Tovuz Regional Təhsil İdarəsində vətəndaş qəbulu keçirilib - FOTO05.02.2026 - 07:34
Bu məktəblərə yeni direktorlar təyin olundu05.02.2026 - 07:23
Azərbaycan Universiteti yaz semestrində iki elmi konfrans keçirəcək05.02.2026 - 07:11
Milli Kitabxanada “Biblioqrafiyaşünas alim Nadir İsmayılov” adlı sərgi açılıb05.02.2026 - 06:57
BMU Pekin Kimya Texnologiya Universiteti ilə əməkdaşlığını genişləndirir05.02.2026 - 06:45
Dünya Hökumət Sammiti çərçivəsində Azərbaycanın təhsil əməkdaşlığı müzakirə olunub - FOTO05.02.2026 - 06:32
DİM bu imtahana qeydiyyat elan edir05.02.2026 - 06:20
ADU-da Türkiyənin “15 Temmuz Derneği”nin nümayəndə heyəti ilə görüş keçirilib - FOTO05.02.2026 - 06:10
Emin Əmrullayev BƏƏ-də Dünya Hökumət Sammitində iştirak edib05.02.2026 - 05:59
Naxçıvan Dövlət Universitetində elmi-tədqiqat sərgisi təşkil olunub05.02.2026 - 05:47
Professor vəfat etdi - FOTO05.02.2026 - 05:35
Fevralın 28-də "planetlərin böyük paradı" müşahidə olunacaq05.02.2026 - 05:25
Bu gün görkəmli bəstəkar Qara Qarayevin doğum günüdür05.02.2026 - 05:12
Bu gün hava necə olacaq? 05.02.2026 - 04:59
Masazır məktəbindən şikayət 04.02.2026 - 18:20
Sumqayıtda müəllim vəfat etdi - FOTO04.02.2026 - 17:11
Mehriban Ələkbərzadəyə yeni vəzifə verildi04.02.2026 - 16:56
Mədəniyyət Nazirliyində attestasiya məsələlərinə dair iclas keçirilib - FOTO04.02.2026 - 16:44
Dövlət Uşaq Filarmoniyasında Qara Qarayevin xatirəsi anılıb - FOTO04.02.2026 - 16:32
Gürcüstan parlamenti 11 illik təhsilə keçidlə bağlı dəyişiklikləri qəbul edib04.02.2026 - 16:20
Xankəndidə kibertəhlükəsizlik üzrə ixtisaslı mütəxəssislər hazırlanacaq04.02.2026 - 16:11
LDU-da növbəti infosessiya keçirilib - FOTO04.02.2026 - 15:55
Belarus Dövlət Universiteti ilə Coğrafiya İnstitutu arasında memorandum imzalanıb04.02.2026 - 15:43
“Cəsur kəşfiyyatçı” kitabının təqdimatı keçirilib - FOTO04.02.2026 - 15:31
DİM imtahan rəhbərlərini və nəzarətçiləri mükafatlandırıb - FOTO04.02.2026 - 15:20
İnformasiya Texnologiyaları İnstitutunda rəqəmsal kriminalistika sahəsində sistemli elmi tədqiqatlara başlanılıb04.02.2026 - 15:10
AMEA-nın müxbir üzvü Oruc Həsənlinin biblioqrafik göstəricisi nəşr olunub04.02.2026 - 14:59
Azərbaycan florasında endemik bitkilərin vəziyyəti elmi əsaslarla tədqiq edilir04.02.2026 - 14:48
Mərkəzi Elmi Kitabxanada Gənc Alim və Mütəxəssislər Şurası yaradılıb - FOTO04.02.2026 - 14:37
“Rəqəmsal məktəb”: şagirdlər üçün müasir öyrənmə mühiti04.02.2026 - 14:25
BSU-da “İnklüziv bankçılıq” mövzusunda təlimin yekun görüşü təşkil edilib - FOTO04.02.2026 - 14:12
Elm və Təhsil Nazirliyində 146 Çağrı Mərkəzinin fəaliyyət dairəsi genişləndirilib - FOTO04.02.2026 - 13:58
Birgə elmi tədqiqatlar üçün Azərbaycan–İsrail platforması yaradılır04.02.2026 - 13:46