1991-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qəbul etdiyi qərara əsasən bir sıra şəhərlərin adları dəyişdirilərək onların tarixi və milli adları bərpa edilib.
"Tehsil365" xəbər verir ki,qərara görə, Qutqaşen şəhəri Qəbələ, Mirbəşir şəhəri Tərtər, Puşkin şəhəri Biləsuvar, Şamxor şəhəri Şəmkir, Vartaşen şəhəri isə Oğuz adlandırılıb.
Bu addım Azərbaycan müstəqilliyinin ilk illərində milli toponimlərin bərpası və tarixi yaddaşın qorunması istiqamətində atılan mühüm qərarlardan biri kimi qiymətləndirilir. Qərar ölkənin ictimai-siyasi həyatında mühüm əhəmiyyət daşımaqla yanaşı, milli kimliyin möhkəmləndirilməsinə xidmət edib.

