Azərbaycan memarlıq məktəbinin tanınmış nümayəndələrindən biri olan Nazim Məmməd oğlu Hacıbəyov 8 fevral 1928-ci ildə Bakı şəhərində anadan olub.
"Tehsil365" xəbər verir ki, O, uzun illər ərzində ölkənin memarlıq simasının formalaşmasına mühüm töhfələr vermiş, yaradıcılığı ilə Azərbaycan memarlıq tarixində dərin iz qoymuşdur.
Nazim Hacıbəyov peşəkar fəaliyyəti dövründə bir sıra əhəmiyyətli layihələrin müəllifi və həmmüəllifi olmuş, müasir memarlıq prinsiplərini milli üslub elementləri ilə uğurla birləşdirmişdir. Onun memarlıq sahəsindəki xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmiş, 1979-cu ildə “Azərbaycan SSR əməkdar arxitektoru” fəxri adına layiq görülmüşdür. 1982-ci ildə isə Azərbaycan SSR Dövlət mükafatı ilə təltif edilmişdir.
Görkəmli memar 23 mart 2020-ci ildə Bakı şəhərində vəfat etmişdir. Nazim Hacıbəyovun zəngin yaradıcılıq irsi bu gün də Azərbaycan memarlığının inkişafında mühüm mənbə kimi dəyərləndirilir.
Onun həyat yolu və fəaliyyəti gənc memarlar üçün peşəkarlıq, yaradıcılıq və vətənə xidmət nümunəsi olaraq qalır.

