Təhsil 365 - Logo Mobile

UNEC-in təşəbbüsü ilə Naxçıvanda elmi görüşlər keçirilib - FOTO

9006.02.2026 - 13:50
UNEC-in təşəbbüsü ilə Naxçıvanda elmi görüşlər keçirilib - FOTO

UNEC-in rektoru, professor Ədalət Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti “Elmin populyarlaşdırılması” və “Elm gözəldir: məktəbdən elmə” təşəbbüsləri çərçivəsində Naxçıvan Muxtar Respublikasında səfərdə olub.

“Tehsil365" xəbər verir ki, səfərin ilk günündə UNEC rektoru, professor Ədalət Muradov, millət vəkili Vüqar Rəhimzadə, elm və innovasiya məsələləri üzrə prorektor Rövnəq Rzayev, professor Mahirə Hüseynova, akademik Muxtar İmanov və UNEC Elmin Populyarlaşdırılması Mərkəzinin direktoru, dosent Etibar Əliyevin təmsil olunduğu nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilovla görüşüb. Görüş zamanı UNEC-in elm və təhsilin populyarlaşdırılmasına yönəlmiş təşəbbüsləri barədə ətraflı məlumat verilib. UNEC-in məzunu olan Ceyhun Cəlilov universitetin bu təşəbbüslərini yüksək qiymətləndirib. Görüşdə Prezident İlham Əliyevin Naxçıvanın sosial-iqtisadi və elmi inkişafı ilə bağlı tapşırıqları əsasında fikir mübadiləsi aparılıb.

Təşəbbüslər çərçivəsində növbəti görüş Naxçıvan Dövlət Universitetində (NDU) baş tutub. Nümayəndə heyəti universitetin kampusu, mövcud tədris və elmi infrastrukturu ilə yaxından tanış olub. Ziyarət zamanı Naxçıvan İnnovasiya Mərkəzində həyata keçirilən innovativ layihələr, startap təşəbbüsləri və gənclərin elmi-texnoloji inkişafına yönəlmiş fəaliyyətlər təqdim edilib. Həmçinin Pedaqoji fakültədə fəaliyyət göstərən Texnologiya Mərkəzi, Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsində yerləşən Biotexnologiya Mərkəzi, eləcə də mövcud laboratoriya imkanları və elmi tədqiqat istiqamətləri barədə məlumat verilib. Səfər çərçivəsində Tibb fakültəsinin Sitologiya və Anatomiya kabinələri, Stomatoloji Simulyasiya Mərkəzi də nümayəndə heyətinə təqdim olunub.

Bundan əlavə, nümayəndələr NDU-nun Tələbə yataqxanası, Qonaq evi və Elmi Kitabxanasını ziyarət edərək, tələbələr və qonaqlar üçün yaradılmış sosial-məişət şəraiti və elmi informasiya resursları ilə tanış olublar.

Səfər çərçivəsində NDU-nun professor-müəllim heyəti ilə görüş də keçirilib. Görüşdə Prezident İlham Əliyevin tövsiyələri əsas götürülərək ana dilinin saflığının qorunması və inkişaf etdirilməsi məsələlərinə xüsusi diqqət yetirilib.

UNEC rektoru, professor Ədalət Muradov elmin populyarlaşdırılması təşəbbüsünün əhəmiyyətindən və bu istiqamətdə NDU ilə əməkdaşlığın vacibliyindən danışıb. Professor Mahirə Hüseynova və akademik Muxtar İmanov Azərbaycan dilinin elmi və ictimai həyatda rolu ilə bağlı fikirlərini bölüşüblər. UNEC Elmin Populyarlaşdırılması Mərkəzinin direktoru, dosent Etibar Əliyev isə elmin populyarlaşdırılması sahəsində beynəlxalq təcrübə barədə məlumat verib.

Görüş zamanı ali təhsil müəssisələri arasında elmi əməkdaşlıq, innovasiya yönümlü layihələrin birgə icrası və akademik mübadilə imkanları müzakirə edilib. Tədbirin sonunda UNEC və NDU arasında Əməkdaşlığa dair Memorandum imzalanıb.

Səfər çərçivəsində nümayəndə heyəti NDU nəzdində fəaliyyət göstərən Beynəlxalq Məktəbin şagirdləri ilə də görüş keçirib. Görüşün əsas məqsədi məktəblilər arasında elmi düşüncəni təşviq etmək və gəncləri erkən yaşlardan tədqiqatçılığa həvəsləndirmək olub. Çıxış edənlər vurğulayıblar ki, elm uzaq və mürəkkəb bir sahə deyil, gündəlik həyatın ayrılmaz hissəsidir.

Rektor Ədalət Muradov gənclərə müraciət edərək elmlə məşğul olmağın yaş həddi tanımadığını və hər bir gəncin elmə töhfə verə biləcəyini bildirib.

Görüşdən sonra qonaqlar Beynəlxalq Məktəbin infrastrukturu ilə tanış olublar, şagirdlərin laboratoriyalarda apardıqları təcrübələri izləyiblər. Gənc tədqiqatçıların elmi marağı və hazırlıq səviyyəsi yüksək qiymətləndirilib.

Tədbirin sonunda UNEC tərəfindən məktəbin kitabxanasına elmi-kütləvi və maarifləndirici ədəbiyyatlar hədiyyə edilib.

Aydan Ələkbərova

Xəbər Lenti

Prezidentdən bu milli parklarla bağlı - Fərman06.02.2026 - 15:55
“Medianı uşaqların mənafelərini üstün tutmağa dəvət edirəm” - Ombudsman06.02.2026 - 15:25
MEK-in direktoru: Ənənəvi elektron kitabxana modelləri mövcud reallıqları tam əhatə etmir - FOTO06.02.2026 - 15:10
Zəlilərlə müalicə: elmi proqnozlar və imkanlar - FOTO06.02.2026 - 14:35
Xırdalanda yeniyetmənin döyülməsi ilə bağlı araşdırma aparılır06.02.2026 - 13:35
İsrailli professor AzMİU-da elmi seminarla çıxış edib - FOTO06.02.2026 - 13:10
Müəllimini güllələyən şagirdin liseyə silahla daxilolma görüntüləri - ANBAAN VİDEO06.02.2026 - 12:50
BMU-nun təşkilatçılığı ilə dilçilik mövzusunda beynəlxalq vebinar təşkil olunub06.02.2026 - 12:20
16 yaşlı bacısını qətlə yetirən yeniyetməyə hökm oxunub06.02.2026 - 12:05
Təhsil sahəsində son dövrlərin nəticələri və qarşıdakı planlar...06.02.2026 - 11:55
Azərbaycanda qədim insan qalığı tapılıb: təhlil Yaponiyada aparılır06.02.2026 - 10:21
“Qərbi Azərbaycan İrsini Tanı” layihəsinə başlanılır06.02.2026 - 10:11
BMU-da gənc tədqiqatçıların X beynəlxalq elmi konfransı keçiriləcək06.02.2026 - 09:55
"İdrak" liseyində dərslər davam edir - RƏSMİ06.02.2026 - 09:40
Müəllimliyin "Nobel" mükafatı hind müəllimə verildi 06.02.2026 - 09:30
Yaqub Mahmudova təbrik ünvanlandı - 87 yaşı tamam olur06.02.2026 - 09:20
BDU “İlin alimi” müsabiqəsi elan edir06.02.2026 - 09:10
Dövlət Ekoloji Ekspertiza Agentliyi auditor seçir06.02.2026 - 08:54
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş - FOTO06.02.2026 - 08:43
Prokurorluq liseydəki güllələnmə ilə bağlı məlumat yaydı06.02.2026 - 08:33
Sabah hava yağmursuz keçəcək06.02.2026 - 08:21
Sumqayıt məktəblərində insident06.02.2026 - 08:10
Milli İncəsənət Muzeyinin 90 illiyi çərçivəsində növbəti mühazirə dinlənilib - FOTO06.02.2026 - 07:57
TİF və Milli Aviasiya Akademiyası arasında əməkdaşlıq memorandumu imzalanıb06.02.2026 - 07:45
Bu gün Xalq artisti Ağaxan Abdullayevin doğum günüdür06.02.2026 - 07:35
Xaqani Şirvani və Azərbaycan lirik poeziyasının tarixi qaynaqları06.02.2026 - 07:25
“Rəqəmsal Novruz tonqalı”nın yaradılmasının konseptual və texnoloji əsasları müzakirə olunub06.02.2026 - 07:15
Güllələnən müəllimin kimliyi məlum olub 06.02.2026 - 07:04
Bakıda şagird müəllimi güllələdi - VİDEO06.02.2026 - 06:50
Şagird ov tüfəngini məktəbə çantasında gətirib06.02.2026 - 06:20
Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinə qeydiyyat BAŞLADI06.02.2026 - 05:57
ADU-da Elmi Şuranın növbədənkənar iclası keçirilib06.02.2026 - 05:45
Naxçıvan Dövlət Universiteti ilə UNEC arasında əməkdaşlıq memorandumu imzalanıb - FOTO06.02.2026 - 05:32
Azərbaycan “Avroviziya-2026” üçün namizəd seçimi prosesində növbəti mərhələyə keçib06.02.2026 - 05:21
Dövlət qulluğuna test imtahanları keçirilib 06.02.2026 - 05:11
Bu gün hava necə olacaq? 06.02.2026 - 04:50
Azərbaycanlı alimlər “Türk dünyasının fəxri alimi” beynəlxalq mükafatına layiq görülüblər - FOTO05.02.2026 - 16:25
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə ADA Universiteti arasında Anlaşma Memorandumu imzalanıb - FOTO05.02.2026 - 15:05
Azərbaycanda kosmik hava istiqamətində həyata keçirilmiş elmi-tədqiqat fəaliyyəti təqdim edilib05.02.2026 - 14:10
Abşeron məktəblərində sıxlıq azalır: 6 təhsil müəssisəsi istifadəyə verilib - FOTO05.02.2026 - 09:58
BMU professorunun tədqiqatı Q1kateqoriyalı jurnalda05.02.2026 - 09:45
“Yaşayan Əlişir Nəvai” mövzusunda beynəlxalq elmi konfrans keçirilib - FOTO05.02.2026 - 09:32
Ekspert Şurasının növbəti iclası keçirilib - FOTO05.02.2026 - 09:20
Görkəmli alim Nadir İsmayılovun 70 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb05.02.2026 - 09:10
BDU-da Çin Yaz Festivalı keçirilib - FOTO05.02.2026 - 08:59
Polimer kompozitlərin odadavamlılığının yaxşılaşdırılmasında mineral doldurucuların rolu araşdırılıb05.02.2026 - 08:47
Məktəb pəncərəsindən yıxılan uşaq özəl xəstəxanaya yerləşdirildi05.02.2026 - 08:35