Bu gün Azərbaycan kino sənətinin tanınmış simalarından biri, kinorejissor, ssenari müəllifi və aktyor Tofiq Mehdiqulu oğlu Tağızadənin xatirəsi anılır.
"Tehsil365" xəbər verir ki, Tofiq Tağızadə 7 fevral 1919-cu ildə anadan olub. O, Azərbaycan kinosunun formalaşmasında və inkişafında mühüm rol oynamış sənətkarlardandır. Yaradıcılığı boyu bir sıra bədii filmlərə quruluş verən Tağızadə milli kino tarixində dərin iz qoyub.
Sənətkarın fəaliyyəti dövlət tərəfindən də yüksək qiymətləndirilib. O, 1960-cı ildə Azərbaycanın, 1964-cü ildə isə Çeçenistanın əməkdar incəsənət xadimi fəxri adlarına layiq görülüb. 1976-cı ildə isə ona Azərbaycan SSR xalq artisti adı verilib.
Tofiq Tağızadə 27 avqust 1998-ci ildə vəfat edib. Onun zəngin yaradıcılığı bu gün də Azərbaycan kino sənətinin qızıl fonduna daxil olan dəyərli nümunələr kimi sevilərək izlənilir və yeni nəsil kino xadimləri üçün örnək sayılır.

