2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Azərbaycan Dillər Universitetinin əməkdaşı Elşən Hüseynov Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən sertifikatla təltif edilib.
“Tehsil365” xəbər verir ki, təltif Elşən Hüseynovun gənclər sahəsində fəal iştirakı, ictimai aktivliyi və bu istiqamətdə göstərdiyi səmərəli fəaliyyət nəzərə alınaraq təqdim olunub.

