2013-cü ildə Azərbaycanın elmi-texnoloji inkişaf tarixində mühüm hadisə baş vermişdir.
"Tehsil365" xəbər verir ki, Həmin il ölkəmizin ilk rabitə peyki “Azerspace-1” Fransanın Arianespace şirkəti tərəfindən Ariane-5 daşıyıcı raketi vasitəsilə Kuru kosmodromundan orbitə buraxılmışdır.
“Azerspace-1” peykinin orbitə çıxarılması Azərbaycanın kosmik ölkələr sırasına daxil olmasını təmin etmiş, milli peyk sənayesinin formalaşmasına təkan vermişdir. Peyk televiziya və radio yayımı, internet, məlumat ötürülməsi və digər rabitə xidmətlərinin genişləndirilməsində mühüm rol oynayır.
Bu layihə Azərbaycanın informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi, regionda rəqabət qabiliyyətinin artırılması və yüksək texnologiyalar sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.
“Azerspace-1”in orbitə buraxılması ölkənin kosmik fəaliyyət tarixində dönüş nöqtəsi kimi qiymətləndirilir və bu gün də Azərbaycanın texnoloji inkişaf yolunun mühüm mərhələsi olaraq xatırlanır.

