Təhsil 365 - Logo Mobile

“Rəqəmsal Novruz tonqalı”nın yaradılmasının konseptual və texnoloji əsasları müzakirə olunub

7206.02.2026 - 07:15
“Rəqəmsal Novruz tonqalı”nın yaradılmasının konseptual və texnoloji əsasları müzakirə olunub

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda növbəti elmi seminar keçirilib. Seminarda AMEA Folklor İnstitutu ilə İnformasiya Texnologiyaları İnstitutunun birgə elmi əməkdaşlığı çərçivəsində hazırlanmış “Rəqəmsal transformasiyalar kontekstində milli identikliyin qorunması və reaktuallaşdırılması: smart novruz tonqalı” mövzusunda məruzə dinlənilib.

“Tehsil365" xəbər verir ki, elmi seminarda AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev çıxış edərək rəqəmsal transformasiyanın cəmiyyətin bütün sahələrinə sürətlə nüfuz etdiyini, virtuallaşma proseslərinin milli adət-ənənələrə və mərasimlərə də təsirsiz ötüşmədiyini bildirib. İnternet mühitində gedən folklorlaşma proseslərinin həm milli, həm də qlobal miqyasda baş verən dəyişikliklərlə sıx bağlı olduğunu deyən alim xüsusilə son illərdə süni intellekt texnologiyalarının sürətli inkişafının inqilabi yeniliklərə yol açdığını, bu proseslərin mədəni irsin öyrənilməsi baxımından yeni imkanlar qazandırdığını deyib.

Alim son illərdə İnformasiya Texnologiyaları İnstitutu ilə AMEA Folklor İnstitutunun əməkdaşlığı çərçivəsində internet folklorunun müasir problemləri, süni intellekt və folklor münasibətləri, eləcə də rəqəmsal transformasiyaların folklorlaşma proseslərinə təsiri ilə bağlı səmərəli tədqiqatların aparıldığını, mühüm elmi-innovativ nəticələrin əldə edildiyini deyib. Bu kontekstdə birgə fəaliyyətin nəticəsi olaraq Novruz tonqalı kimi ənənəvi mərasimlərin müasir tələblər prizmasından araşdırılmasının, onların müsbət və mənfi tərəflərinin öyrənilməsinin müasir dövrün tələbi olduğunu qeyd edib. Akademik bu istiqamətdə tədqiqatların milli maraqlara, milli identikliyin həm real, həm də virtual məkanda qorunub saxlanılmasına xidmət etdiyini söyləyib, adət-ənənələrin və mərasimlərin rəqəmsal platformalarda reallaşdırılması texnologiyalarının işlənilməsini aktual prioritet istiqamətlərdən biri kimi dəyərləndirib.

Sonra milli-mənəvi dəyərlərin müasir texnoloji çağırışlar fonunda qorunması məsələlərinə həsr olunmuş məruzə ilə AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev çıxış edib. Məruzəçi problemin aktuallığını qloballaşma və rəqəmsallaşma şəraitində milli identikliyə yönəlmiş risklər prizmasından qiymətləndirərək Marşal Makluenin “qlobal kənd” konsepsiyasına, Manuel Kastelsin “şəbəkə cəmiyyəti” nəzəriyyəsinə, Stüart Hollun identikliklə bağlı yanaşmalarına və Marqaret Midin mədəni dəyişmə haqqında fikirlərinə istinad edib. Bununla yanaşı, alim milli adət-ənənə və mərasimlərin sosial funksiyasını itirmə təhlükəsini Riçard Baumanın ritualın performativ xarakteri haqqında konsepsiyası ilə əsaslandırıb, mədəni irsin yalnız qorunmasının deyil, Yan Assman və Moris Halbvaksın kollektiv yaddaş nəzəriyyələri fonunda reaktuallaşdırılmasının, eləcə də rəqəmsal texnoloji vasitələr hesabına milli identikliyin yeni kommunikativ mühitlərdə canlılığının təmin edilməsinin zəruriliyini vurğulayıb. Məruzəçi milli adət-ənənə və mərasimlərin bariz nümunəsi kimi Novruz bayramı, xüsusilə də Novruz tonqalına qeyd olunan konseptual çərçivədə yanaşaraq onun müasir şəraitdə yeni funksional modellərini araşdırıb.

Alim texnoloji transformasiyalarla folklor arasında qarşılıqlı münasibətlərə diqqət çəkərək, elmi-texnoloji tərəqqinin və informasiya inqilablarının epoxal dəyişikliklər yaratdığını, sosial-demoqrafik proseslərin sosial-mədəni mühiti köklü şəkildə transformasiya etdiyini və bu proseslərin qarşılıqlı təsiri nəticəsində xalq biliyinin ifadəsi üçün yeni kanalların ortaya çıxdığını qeyd edib. Texnoloji tərəqqi ilə birbaşa bağlı olan kommunikativ dinamikanın isə şərti olaraq, xalq biliyinin miqrasiyasına – “kənddən şəhərə, şəhərdən virtual dünyaya köç” etməsinə təsir etdiyi vurğulanıb.

“Virtuallaşma və rəqəmsallaşma yalnız texnoloji deyil, eyni zamanda, texnokulturoloji və sosiotexnoloji transformasiyaları şərtləndirir”, – deyən Hikmət Quliyev şəhərləşmə, rəqəmsallaşma və virtuallaşmanın ortaya çıxardığı problemlərdən də söz açıb. O, ənənələrin müasir həyat şəraitinə adaptasiyası, rəqəmsal və virtual mühitdə folklorik davranış modellərinin formalaşması, xüsusilə gənc nəsildə milli identikliyin qorunması zərurəti ilə bağlı problemləri diqqətə çatdırıb.

Məruzəçi folklorşünaslığın qarşısında duran yeni vəzifələrdən bəhs edərək rəqəmsal mühitdə milli identikliyin qorunması yollarının araşdırılmasının, milli-mənəvi dəyər daşıyıcısı olan resursların reaktuallaşdırılması modellərinin işlənib-hazırlanmasının, ənənəvi davranış və dünyagörüşünün yeni sosial həyat tərzinə uyğunlaşdırılmasının, eyni zamanda, ənənəvi mədəni yaradıcılığın rəqəmsal platformalara transformasiyasının nəzəri və tətbiqi əsaslarının müəyyənləşdirilməsinin vacibliyini önə çəkib.

Beynəlxalq təcrübəyə istinad edən alim UNESCO-nun “Qeyri-maddi mədəni irsin qorunması haqqında” Konvensiyasını xatırladaraq, Novruz bayramının 2009-cu ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına daxil edilməsini milli identikliyin beynəlxalq səviyyədə tanınması baxımından mühüm nailiyyət kimi dəyərləndirib.

Məruzəçi Novruz bayramının əsas atributlarından biri olan tonqalın sosial və mifoloji funksiyalarına da toxunub. Bildirib ki, tonqal kollektiv mədəni yaddaşda təmizlənmə, yenilənmə və sosial birliyin rəmzi kimi çıxış etsə də, müasir şəhər, kənd mühitində yanğın təhlükəsizliyi, ekoloji və digər risklərlə müşayiət olunur.

Filologiya elmləri doktoru Hikmət Quliyev son illərdə Novruz mərasimləri zamanı baş verən yanğın hadisələri və xəsarətlərlə bağlı rəsmi qurumlar tərəfindən mediada yayımlanan faktlara istinad edərək, bu vəziyyətin ənənə ilə cəmiyyətin təhlükəsizliyi arasında ciddi dilemma yaratdığını və alternativ modellərin, texnoloji həllərin axtarışını zəruri etdiyini bildirib. Bu kontekstdə alim, “Smart Novruz tonqalı” konsepsiyasını təqdim edib. Konsepsiya tonqalın yanğın təhlükəsi yaratmayan, lakin onun sosial-mənəvi və simvolik mahiyyətini qoruyan, müxtəlif konstruksiyalarda yerinə yetirilən rəqəmsal və ya fiziki maket (süni şam ağacı kimi) formatında reallaşdırılmasını nəzərdə tutur.

Alim smart Novruz tonqalının texnoloji imkanlarına holoqrafik alov simulyasiyası, internet bağlantısı, virtual və əlavə edilmiş reallıq texnologiyalarının daxil olduğunu diqqətə çatdıraraq, bu model vasitəsilə dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların onlayn platformada “tonqal ətrafında” bir araya gəlməsinin mümkünlüyünü qeyd edib: “Nəticə etibarilə, “Smart Novruz tonqalı” konsepsiyası dünya azərbaycanlılarını vahid Novruz tonqalı ətrafında bir araya gətirməklə simvolik-mənəvi müstəvidə onların ortaq dəyərlər əsasında inteqrasiyasına, milli identikliyin qorunmasına, dilə, mədəniyyətə və Vətənə bağlılığının möhkəmlənməsinə şərait yarada bilər”.

Məruzə ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.

Sonra akademik Rasim Əliquliyev çıxış edərək məruzə ilə bağlı fikirlərini bölüşüb, təklif və tövsiyələrini səsləndirib. Alim dövlətimizin başçısı İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunduğunu bildirərək, bu il çərçivəsində milli adət-ənənələrə çoxtərəfli, multidisiplinar yanaşmanın tələb edildiyini, xüsusilə müasir dövrdə şəhər həyatının spesifik xüsusiyyətlərinin nəzərə alınmasının vacib olduğunu vurğulayıb. “Şəhər mühiti təhlükəsiz və təmiz olmalı, insan həyatına risk yaratmamalıdır. Məsələn, Novruz bayramı günlərində tonqalların yandırılması bəzi hallarda asfalt örtüyünün zədələnməsinə, yolların sıradan çıxmasına, nəqliyyat vasitələrinin hərəkətinin dayanmasına səbəb olur. Bundan əlavə, azyaşlıların tonqal üzərindən hoppanmağa məcbur edilməsi onların həyatı üçün təhlükə yaradır, ciddi psixoloji və fiziki sağlamlıq problemlərinə səbəb olur”, – deyə alim qeyd edib.

Qloballaşma və mədəniyyətlərin qarşılıqlı təsiri şəraitində milli adət-ənənələrin transformasiyasının baş verdiyini deyən akademik Rasim Əliquliyev onu da bildirib ki, əsas məqsəd keçmişi unutmaq və ya milli dəyərlərdən uzaqlaşmaq deyil. Əksinə, Novruz bayramının daşıdığı “istilik”, mehribanlıq, səmimiyyət, küsülülərin barışması və insanların sosiallaşması kimi dəyərləri qoruyub saxlamaq, adət-ənənələri müasir çağırışlar kontekstində yenidən aktuallaşdırmaq, müəyyən neqativ tərəflərini aradan qaldırmaqdır: “Rəqəmsal və mədəni transformasiyaların sintezi nəticəsində yeni yanaşmalar, innovasiyalar meydana çıxır ki, bu proses də milli adət-ənənələrə yeni baxış tələb edir”.

Akademik adət-ənənələrin statik olmadığını, onların zaman keçdikcə mövcud dövrün siyasi, ideoloji, texnoloji təsirləri altında dəyişdiyini, transformasiyaya uğradığını vurğulayıb. Smart tonqal ideyasını rəqəmsal transformasiyaların təsiri ilə baş verən mədəni transformasiyaların bir nümunəsi, eyni zamanda sosio-texnoloji innovasiya layihələrindən biri kimi qiymətləndirib.

Rəqəmsal tonqal konsepsiyasının texnoloji aspektlərinə də diqqət çəkən alim, internet platformalarında müxtəlif qruplar üçün “Smart Novruz tonqalı” sosial şəbəkələrinin yaradılması, toplanan məlumatların ailələrin fərdi bulud sistemlərində saxlanılması və arxivləşdirilməsi, o cümlədən biometrik tanınma sistemlərinin tətbiqinin zəruriliyini önə çəkib. Bildirib ki, “Rəqəmsal Novruz tonqalı” modeli əsasında yaradılan fərdi bulud həm ailə üçün xatirə, həm də müəyyən şərtlər daxilində tədqiqatçılar üçün zəngin informasiya bazası rolunu oynaya bilər.

Akademik smart, rəqəmsal tonqal kimi təşəbbüslərin həyata keçirilməsinin cəmiyyətdə inklüzivliyin təmin olunması baxımından da xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib: “Bu kimi rəqəmsal həllər müəyyən səbəblərdən (xəstəlik, fiziki məhdudiyyət, uzaq məsafə və s.) ailə mərasimlərində iştirak edə bilməyən insanlar üçün rahatlığı və bərabər kommunikativ imkanları təmin edəcək. Həmçinin smart tonqal ideyası dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıları, ailələri bir araya gətirərək, onların həmrəyliyini, virtual birliyini, sosial-mədəni bağlılığını təmin edəcək”.

Alim çıxışının sonunda süni intellekt və digər qabaqcıl rəqəmsal texnologiyaların folklor sahəsinə, xalq mədəniyyətinə təsiri ilə bağlı tədqiqatların genişləndirilməsinin, “Rəqəmsal Novruz tonqalı”nın yaradılmasının konseptual və texnoloji əsaslarının işlənilməsinin, eləcə də geniş ictimaiyyətin, müvafiq qurumların və şirkətlərin diqqətinin bu məsələlərə cəlb edilməsinin vacibliyini vurğulayıb.

Aydan Ələkbərova

Xəbər Lenti

Prezidentdən bu milli parklarla bağlı - Fərman06.02.2026 - 15:55
“Medianı uşaqların mənafelərini üstün tutmağa dəvət edirəm” - Ombudsman06.02.2026 - 15:25
MEK-in direktoru: Ənənəvi elektron kitabxana modelləri mövcud reallıqları tam əhatə etmir - FOTO06.02.2026 - 15:10
Zəlilərlə müalicə: elmi proqnozlar və imkanlar - FOTO06.02.2026 - 14:35
UNEC-in təşəbbüsü ilə Naxçıvanda elmi görüşlər keçirilib - FOTO06.02.2026 - 13:50
Xırdalanda yeniyetmənin döyülməsi ilə bağlı araşdırma aparılır06.02.2026 - 13:35
İsrailli professor AzMİU-da elmi seminarla çıxış edib - FOTO06.02.2026 - 13:10
Müəllimini güllələyən şagirdin liseyə silahla daxilolma görüntüləri - ANBAAN VİDEO06.02.2026 - 12:50
BMU-nun təşkilatçılığı ilə dilçilik mövzusunda beynəlxalq vebinar təşkil olunub06.02.2026 - 12:20
16 yaşlı bacısını qətlə yetirən yeniyetməyə hökm oxunub06.02.2026 - 12:05
Təhsil sahəsində son dövrlərin nəticələri və qarşıdakı planlar...06.02.2026 - 11:55
Azərbaycanda qədim insan qalığı tapılıb: təhlil Yaponiyada aparılır06.02.2026 - 10:21
“Qərbi Azərbaycan İrsini Tanı” layihəsinə başlanılır06.02.2026 - 10:11
BMU-da gənc tədqiqatçıların X beynəlxalq elmi konfransı keçiriləcək06.02.2026 - 09:55
"İdrak" liseyində dərslər davam edir - RƏSMİ06.02.2026 - 09:40
Müəllimliyin "Nobel" mükafatı hind müəllimə verildi 06.02.2026 - 09:30
Yaqub Mahmudova təbrik ünvanlandı - 87 yaşı tamam olur06.02.2026 - 09:20
BDU “İlin alimi” müsabiqəsi elan edir06.02.2026 - 09:10
Dövlət Ekoloji Ekspertiza Agentliyi auditor seçir06.02.2026 - 08:54
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş - FOTO06.02.2026 - 08:43
Prokurorluq liseydəki güllələnmə ilə bağlı məlumat yaydı06.02.2026 - 08:33
Sabah hava yağmursuz keçəcək06.02.2026 - 08:21
Sumqayıt məktəblərində insident06.02.2026 - 08:10
Milli İncəsənət Muzeyinin 90 illiyi çərçivəsində növbəti mühazirə dinlənilib - FOTO06.02.2026 - 07:57
TİF və Milli Aviasiya Akademiyası arasında əməkdaşlıq memorandumu imzalanıb06.02.2026 - 07:45
Bu gün Xalq artisti Ağaxan Abdullayevin doğum günüdür06.02.2026 - 07:35
Xaqani Şirvani və Azərbaycan lirik poeziyasının tarixi qaynaqları06.02.2026 - 07:25
Güllələnən müəllimin kimliyi məlum olub 06.02.2026 - 07:04
Bakıda şagird müəllimi güllələdi - VİDEO06.02.2026 - 06:50
Şagird ov tüfəngini məktəbə çantasında gətirib06.02.2026 - 06:20
Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinə qeydiyyat BAŞLADI06.02.2026 - 05:57
ADU-da Elmi Şuranın növbədənkənar iclası keçirilib06.02.2026 - 05:45
Naxçıvan Dövlət Universiteti ilə UNEC arasında əməkdaşlıq memorandumu imzalanıb - FOTO06.02.2026 - 05:32
Azərbaycan “Avroviziya-2026” üçün namizəd seçimi prosesində növbəti mərhələyə keçib06.02.2026 - 05:21
Dövlət qulluğuna test imtahanları keçirilib 06.02.2026 - 05:11
Bu gün hava necə olacaq? 06.02.2026 - 04:50
Azərbaycanlı alimlər “Türk dünyasının fəxri alimi” beynəlxalq mükafatına layiq görülüblər - FOTO05.02.2026 - 16:25
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə ADA Universiteti arasında Anlaşma Memorandumu imzalanıb - FOTO05.02.2026 - 15:05
Azərbaycanda kosmik hava istiqamətində həyata keçirilmiş elmi-tədqiqat fəaliyyəti təqdim edilib05.02.2026 - 14:10
Abşeron məktəblərində sıxlıq azalır: 6 təhsil müəssisəsi istifadəyə verilib - FOTO05.02.2026 - 09:58
BMU professorunun tədqiqatı Q1kateqoriyalı jurnalda05.02.2026 - 09:45
“Yaşayan Əlişir Nəvai” mövzusunda beynəlxalq elmi konfrans keçirilib - FOTO05.02.2026 - 09:32
Ekspert Şurasının növbəti iclası keçirilib - FOTO05.02.2026 - 09:20
Görkəmli alim Nadir İsmayılovun 70 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb05.02.2026 - 09:10
BDU-da Çin Yaz Festivalı keçirilib - FOTO05.02.2026 - 08:59
Polimer kompozitlərin odadavamlılığının yaxşılaşdırılmasında mineral doldurucuların rolu araşdırılıb05.02.2026 - 08:47
Məktəb pəncərəsindən yıxılan uşaq özəl xəstəxanaya yerləşdirildi05.02.2026 - 08:35