Təhsil 365 - Logo Mobile

MEK-in direktoru: Ənənəvi elektron kitabxana modelləri mövcud reallıqları tam əhatə etmir - FOTO

9006.02.2026 - 15:10
MEK-in direktoru: Ənənəvi elektron kitabxana modelləri mövcud reallıqları tam əhatə etmir - FOTO

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) “Korporativ elektron kitabxana sistemlərinin nəzəri əsasları” adlı yeni kitabın təqdimatı keçirilib.

MEK-dən “Tehsil365"ə bildirilib ki, nəşr bu kitabxananın direktoru texnika elmləri doktoru Hüseyn Hüseynovun, direktor müavini Oruc Quliyevin və baş mütəxəssis Azad Qurbanovun həmmüəllifliyi ilə ərsəyə gəlib. Layihənin rəhbəri AMEA-nın prezidenti akademik İsa Həbibbəylidir.

“Korporativ elektron kitabxana sistemlərinin nəzəri əsasları nəinki Azərbaycanda, ümumiyyətlə, postsovet məkanında ilk dəfə monoqrafik tədqiqata cəlb edilib. Biz bu mövzuya təsadüfi müraciət etməmişik. Müasir dövrdə kitabxana-informasiya sahəsində baş verən dərin və çoxsəviyyəli transformasiyalar açıq şəkildə göstərir ki, ənənəvi elektron kitabxana modelləri artıq mövcud reallıqları tam əhatə etmir və yeni elmi yanaşmalara ehtiyac yaranıb. Tədqiqatın aktuallığı, həmçinin rəqəmsal transformasiya şəraitində biliklərin idarə olunmasının səmərəliliyinə, korporativ yaddaşın dayanıqlılığına və informasiya resurslarının təşkilati fəaliyyətə inteqrasiyasına artan tələblərlə şərtlənir”, - deyə kitabxana rəhbəri qeyd edib.

Monoqrafiyanın giriş, yeddi fəsil və nəticə hissəsindən ibarət olduğunu diqqətə çatdıran H.Hüseynov kitabda 87 adda xarici nüfuzlu elmi nəşrlərə istinad edildiyini xüsusi vurğulayıb. O bildirib ki, MEK-də ötən ay əlçatanlığı təmin edilən 30 mindən artıq türkdilli nəşri və Türkiyənin 500-dən çox aparıcı nəşriyyatının elektron resurslarını özündə birləşdirən rəqəmsal Hiperkitap platformasında kitab artıq istifadəçilərə təqdim olunub.

“Biz göstərməyə çalışmışıq ki, korporativ elektron kitabxana sistemi yalnız texniki həllər toplusu deyil, eyni zamanda bilik idarəetmə alətidir. Monoqrafiyada kitabxana-informasiya sistemlərinin rəqəmsal transformasiya şəraitində keçdiyi inkişaf mərhələlərini ardıcıl şəkildə təhlil etmişik. Xüsusilə vurğulamışıq ki, müasir kitabxana artıq passiv informasiya anbarı rolundan çıxaraq aktiv bilik istehsalı, analitika və qərar dəstəyi mərkəzinə çevrilir. Bu dəyişikliklər korporativ yanaşmanın formalaşmasını zəruri edir” – bu sözləri isə kitabın həmmüəllifi Azad Qurbanov söyləyib.

Nəşrin elmi redaktoru Bakı Mühəndislik Universitetinin İnformasiya və kompüter texnologiyaları fakültəsinin dekanı texnika elmləri doktoru, professor Vaqif Qasımovdur. Onun sözlərinə görə, əsərdə kitabxanaların yeni formatda təkmilləşdirilməsi, korporativ elektron kitabxana sistemlərinin nəzəri əsasları və rəqəmsal transformasiya kontekstində kitabxana–informasiya sisteminin inkişaf mərhələləri əksini tapıb.

Aydan Ələkbərova

Xəbər Lenti

Prezidentdən bu milli parklarla bağlı - Fərman06.02.2026 - 15:55
“Medianı uşaqların mənafelərini üstün tutmağa dəvət edirəm” - Ombudsman06.02.2026 - 15:25
Zəlilərlə müalicə: elmi proqnozlar və imkanlar - FOTO06.02.2026 - 14:35
UNEC-in təşəbbüsü ilə Naxçıvanda elmi görüşlər keçirilib - FOTO06.02.2026 - 13:50
Xırdalanda yeniyetmənin döyülməsi ilə bağlı araşdırma aparılır06.02.2026 - 13:35
İsrailli professor AzMİU-da elmi seminarla çıxış edib - FOTO06.02.2026 - 13:10
Müəllimini güllələyən şagirdin liseyə silahla daxilolma görüntüləri - ANBAAN VİDEO06.02.2026 - 12:50
BMU-nun təşkilatçılığı ilə dilçilik mövzusunda beynəlxalq vebinar təşkil olunub06.02.2026 - 12:20
16 yaşlı bacısını qətlə yetirən yeniyetməyə hökm oxunub06.02.2026 - 12:05
Təhsil sahəsində son dövrlərin nəticələri və qarşıdakı planlar...06.02.2026 - 11:55
Azərbaycanda qədim insan qalığı tapılıb: təhlil Yaponiyada aparılır06.02.2026 - 10:21
“Qərbi Azərbaycan İrsini Tanı” layihəsinə başlanılır06.02.2026 - 10:11
BMU-da gənc tədqiqatçıların X beynəlxalq elmi konfransı keçiriləcək06.02.2026 - 09:55
"İdrak" liseyində dərslər davam edir - RƏSMİ06.02.2026 - 09:40
Müəllimliyin "Nobel" mükafatı hind müəllimə verildi 06.02.2026 - 09:30
Yaqub Mahmudova təbrik ünvanlandı - 87 yaşı tamam olur06.02.2026 - 09:20
BDU “İlin alimi” müsabiqəsi elan edir06.02.2026 - 09:10
Dövlət Ekoloji Ekspertiza Agentliyi auditor seçir06.02.2026 - 08:54
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş - FOTO06.02.2026 - 08:43
Prokurorluq liseydəki güllələnmə ilə bağlı məlumat yaydı06.02.2026 - 08:33
Sabah hava yağmursuz keçəcək06.02.2026 - 08:21
Sumqayıt məktəblərində insident06.02.2026 - 08:10
Milli İncəsənət Muzeyinin 90 illiyi çərçivəsində növbəti mühazirə dinlənilib - FOTO06.02.2026 - 07:57
TİF və Milli Aviasiya Akademiyası arasında əməkdaşlıq memorandumu imzalanıb06.02.2026 - 07:45
Bu gün Xalq artisti Ağaxan Abdullayevin doğum günüdür06.02.2026 - 07:35
Xaqani Şirvani və Azərbaycan lirik poeziyasının tarixi qaynaqları06.02.2026 - 07:25
“Rəqəmsal Novruz tonqalı”nın yaradılmasının konseptual və texnoloji əsasları müzakirə olunub06.02.2026 - 07:15
Güllələnən müəllimin kimliyi məlum olub 06.02.2026 - 07:04
Bakıda şagird müəllimi güllələdi - VİDEO06.02.2026 - 06:50
Şagird ov tüfəngini məktəbə çantasında gətirib06.02.2026 - 06:20
Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinə qeydiyyat BAŞLADI06.02.2026 - 05:57
ADU-da Elmi Şuranın növbədənkənar iclası keçirilib06.02.2026 - 05:45
Naxçıvan Dövlət Universiteti ilə UNEC arasında əməkdaşlıq memorandumu imzalanıb - FOTO06.02.2026 - 05:32
Azərbaycan “Avroviziya-2026” üçün namizəd seçimi prosesində növbəti mərhələyə keçib06.02.2026 - 05:21
Dövlət qulluğuna test imtahanları keçirilib 06.02.2026 - 05:11
Bu gün hava necə olacaq? 06.02.2026 - 04:50
Azərbaycanlı alimlər “Türk dünyasının fəxri alimi” beynəlxalq mükafatına layiq görülüblər - FOTO05.02.2026 - 16:25
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə ADA Universiteti arasında Anlaşma Memorandumu imzalanıb - FOTO05.02.2026 - 15:05
Azərbaycanda kosmik hava istiqamətində həyata keçirilmiş elmi-tədqiqat fəaliyyəti təqdim edilib05.02.2026 - 14:10
Abşeron məktəblərində sıxlıq azalır: 6 təhsil müəssisəsi istifadəyə verilib - FOTO05.02.2026 - 09:58
BMU professorunun tədqiqatı Q1kateqoriyalı jurnalda05.02.2026 - 09:45
“Yaşayan Əlişir Nəvai” mövzusunda beynəlxalq elmi konfrans keçirilib - FOTO05.02.2026 - 09:32
Ekspert Şurasının növbəti iclası keçirilib - FOTO05.02.2026 - 09:20
Görkəmli alim Nadir İsmayılovun 70 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb05.02.2026 - 09:10
BDU-da Çin Yaz Festivalı keçirilib - FOTO05.02.2026 - 08:59
Polimer kompozitlərin odadavamlılığının yaxşılaşdırılmasında mineral doldurucuların rolu araşdırılıb05.02.2026 - 08:47
Məktəb pəncərəsindən yıxılan uşaq özəl xəstəxanaya yerləşdirildi05.02.2026 - 08:35