Fevralın 6-da saat 09 radələrində Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş insident törədib.
“Tehsil365" xəbər verir ki, bu barədə Daxili işlər Nazirliyindən məlumat verilib.
O, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada müəllimə işləyən Ş.K-ya xəsarət yetirib.
Polis əməkdaşları tərəfindən Ə.Ş saxlanılıb. Ondan ov silahı götürülüb.
Faktla bağlı araşdırma aparılır.
10:30
Bakıdakı “İdrak Liseyi”ndə silahlı insident baş verib.
“Tehsil365” Unikal-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisindəki təhsil müəssisəsində qeydə alınıb.
Bildirilib ki, 10-cu sinif şagirdi müəllimə silahdan atəş açıb.
Dərhal xəstəxanaya çatdırılan müəllimin vəziyyətinin ağır olduğu bildirilir.

