Təhsil 365 - Logo Mobile

Azərbaycanlı alimlər “Türk dünyasının fəxri alimi” beynəlxalq mükafatına layiq görülüblər - FOTO

7005.02.2026 - 16:25
Azərbaycanlı alimlər “Türk dünyasının fəxri alimi” beynəlxalq mükafatına layiq görülüblər - FOTO

Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Mükafat Komitəsinin qərarı ilə Azərbaycan xalçaçılığının, o cümlədən türk xalça sənətinin elmi tədqiqinə verdiyi dəyərli töhfələrə görə “Azərbaycan xalçaçıları” İctimai Birliyinin sədri, “Şöhrət” və “Şərəf” ordenlərinin kavaleri, sənətşünaslıq doktoru, professor Röya Tağıyeva “Türk dünyasının fəxri alimi” beynəlxalq mükafatına layiq görülüb.

“Tehsil365" xəbər verir ki, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasına ünvanladığı təşəkkür məktubunda Röya Tağıyeva bu mükafatı rəhbərlik etdiyi “Azərbaycan xalçaçıları” İctimai Birliyinin üzvlərinin fədakar əməyinə, həmçinin Türk dünyasının ortaq dəyəri olan xalça sənətinin öyrənilməsi ilə məşğul olan xalça mütəxəssisləri və sənətşünasların fəaliyyətinə verilən qiymət kimi dəyərləndirdiyini bildirib: “Təxminən 60 ilə yaxındır bu sahədə çalışıram, gənclərimizin xalça sənətinə marağını artırmaq üçün əlimdən gələni edirəm və onların uğurlarına sevinirəm”.

Xatırladaq ki, R.Tağıyeva 2020-ci ildə Akademiyanın “Qızıl ulduz” (Altın Yıldız) medalı və “Mədəniyyət üzrə ilin adamı” beynəlxalq mükafatı, 2021-ci ildə isə “Qotfrid Vilhelm Leybnits” medalı ilə təltif olunub. 2022-ci ildə onun rəhbərlik etdiyi “NUR Art House” qalereyası “Türk dünyasında ilin qalereyası” adına layiq görülüb.

Avropa Təbiət Elmləri Akademiyası tərəfindən təsis edilmiş “Qotfrid Vilhelm Leybnits” ordeni həmçinin tanınmış xalçaçı-rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü, “Azərbaycan xalçaçıları” İctimai Birliyinin idarə heyətinin üzvü, Şuşa və Qarabağ mövzularında rəngkarlıqda, xalçaçılıqda və elmi ədəbiyyatda dəyərli əsərlərin müəllifi Eldar Hacıyevə təqdim olunub.

Bundan başqa Azərbaycan incəsənətinə dair 50-dən çox elmi məqalənin və bir neçə monoqrafiyanın müəllifi, “Azərbaycan xalçaçıları” İctimai Birliyinin üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, sənət tarixi üzrə fəlsəfə doktoru Tahir Bayramov da mükafata layiq görülüb.

Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Mükafat Komitəsi türk mədəniyyətinin öyrənilməsi və təbliğinə verilən mühüm töhfələrə görə mükafatlar təqdim edir. Ordenlər, “Altın Yıldız” medalları və fəxri doktor diplomları elm, mədəniyyət və siyasət sahəsində tanınmış xadimlərə verilir.

Aydan Ələkbərova

Xəbər Lenti

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə ADA Universiteti arasında Anlaşma Memorandumu imzalanıb - FOTO05.02.2026 - 15:05
Azərbaycanda kosmik hava istiqamətində həyata keçirilmiş elmi-tədqiqat fəaliyyəti təqdim edilib05.02.2026 - 14:10
Abşeron məktəblərində sıxlıq azalır: 6 təhsil müəssisəsi istifadəyə verilib - FOTO05.02.2026 - 09:58
BMU professorunun tədqiqatı Q1kateqoriyalı jurnalda05.02.2026 - 09:45
“Yaşayan Əlişir Nəvai” mövzusunda beynəlxalq elmi konfrans keçirilib - FOTO05.02.2026 - 09:32
Ekspert Şurasının növbəti iclası keçirilib - FOTO05.02.2026 - 09:20
Görkəmli alim Nadir İsmayılovun 70 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb05.02.2026 - 09:10
BDU-da Çin Yaz Festivalı keçirilib - FOTO05.02.2026 - 08:59
Polimer kompozitlərin odadavamlılığının yaxşılaşdırılmasında mineral doldurucuların rolu araşdırılıb05.02.2026 - 08:47
Məktəb pəncərəsindən yıxılan uşaq özəl xəstəxanaya yerləşdirildi05.02.2026 - 08:35
“Rəqəmsal məktəb” platforması: Müəllim fəaliyyətinə dair valideyn rəyi05.02.2026 - 08:22
Nicat Əliyev “İlin Gənci” mükafatına layiq görülüb - FOT05.02.2026 - 08:10
Bu il doqquz bölgə üzrə 8 min musiqi müəllimi attestasiyaya cəlb olunacaq05.02.2026 - 07:58
DİM-də CAF layihəsi çərçivəsində növbəti seminar təşkil olunub - FOTO05.02.2026 - 07:46
Qazax-Tovuz Regional Təhsil İdarəsində vətəndaş qəbulu keçirilib - FOTO05.02.2026 - 07:34
Bu məktəblərə yeni direktorlar təyin olundu05.02.2026 - 07:23
Azərbaycan Universiteti yaz semestrində iki elmi konfrans keçirəcək05.02.2026 - 07:11
Milli Kitabxanada “Biblioqrafiyaşünas alim Nadir İsmayılov” adlı sərgi açılıb05.02.2026 - 06:57
BMU Pekin Kimya Texnologiya Universiteti ilə əməkdaşlığını genişləndirir05.02.2026 - 06:45
Dünya Hökumət Sammiti çərçivəsində Azərbaycanın təhsil əməkdaşlığı müzakirə olunub - FOTO05.02.2026 - 06:32
DİM bu imtahana qeydiyyat elan edir05.02.2026 - 06:20
ADU-da Türkiyənin “15 Temmuz Derneği”nin nümayəndə heyəti ilə görüş keçirilib - FOTO05.02.2026 - 06:10
Emin Əmrullayev BƏƏ-də Dünya Hökumət Sammitində iştirak edib05.02.2026 - 05:59
Naxçıvan Dövlət Universitetində elmi-tədqiqat sərgisi təşkil olunub05.02.2026 - 05:47
Professor vəfat etdi - FOTO05.02.2026 - 05:35
Fevralın 28-də "planetlərin böyük paradı" müşahidə olunacaq05.02.2026 - 05:25
Bu gün görkəmli bəstəkar Qara Qarayevin doğum günüdür05.02.2026 - 05:12
Bu gün hava necə olacaq? 05.02.2026 - 04:59
Masazır məktəbindən şikayət 04.02.2026 - 18:20
Sumqayıtda müəllim vəfat etdi - FOTO04.02.2026 - 17:11
Mehriban Ələkbərzadəyə yeni vəzifə verildi04.02.2026 - 16:56
Mədəniyyət Nazirliyində attestasiya məsələlərinə dair iclas keçirilib - FOTO04.02.2026 - 16:44
Dövlət Uşaq Filarmoniyasında Qara Qarayevin xatirəsi anılıb - FOTO04.02.2026 - 16:32
Gürcüstan parlamenti 11 illik təhsilə keçidlə bağlı dəyişiklikləri qəbul edib04.02.2026 - 16:20
Xankəndidə kibertəhlükəsizlik üzrə ixtisaslı mütəxəssislər hazırlanacaq04.02.2026 - 16:11
LDU-da növbəti infosessiya keçirilib - FOTO04.02.2026 - 15:55
Belarus Dövlət Universiteti ilə Coğrafiya İnstitutu arasında memorandum imzalanıb04.02.2026 - 15:43
“Cəsur kəşfiyyatçı” kitabının təqdimatı keçirilib - FOTO04.02.2026 - 15:31
DİM imtahan rəhbərlərini və nəzarətçiləri mükafatlandırıb - FOTO04.02.2026 - 15:20
İnformasiya Texnologiyaları İnstitutunda rəqəmsal kriminalistika sahəsində sistemli elmi tədqiqatlara başlanılıb04.02.2026 - 15:10
AMEA-nın müxbir üzvü Oruc Həsənlinin biblioqrafik göstəricisi nəşr olunub04.02.2026 - 14:59
Azərbaycan florasında endemik bitkilərin vəziyyəti elmi əsaslarla tədqiq edilir04.02.2026 - 14:48
Mərkəzi Elmi Kitabxanada Gənc Alim və Mütəxəssislər Şurası yaradılıb - FOTO04.02.2026 - 14:37
“Rəqəmsal məktəb”: şagirdlər üçün müasir öyrənmə mühiti04.02.2026 - 14:25
BSU-da “İnklüziv bankçılıq” mövzusunda təlimin yekun görüşü təşkil edilib - FOTO04.02.2026 - 14:12
Elm və Təhsil Nazirliyində 146 Çağrı Mərkəzinin fəaliyyət dairəsi genişləndirilib - FOTO04.02.2026 - 13:58
Birgə elmi tədqiqatlar üçün Azərbaycan–İsrail platforması yaradılır04.02.2026 - 13:46