Bu gün Azərbaycan teatr və kino sənətinin tanınmış nümayəndələrindən biri, aktyor Muxtar Şəhmir oğlu İbadovun xatirəsi yad edilir.
"Tehsil365" xəbər verir ki,Muxtar İbadov 2 fevral 1955-ci ildə Balakən rayonunun Ağkilsə kəndində anadan olub. O, uzun illər ərzində Azərbaycan səhnəsində və ekranında yaratdığı müxtəlif obrazlarla tamaşaçıların rəğbətini qazanıb, milli aktyorluq sənətinin inkişafına töhfələr verib.
Sənət sahəsindəki uğurlarına görə Muxtar İbadova 1989-cu ildə Azərbaycan SSR əməkdar artisti fəxri adı verilib.
Aktyor 23 sentyabr 2013-cü ildə Bakıda vəfat edib. Onun yaradıcılığı Azərbaycan mədəniyyət tarixində dəyərli irs kimi xatırlanır və sənətsevərlər tərəfindən hörmətlə yad olunur.

