Azərbaycan teatr və kino sənətinin sevilən simalarından biri olan Zərnigar Fəti qızı Ağakişiyeva 6 noyabr 1945-ci ildə anadan olmuşdur.
"Tehsil365" xəbər verir ki, O, uzun illər ərzində səhnə və ekran yaradıcılığı ilə milli mədəniyyətimizin inkişafına mühüm töhfələr vermiş, yaratdığı parlaq obrazlarla tamaşaçıların yaddaşında dərin iz qoymuşdur.
Zərnigar Ağakişiyeva teatr səhnəsində və kino filmlərində canlandırdığı müxtəlif xarakterli rollarla peşəkarlığını və zəngin aktyor potensialını nümayiş etdirmişdir. Onun sənətə verdiyi töhfələr dövlət tərəfindən yüksək qiymətləndirilmiş, 2000-ci ildə “Azərbaycan Respublikasının xalq artisti” fəxri adına layiq görülmüşdür. Aktrisa eyni zamanda Şöhrət ordeni ilə təltif edilmiş, Azərbaycan SSR Dövlət mükafatının laureatı olmuşdur.
Görkəmli sənətkar 8 fevral 2018-ci ildə vəfat etmişdir. Zərnigar Ağakişiyevanın zəngin yaradıcılıq irsi bu gün də Azərbaycan teatr və kino tarixinin dəyərli səhifələrindən biri kimi yaşayır.
Onun sənət yolu gənc aktyorlar üçün səhnəyə sevgi, fədakarlıq və peşəkarlıq nümunəsi olaraq qalır.

