Təhsil 365 - Logo Mobile

Xaqani Şirvani və Azərbaycan lirik poeziyasının tarixi qaynaqları

9106.02.2026 - 07:25
Xaqani Şirvani və Azərbaycan lirik poeziyasının tarixi qaynaqları

Müasir Azərbaycan lirikası çoxəsrlik milli poeziyanın inkişafının məntiqi davamıdır. O, təsadüfi ədəbi hadisə deyil, tarixən formalaşmış poetik ənənənin nəticəsidir. Lirikanın təhlili Azərbaycan xalqının milli poetik dilinin, estetik və mənəvi dəyərlərinin öyrənilməsini tələb edir. Müasir lirika xronoloji deyil, daha çox milli poetik xüsusiyyətlərin və dərin tarixi qaynaqların araşdırılması baxımından izah olunmalıdır. Burada iki əsas məqam önəmlidir: “poetika” anlayışı zamanla dəyişir və lirikanın bədii xüsusiyyətlərini xalqın etik, estetik və fəlsəfi dəyərləri müəyyən edir. Azərbaycan ədəbiyyatında lirika aparıcı yer tutur. Poetik sözün obrazlılığı, çoxmənalılığı və bədii üsullar sistemi əsrlər boyu formalaşaraq milli poetika anlayışını yaradıb. Bu ənənə xüsusilə XII əsr dahiləri Əfzələddin Xaqani Şirvani və Nizami Gəncəvinin yaradıcılığından qaynaqlanır.

Bu fikirlər AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş mühafizi filologiya elmləri doktoru, dosent Səbinə Əhmədovanın AZƏRTAC-a təqdim etdiyi “Şairlər xaqanı Xaqani” başlıqlı məqaləsində yer alıb.

Məqalədə qeyd olunur ki, Xaqani poeziyasında orijinallıq, dövrə uyğun poetik düşüncə, milli təfəkkürün yenilənməsi aydın görünür. Xaqani “şeir mülkünün xaqanı” adlandırılır və o, yalnız Azərbaycanda deyil, bütün müsəlman Şərqində böyük ustad kimi qəbul olunurdu. Onun yaradıcılığında insanlıq, ədalət, elmə hörmət, mənəvi saflıq kimi dəyərlər əsas yer tutur.

Xaqani 1126-cı ildə Şamaxıda doğulub. O dövrdə Şamaxı Şirvanşahlar dövlətinin paytaxtı idi və regionun mədəni inkişafında mühüm rol oynayırdı. Bu mühitdə Xaqani, Nəsimi, Fələki Şirvani kimi böyük mütəfəkkirlər yetişmişdi.

Yazıda qeyd olunur ki, Xaqani və Nizami əsərlərini əsasən fars dilində yazsalar da, onların yaradıcılığında türk ruhu və mənəviyyatı aydın hiss olunur. Xaqani “Töhfətül-İraqeyn” əsərində özünü Oğuz türkü adlandırıb. Xaqani şair-filosof idi. Onun yaradıcılığında hikmətamiz nəsihətlər, insan və dünya haqqında fəlsəfi düşüncələr geniş yer tutur. Şair dünya malına bağlılığı rədd edir, mənəvi azadlığı üstün tutur. Onun poeziyası müsəlman Şərqinin bir çox şairlərinə təsir göstərib.

Müəllif bildirir ki, tədqiqatçılar Xaqanini Azərbaycan intibah ədəbiyyatının ilk qüdrətli nümayəndələrindən sayırlar. O, şeirdə bədii ifadə vasitələrini - istiarə, təkrir, hüsnü-təlil və digər üsulları ustalıqla tətbiq edib. Xaqani poeziyası həm fəlsəfi dərinliyi, həm də bədii zənginliyi ilə seçilir.

Xaqani Azərbaycan ədəbiyyatında fəlsəfi poeziyanın və həbsiyyə janrının əsasını qoyub. Şabran qalasında həbsdə yazdığı şeirlər azadlıq və insan ləyaqəti ideyalarını əks etdirir. Onun “Töhfətül-İraqeyn” əsəri ilk mənzum səfərnamə kimi böyük əhəmiyyət daşıyır və saray mühitinin riyakarlığını, ictimai ədalətsizliyi tənqid edir. “Mədain xarabalıqları” qəsidəsində şair keçmişin əzəməti ilə dünyanın faniliyini qarşılaşdırır. Xaqani mürəkkəb üslubu, elmi terminologiyanı poeziyaya gətirməsi ilə seçilir. O, həm qəsidə ustadı, həm də zərif qəzəl müəllifi idi.

Xaqaninin zindan şeirlərinin Şərq poeziyasında yeni mərhələ yaratdığını yazan alim qeyd edir ki, tədqiqatçılar bu əsərləri bəşəri ədalətsizlik, mənəvi azadlıq və insan ləyaqətinin poetik ifadəsi kimi qiymətləndirirlər. Onun dostu İzzəddin Şirvaniyə yazdığı mənzum məktublar epistolyar ədəbiyyatın qiymətli nümunələridir. “Vəhşətül-fətan” qəsidəsində şair insan nəfsinin təhlükəsini, dünyanın aldadıcı mahiyyətini göstərir və elmə, düşüncəyə çağırır.

S.Əhmədova bildirir ki, Nizami Gəncəvi Xaqanini yüksək qiymətləndirib, onun vəfatı münasibətilə mərsiyə yazıb. Bu, iki dahi sənətkar arasında böyük ehtiramın göstəricisidir.

Məqalədə vurğulanır ki, Xaqaninin “Xətmi-sülük” əsəri onun fəlsəfi-sufi baxışlarının yekunudur və mənəvi kamilləşmə yolunu təsvir edir. Xaqani Azərbaycan və ümumilikdə Şərq ədəbiyyatına yenilik gətirib, zəngin poetik irs yaradıb. Onun yaradıcılığı bu gün də aktualdır və yüksək qiymətləndirilir. Şairin 900 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması da onun ədəbiyyat tarixindəki böyük yerini bir daha təsdiqləyir.

Aydan Ələkbərova

Xəbər Lenti

Prezidentdən bu milli parklarla bağlı - Fərman06.02.2026 - 15:55
“Medianı uşaqların mənafelərini üstün tutmağa dəvət edirəm” - Ombudsman06.02.2026 - 15:25
MEK-in direktoru: Ənənəvi elektron kitabxana modelləri mövcud reallıqları tam əhatə etmir - FOTO06.02.2026 - 15:10
Zəlilərlə müalicə: elmi proqnozlar və imkanlar - FOTO06.02.2026 - 14:35
UNEC-in təşəbbüsü ilə Naxçıvanda elmi görüşlər keçirilib - FOTO06.02.2026 - 13:50
Xırdalanda yeniyetmənin döyülməsi ilə bağlı araşdırma aparılır06.02.2026 - 13:35
İsrailli professor AzMİU-da elmi seminarla çıxış edib - FOTO06.02.2026 - 13:10
Müəllimini güllələyən şagirdin liseyə silahla daxilolma görüntüləri - ANBAAN VİDEO06.02.2026 - 12:50
BMU-nun təşkilatçılığı ilə dilçilik mövzusunda beynəlxalq vebinar təşkil olunub06.02.2026 - 12:20
16 yaşlı bacısını qətlə yetirən yeniyetməyə hökm oxunub06.02.2026 - 12:05
Təhsil sahəsində son dövrlərin nəticələri və qarşıdakı planlar...06.02.2026 - 11:55
Azərbaycanda qədim insan qalığı tapılıb: təhlil Yaponiyada aparılır06.02.2026 - 10:21
“Qərbi Azərbaycan İrsini Tanı” layihəsinə başlanılır06.02.2026 - 10:11
BMU-da gənc tədqiqatçıların X beynəlxalq elmi konfransı keçiriləcək06.02.2026 - 09:55
"İdrak" liseyində dərslər davam edir - RƏSMİ06.02.2026 - 09:40
Müəllimliyin "Nobel" mükafatı hind müəllimə verildi 06.02.2026 - 09:30
Yaqub Mahmudova təbrik ünvanlandı - 87 yaşı tamam olur06.02.2026 - 09:20
BDU “İlin alimi” müsabiqəsi elan edir06.02.2026 - 09:10
Dövlət Ekoloji Ekspertiza Agentliyi auditor seçir06.02.2026 - 08:54
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş - FOTO06.02.2026 - 08:43
Prokurorluq liseydəki güllələnmə ilə bağlı məlumat yaydı06.02.2026 - 08:33
Sabah hava yağmursuz keçəcək06.02.2026 - 08:21
Sumqayıt məktəblərində insident06.02.2026 - 08:10
Milli İncəsənət Muzeyinin 90 illiyi çərçivəsində növbəti mühazirə dinlənilib - FOTO06.02.2026 - 07:57
TİF və Milli Aviasiya Akademiyası arasında əməkdaşlıq memorandumu imzalanıb06.02.2026 - 07:45
Bu gün Xalq artisti Ağaxan Abdullayevin doğum günüdür06.02.2026 - 07:35
“Rəqəmsal Novruz tonqalı”nın yaradılmasının konseptual və texnoloji əsasları müzakirə olunub06.02.2026 - 07:15
Güllələnən müəllimin kimliyi məlum olub 06.02.2026 - 07:04
Bakıda şagird müəllimi güllələdi - VİDEO06.02.2026 - 06:50
Şagird ov tüfəngini məktəbə çantasında gətirib06.02.2026 - 06:20
Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinə qeydiyyat BAŞLADI06.02.2026 - 05:57
ADU-da Elmi Şuranın növbədənkənar iclası keçirilib06.02.2026 - 05:45
Naxçıvan Dövlət Universiteti ilə UNEC arasında əməkdaşlıq memorandumu imzalanıb - FOTO06.02.2026 - 05:32
Azərbaycan “Avroviziya-2026” üçün namizəd seçimi prosesində növbəti mərhələyə keçib06.02.2026 - 05:21
Dövlət qulluğuna test imtahanları keçirilib 06.02.2026 - 05:11
Bu gün hava necə olacaq? 06.02.2026 - 04:50
Azərbaycanlı alimlər “Türk dünyasının fəxri alimi” beynəlxalq mükafatına layiq görülüblər - FOTO05.02.2026 - 16:25
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə ADA Universiteti arasında Anlaşma Memorandumu imzalanıb - FOTO05.02.2026 - 15:05
Azərbaycanda kosmik hava istiqamətində həyata keçirilmiş elmi-tədqiqat fəaliyyəti təqdim edilib05.02.2026 - 14:10
Abşeron məktəblərində sıxlıq azalır: 6 təhsil müəssisəsi istifadəyə verilib - FOTO05.02.2026 - 09:58
BMU professorunun tədqiqatı Q1kateqoriyalı jurnalda05.02.2026 - 09:45
“Yaşayan Əlişir Nəvai” mövzusunda beynəlxalq elmi konfrans keçirilib - FOTO05.02.2026 - 09:32
Ekspert Şurasının növbəti iclası keçirilib - FOTO05.02.2026 - 09:20
Görkəmli alim Nadir İsmayılovun 70 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb05.02.2026 - 09:10
BDU-da Çin Yaz Festivalı keçirilib - FOTO05.02.2026 - 08:59
Polimer kompozitlərin odadavamlılığının yaxşılaşdırılmasında mineral doldurucuların rolu araşdırılıb05.02.2026 - 08:47
Məktəb pəncərəsindən yıxılan uşaq özəl xəstəxanaya yerləşdirildi05.02.2026 - 08:35