"İdrak" liseyində tədris prosesi davam edir.
“Tehsil365" xəbər verir ki, liseyin rəsmi sosial şəbəkə hesabında bu gün baş vermiş insidentlə əlaqədar paylaşım edilib.
"Hörmətli valideynlər və ictimaiyyət,
Liseyimizlə bağlı son hadisə fonunda yaranan narahatlığı anlayırıq və cəmiyyətdə səslənən fikirləri diqqətlə izləyirik. Bildirmək istərdik ki, liseyimizdə təhlükəsizlik tədbirləri daim mövcud olmuş və tədris prosesi hər zaman nəzarət altında həyata keçirilmişdir.
Baş verən vəziyyət dərhal diqqətə alınmış, mövcud təhlükəsizlik və nəzarət mexanizmləri çərçivəsində idarə olunmuşdur. Hazırda da şagirdlərimizin və müəllimlərimizin təhlükəsizliyi tam şəkildə təmin olunur, dərslər normal qaydada davam edir.
Məsələ aidiyyəti qurumların iştirakı ilə araşdırılma mərhələsindədir və proses lisey rəhbərliyinin daimi nəzarəti altındadır. Valideynlərimizdən xahiş edirik sakitliyi qoruyub saxlasınlar və uşaqların psixoloji durumuna mənfi təsir göstərə biləcək şayiələrə deyil, rəsmi məlumatlara etibar etsinlər.
Lisey rəhbərliyi olaraq təhlükəsiz və sağlam təhsil mühiti bizim üçün dəyişməz prioritetdir.", - müraciətdə qeyd edilib.

