Təhsil 365 - Logo Mobile

Naxçıvan Dövlət Universiteti ilə UNEC arasında əməkdaşlıq memorandumu imzalanıb - FOTO

8906.02.2026 - 05:32
Naxçıvan Dövlət Universiteti ilə UNEC arasında əməkdaşlıq memorandumu imzalanıb - FOTO

Naxçıvan Dövlət Universiteti (NDU) ilə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında əməkdaşlıq görüşü keçirilib.

Bu barədə "Tehsil365"ə universitetdən məlumat verilib. Bildirilib ki, NDU-nun konfrans zalında baş tutan tədbirdə universitetin rektoru Elbrus İsayev çıxış edərək ali təhsil müəssisəsinin tarixi, fəaliyyəti və inkişaf yolu haqqında ətraflı məlumat verib. Qeyd edib ki, 1967-ci ildə əsası qoyulan Naxçıvan Dövlət Universiteti uzun illərdir Naxçıvan Muxtar Respublikasının kadr potensialının formalaşmasına, sosial-iqtisadi inkişafına və ixtisaslı mütəxəssislərin hazırlanmasına mühüm töhfələr verir. Rektor NDU-nun elmi-tədqiqat, təlim-tədris və beynəlmiləlləşmə sahələrində əldə etdiyi nailiyyətlərdən danışaraq, 2025-ci ildə 252 nəfərin işə qəbulu ilə universitetin Naxçıvanda ən çox işəgötürən müəssisə olduğunu vurğulayıb.

UNEC-in rektoru Ədalət Muradov çıxışında görüşdən məmnunluğunu ifadə edib, rəhbərlik etdiyi ali təhsil müəssisəsinin fəaliyyəti və elmin inkişafı istiqamətində həyata keçirilən layihələr barədə məlumat verib. O, UNEC-in “Elmin populyarlaşdırılması” layihəsinin elmin cəlbediciliyinin artırılmasına və gənclərin elmə marağının gücləndirilməsinə xidmət etdiyini bildirib. Azərbaycan alimlərinin və onların əsərlərinin cəmiyyətə tanıdılmasının layihənin əsas məqsədlərindən biri olduğunu qeyd edən rektor NDU haqqında yüksək fikirlər səsləndirib: “Naxçıvan Dövlət Universiteti, həqiqətən də, böyük uğurlara imza atan universitetdir”.

Daha sonra Naxçıvan Dövlət Universiteti ilə Azərbaycan Dövlət İqtisad Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandumda hər iki universitetin elektron kitabxanalarının inteqrasiyası və ortaq elmi tədqiqatların aparılması nəzərdə tutulur. UNEC-in rektoru Ədalət Muradov kitabxanaların inteqrasiyasının ilk belə təşəbbüs olduğunu bildirərək, bu addımın universitetlər arasında elmi əməkdaşlığa ciddi töhfə verəcəyini vurğulayıb.

Tədbirdə iştirak edən ADPU-nun prorektoru, professor Mahirə Nağıqızı NDU-da olmaqdan məmnunluğunu ifadə edib, UNEC ilə NDU arasında imzalanan əməkdaşlıq müqaviləsini mühüm addım kimi dəyərləndirib. O, Prezident İlham Əliyevin Azərbaycan dilinin saflığının qorunması və dövlət dilinin təkmilləşdirilməsi ilə bağlı Fərmanına toxunaraq, ana dilimizin qorunması və milli-mənəvi dəyərlərin yaşadılmasının vacibliyini qeyd edib.

AMEA-nın həqiqi üzvü, akademik Muxtar İmanov isə çıxışında “Elmin populyarlaşdırılması” layihəsinin əhəmiyyətindən danışıb, elmin kütləviləşdirilməsində bu təşəbbüsün rolunu vurğulayıb, Azərbaycan dilinin qorunması məsələlərinə diqqət çəkib.

Görüşün sonunda tərəflər arasında xatirə hədiyyələri təqdim olunub və birgə foto çəkdirilib.



Aydan Ələkbərova

Xəbər Lenti

Prezidentdən bu milli parklarla bağlı - Fərman06.02.2026 - 15:55
“Medianı uşaqların mənafelərini üstün tutmağa dəvət edirəm” - Ombudsman06.02.2026 - 15:25
MEK-in direktoru: Ənənəvi elektron kitabxana modelləri mövcud reallıqları tam əhatə etmir - FOTO06.02.2026 - 15:10
Zəlilərlə müalicə: elmi proqnozlar və imkanlar - FOTO06.02.2026 - 14:35
UNEC-in təşəbbüsü ilə Naxçıvanda elmi görüşlər keçirilib - FOTO06.02.2026 - 13:50
Xırdalanda yeniyetmənin döyülməsi ilə bağlı araşdırma aparılır06.02.2026 - 13:35
İsrailli professor AzMİU-da elmi seminarla çıxış edib - FOTO06.02.2026 - 13:10
Müəllimini güllələyən şagirdin liseyə silahla daxilolma görüntüləri - ANBAAN VİDEO06.02.2026 - 12:50
BMU-nun təşkilatçılığı ilə dilçilik mövzusunda beynəlxalq vebinar təşkil olunub06.02.2026 - 12:20
16 yaşlı bacısını qətlə yetirən yeniyetməyə hökm oxunub06.02.2026 - 12:05
Təhsil sahəsində son dövrlərin nəticələri və qarşıdakı planlar...06.02.2026 - 11:55
Azərbaycanda qədim insan qalığı tapılıb: təhlil Yaponiyada aparılır06.02.2026 - 10:21
“Qərbi Azərbaycan İrsini Tanı” layihəsinə başlanılır06.02.2026 - 10:11
BMU-da gənc tədqiqatçıların X beynəlxalq elmi konfransı keçiriləcək06.02.2026 - 09:55
"İdrak" liseyində dərslər davam edir - RƏSMİ06.02.2026 - 09:40
Müəllimliyin "Nobel" mükafatı hind müəllimə verildi 06.02.2026 - 09:30
Yaqub Mahmudova təbrik ünvanlandı - 87 yaşı tamam olur06.02.2026 - 09:20
BDU “İlin alimi” müsabiqəsi elan edir06.02.2026 - 09:10
Dövlət Ekoloji Ekspertiza Agentliyi auditor seçir06.02.2026 - 08:54
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş - FOTO06.02.2026 - 08:43
Prokurorluq liseydəki güllələnmə ilə bağlı məlumat yaydı06.02.2026 - 08:33
Sabah hava yağmursuz keçəcək06.02.2026 - 08:21
Sumqayıt məktəblərində insident06.02.2026 - 08:10
Milli İncəsənət Muzeyinin 90 illiyi çərçivəsində növbəti mühazirə dinlənilib - FOTO06.02.2026 - 07:57
TİF və Milli Aviasiya Akademiyası arasında əməkdaşlıq memorandumu imzalanıb06.02.2026 - 07:45
Bu gün Xalq artisti Ağaxan Abdullayevin doğum günüdür06.02.2026 - 07:35
Xaqani Şirvani və Azərbaycan lirik poeziyasının tarixi qaynaqları06.02.2026 - 07:25
“Rəqəmsal Novruz tonqalı”nın yaradılmasının konseptual və texnoloji əsasları müzakirə olunub06.02.2026 - 07:15
Güllələnən müəllimin kimliyi məlum olub 06.02.2026 - 07:04
Bakıda şagird müəllimi güllələdi - VİDEO06.02.2026 - 06:50
Şagird ov tüfəngini məktəbə çantasında gətirib06.02.2026 - 06:20
Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinə qeydiyyat BAŞLADI06.02.2026 - 05:57
ADU-da Elmi Şuranın növbədənkənar iclası keçirilib06.02.2026 - 05:45
Azərbaycan “Avroviziya-2026” üçün namizəd seçimi prosesində növbəti mərhələyə keçib06.02.2026 - 05:21
Dövlət qulluğuna test imtahanları keçirilib 06.02.2026 - 05:11
Bu gün hava necə olacaq? 06.02.2026 - 04:50
Azərbaycanlı alimlər “Türk dünyasının fəxri alimi” beynəlxalq mükafatına layiq görülüblər - FOTO05.02.2026 - 16:25
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə ADA Universiteti arasında Anlaşma Memorandumu imzalanıb - FOTO05.02.2026 - 15:05
Azərbaycanda kosmik hava istiqamətində həyata keçirilmiş elmi-tədqiqat fəaliyyəti təqdim edilib05.02.2026 - 14:10
Abşeron məktəblərində sıxlıq azalır: 6 təhsil müəssisəsi istifadəyə verilib - FOTO05.02.2026 - 09:58
BMU professorunun tədqiqatı Q1kateqoriyalı jurnalda05.02.2026 - 09:45
“Yaşayan Əlişir Nəvai” mövzusunda beynəlxalq elmi konfrans keçirilib - FOTO05.02.2026 - 09:32
Ekspert Şurasının növbəti iclası keçirilib - FOTO05.02.2026 - 09:20
Görkəmli alim Nadir İsmayılovun 70 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb05.02.2026 - 09:10
BDU-da Çin Yaz Festivalı keçirilib - FOTO05.02.2026 - 08:59
Polimer kompozitlərin odadavamlılığının yaxşılaşdırılmasında mineral doldurucuların rolu araşdırılıb05.02.2026 - 08:47
Məktəb pəncərəsindən yıxılan uşaq özəl xəstəxanaya yerləşdirildi05.02.2026 - 08:35