Təhsil 365 - Logo Mobile

ADU-da Elmi Şuranın növbədənkənar iclası keçirilib

7406.02.2026 - 05:45
ADU-da Elmi Şuranın növbədənkənar iclası keçirilib

Fevralın 5-də Azərbaycan Dillər Universitetində (ADU) Elmi Şuranın növbədənkənar iclası keçirilib.

Bu barədə “Tehsil365”ə universitetdən məlumat verilib. Bildirilib ki, iclasda ADU-nun rektoru, akademik Kamal Abdulla şura üzvlərini salamlayaraq gündəlikdə duran məsələlər barədə məlumat verib.

İclasda ADU rəhbərliyi və kollektivi Təhsil fakültəsinin dekanı, dosent Firuzə Rzayevanın elmlər doktoru elmi dərəcəsinə layiq görülməsi münasibətilə onu təbrik edib. Eyni zamanda Azərbaycan dilçiliyi kafedrasının müdiri Fərəh Niftəliyeva yubileyi münasibətilə təbrik olunub, hər iki əməkdaşa cansağlığı və gələcək fəaliyyətlərində uğurlar arzulanıb.

Rektor Kamal Abdulla çıxışında universitetin beynəlxalq əlaqələrinin inkişafı, keçirilən görüşlər və həyata keçirilən tədbirlər barədə məlumat verib. Qeyd olunub ki, ADU-da Özbəkistan Dövlət Cahan Dillər Universitetinin Özbək dili və ədəbiyyatı mərkəzinin açılışı baş tutub. Açılış mərasimində Özbəkistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov, Özbəkistan Dövlət Cahan Dillər Universitetinin rektoru, professor İlxomjon Tuxtasinov, Azərbaycan–Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, millət vəkili Eldar İbrahimov və digər rəsmi şəxslər iştirak ediblər.

Eyni zamanda vurğulanıb ki, Azərbaycan Dillər Universiteti ilə Cənubi Koreyanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan Sunqşil Universiteti arasında Anlaşma Memorandumu imzalanıb. Son illər ADU ilə xarici ölkələrin universitetləri arasında elmi və mədəni əməkdaşlıq istiqamətində bir sıra tədbirlər həyata keçirilir. Bu əməkdaşlıq çərçivəsində akademik mübadilə, təcrübə və karyera imkanlarının araşdırılması, qarşılıqlı elmi konfransların təşkili, eləcə də dil və mədəniyyət mərkəzlərinin fəaliyyəti nəzərdə tutulur.

İclasda, həmçinin ADU-da Türkiyə Respublikasının “15 Temmuz Derneği” ictimai təşkilatının nümayəndə heyəti ilə keçirilən görüş də diqqətə çatdırılıb. Bildirilib ki, 80 ilə yaxın zəngin tarixə malik olan ADU ölkədə xarici dillər üzrə müəllim və mütəxəssis hazırlığında aparıcı ali təhsil müəssisələrindən biridir. Universitetdə ingilis, fransız, alman və türk dilləri ilə yanaşı, koreya, çin, indoneziya, özbək və digər nadir dillər də tədris olunur, müxtəlif dil və mədəniyyət mərkəzləri fəaliyyət göstərir.

ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova çıxışında universitetin beynəlxalq əlaqələrinin genişləndiyini, bu istiqamətdə mühüm görüşlərin keçirildiyini bildirib. Türkiyənin Qazi Universiteti ilə ikili diplom layihəsi üzrə razılıq əldə olunduğu qeyd edilib. Bununla da ADU ikili diplom proqramlarının genişləndirilməsi istiqamətində növbəti uğura imza atıb.

Biliyin qiymətləndirilməsi şöbəsinin müdiri İranə Əsədzadə 2025/2026-cı tədris ilinin payız semestrinin qış imtahan sessiyasının yekunları barədə məlumat verib. Bildirilib ki, imtahanlar dörd növbədə təşkil olunub. Bakalavriat səviyyəsi üzrə imtahanlar saat 09:00–17:00, magistratura səviyyəsi üzrə isə saat 18:00–20:00 aralığında keçirilib və imtahanların təşkili yüksək səviyyədə təmin olunub.

Sessiyanın gedişinə operativ nəzarət və şəffaflığın təmin edilməsi məqsədilə İmtahan Qərargahı və Apelyasiya Komissiyası yaradılıb.

İclasın sonunda iştirakçılar universitetin akademik inkişafının davam etdirilməsi və gələcək əməkdaşlıq layihələrinin uğurla həyata keçirilməsi üçün birgə fəaliyyətin vacibliyini vurğulayıblar. Elmi Şuranın növbədənkənar iclası qəbul edilən qərarlar və fəal müzakirələrlə yekunlaşıb.

Aydan Ələkbərova

Xəbər Lenti

Prezidentdən bu milli parklarla bağlı - Fərman06.02.2026 - 15:55
“Medianı uşaqların mənafelərini üstün tutmağa dəvət edirəm” - Ombudsman06.02.2026 - 15:25
MEK-in direktoru: Ənənəvi elektron kitabxana modelləri mövcud reallıqları tam əhatə etmir - FOTO06.02.2026 - 15:10
Zəlilərlə müalicə: elmi proqnozlar və imkanlar - FOTO06.02.2026 - 14:35
UNEC-in təşəbbüsü ilə Naxçıvanda elmi görüşlər keçirilib - FOTO06.02.2026 - 13:50
Xırdalanda yeniyetmənin döyülməsi ilə bağlı araşdırma aparılır06.02.2026 - 13:35
İsrailli professor AzMİU-da elmi seminarla çıxış edib - FOTO06.02.2026 - 13:10
Müəllimini güllələyən şagirdin liseyə silahla daxilolma görüntüləri - ANBAAN VİDEO06.02.2026 - 12:50
BMU-nun təşkilatçılığı ilə dilçilik mövzusunda beynəlxalq vebinar təşkil olunub06.02.2026 - 12:20
16 yaşlı bacısını qətlə yetirən yeniyetməyə hökm oxunub06.02.2026 - 12:05
Təhsil sahəsində son dövrlərin nəticələri və qarşıdakı planlar...06.02.2026 - 11:55
Azərbaycanda qədim insan qalığı tapılıb: təhlil Yaponiyada aparılır06.02.2026 - 10:21
“Qərbi Azərbaycan İrsini Tanı” layihəsinə başlanılır06.02.2026 - 10:11
BMU-da gənc tədqiqatçıların X beynəlxalq elmi konfransı keçiriləcək06.02.2026 - 09:55
"İdrak" liseyində dərslər davam edir - RƏSMİ06.02.2026 - 09:40
Müəllimliyin "Nobel" mükafatı hind müəllimə verildi 06.02.2026 - 09:30
Yaqub Mahmudova təbrik ünvanlandı - 87 yaşı tamam olur06.02.2026 - 09:20
BDU “İlin alimi” müsabiqəsi elan edir06.02.2026 - 09:10
Dövlət Ekoloji Ekspertiza Agentliyi auditor seçir06.02.2026 - 08:54
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş - FOTO06.02.2026 - 08:43
Prokurorluq liseydəki güllələnmə ilə bağlı məlumat yaydı06.02.2026 - 08:33
Sabah hava yağmursuz keçəcək06.02.2026 - 08:21
Sumqayıt məktəblərində insident06.02.2026 - 08:10
Milli İncəsənət Muzeyinin 90 illiyi çərçivəsində növbəti mühazirə dinlənilib - FOTO06.02.2026 - 07:57
TİF və Milli Aviasiya Akademiyası arasında əməkdaşlıq memorandumu imzalanıb06.02.2026 - 07:45
Bu gün Xalq artisti Ağaxan Abdullayevin doğum günüdür06.02.2026 - 07:35
Xaqani Şirvani və Azərbaycan lirik poeziyasının tarixi qaynaqları06.02.2026 - 07:25
“Rəqəmsal Novruz tonqalı”nın yaradılmasının konseptual və texnoloji əsasları müzakirə olunub06.02.2026 - 07:15
Güllələnən müəllimin kimliyi məlum olub 06.02.2026 - 07:04
Bakıda şagird müəllimi güllələdi - VİDEO06.02.2026 - 06:50
Şagird ov tüfəngini məktəbə çantasında gətirib06.02.2026 - 06:20
Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinə qeydiyyat BAŞLADI06.02.2026 - 05:57
Naxçıvan Dövlət Universiteti ilə UNEC arasında əməkdaşlıq memorandumu imzalanıb - FOTO06.02.2026 - 05:32
Azərbaycan “Avroviziya-2026” üçün namizəd seçimi prosesində növbəti mərhələyə keçib06.02.2026 - 05:21
Dövlət qulluğuna test imtahanları keçirilib 06.02.2026 - 05:11
Bu gün hava necə olacaq? 06.02.2026 - 04:50
Azərbaycanlı alimlər “Türk dünyasının fəxri alimi” beynəlxalq mükafatına layiq görülüblər - FOTO05.02.2026 - 16:25
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə ADA Universiteti arasında Anlaşma Memorandumu imzalanıb - FOTO05.02.2026 - 15:05
Azərbaycanda kosmik hava istiqamətində həyata keçirilmiş elmi-tədqiqat fəaliyyəti təqdim edilib05.02.2026 - 14:10
Abşeron məktəblərində sıxlıq azalır: 6 təhsil müəssisəsi istifadəyə verilib - FOTO05.02.2026 - 09:58
BMU professorunun tədqiqatı Q1kateqoriyalı jurnalda05.02.2026 - 09:45
“Yaşayan Əlişir Nəvai” mövzusunda beynəlxalq elmi konfrans keçirilib - FOTO05.02.2026 - 09:32
Ekspert Şurasının növbəti iclası keçirilib - FOTO05.02.2026 - 09:20
Görkəmli alim Nadir İsmayılovun 70 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb05.02.2026 - 09:10
BDU-da Çin Yaz Festivalı keçirilib - FOTO05.02.2026 - 08:59
Polimer kompozitlərin odadavamlılığının yaxşılaşdırılmasında mineral doldurucuların rolu araşdırılıb05.02.2026 - 08:47
Məktəb pəncərəsindən yıxılan uşaq özəl xəstəxanaya yerləşdirildi05.02.2026 - 08:35