Bu gün Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, realist rəngkarlıq məktəbinin banilərindən biri olan Bəhruz (Şamil) Şirəlibəy oğlu Kəngərlinin xatirəsi yad edilir.
"Tehsil365" xəbər verir ki, Bəhruz Kəngərli 10 (22) yanvar 1892-ci ildə Naxçıvanda anadan olub. O, Azərbaycan rəngkarlıq sənətində ilk dəfə akademik rəsm üslubunda işləyərək realist əsərləri ilə milli incəsənətdə novatorluğa yol açıb. Rəssamın yaradıcılığı milli təsviri sənətin inkişafında mühüm mərhələ hesab olunur.
Qısa, lakin olduqca məhsuldar yaradıcılıq yolu keçən sənətkar 7 fevral 1922-ci ildə doğma Naxçıvanda vəfat edib. Onun yaratdığı əsərlər bu gün də Azərbaycan incəsənətinin qızıl fondunda xüsusi yer tutur.
Bəhruz Kəngərlinin yaradıcılığı müasir rəssamlar və sənətşünaslar tərəfindən yüksək qiymətləndirilir, onun realist ənənələri bu gün də yaşadılır.

