Təhsil 365 - Logo Mobile

Müəllimi güllələyən şagirdin “kumir”i terrorçu olub?

9008.02.2026 - 11:25
Müəllimi güllələyən şagirdin “kumir”i terrorçu olub?

Bakıda fəaliyyət göstərən “İdrak” liseyində müəllimin güllələnməsi ilə nəticələnən hadisəni törədən şagirdə aid olduğu deyilən “TikTok” paylaşımları sosial mediada müzakirələrə səbəb olub.

“Tehsil365" Modern.az-a istinadən xəbər verir ki, həmin “TikTok” hesabında paylaşılan və yenidən yayımlanan materialların əhəmiyyətli hissəsi 2018-ci ildə Krımın Kerç şəhərində kollecdə silahlı hücum həyata keçirən Vladislav Roslyakovla bağlı olub.

Xatırladaq ki, Kerç Kollecində baş verən hücum nəticəsində azı 19 nəfər həyatını itirib, onlarla insan yaralanıb. Hücumu törədən 18 yaşlı tələbə əvvəlcə ətrafındakılara atəş açıb, daha sonra intihar edib.

Bu fakt bir daha göstərir ki, yeniyetmələrin sosial şəbəkələrdəki fəaliyyəti valideynlərin və yaxınlarının daimi diqqətində olmalı, onların maraqları və izlədikləri məzmunlar nəzarətsiz buraxılmamalıdır.

Qeyd edək ki, Bakı şəhəri Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyində baş verən silahlı insident zamanı 10-cu sinif şagirdi Ə.Ş. atasına məxsus ov tüfəngini məktəbə gətirib. Şagird sinif otağında 1997-ci il təvəllüdlü riyaziyyat müəllimi Şəhla Kamilovaya atəş açaraq onu yaralayıb. Hadisədən sonra şagird saxlanılaraq həbs edilib.

Məlumata görə, hadisədən əvvəl şagird sosial şəbəkələrdə zorakılıq və silah mövzulu paylaşımlar edən onlayn oyunlar və qruplarda aktiv iştirak edib. Məktəb rəhbərliyi bu səbəbdən dəfələrlə ailəni xəbərdar edib.

Həmçinin şagirdin silahlarla bağlı paylaşımları digər məktəblilərin də üzv olduğu qruplarda yayılıb. Lakin bu paylaşımlar onun həmyaşıdları tərəfindən real təhlükə kimi qiymətləndirilməyib.

Aydan Ələkbərova

Xəbər Lenti

Prezident ailəsi Gəncə Autizm Mərkəzini ziyarət etdi - FOTO08.02.2026 - 17:43
Prezident ailəsi Gəncə Autizm Mərkəzini ziyarət etdi - FOTO08.02.2026 - 17:43
Leyla və Alena Əliyevalar Gəncədə xüsusi ümumtəhsil məktəbində - FOTOLAR08.02.2026 - 17:12
Bakıda “GəncVİZYON” ideyatonu keçirilib - FOTO08.02.2026 - 13:50
Bu ölkədə sosial şəbəkələr uşaqlara qadağan ediləcək08.02.2026 - 13:30
Sabah hava necə olacaq? 08.02.2026 - 08:36
Azərbaycan aliminin elmi məqaləsi Oksford Universitetinin jurnalında dərc edilib08.02.2026 - 08:25
Araz Paşayev ötən ay 700-dən çox təhsil işçisinin istirahətini təmin edib08.02.2026 - 08:12
Leyla Əliyeva və Alena Əliyeva Gəncədə Şah Abbas məscidini ziyarət ediblər - FOTO08.02.2026 - 08:00
Gəncə Dövlət Dram Teatrında "İsi və Piti" animasiya serialının premyerası olub - FOTO08.02.2026 - 07:50
“Stalin” vəfat etdi08.02.2026 - 07:40
Leyla Əliyeva Gəncədə STEAM mərkəzində və 37 nömrəli tam orta məktəbdə olub - FOTO08.02.2026 - 07:30
Leyla və Alena Əliyeva Gəncə Memorial Kompleksində 08.02.2026 - 07:20
Bu gün hava necə olacaq? 08.02.2026 - 07:10
İngiltərə yerli hakimiyyət orqanları artan göndərmə xərcləri ilə üz-üzədir08.02.2026 - 06:54
Azərbaycanda kosmik sənayenin əsasını qoyan tarixi hadisə08.02.2026 - 06:36
Abşeron Milli Parkının yaradılmasından 21 il ötür08.02.2026 - 06:18
Bakıda ilk tramvay xəttinin istifadəyə verilməsindən 102 il ötür08.02.2026 - 06:00
Xalq artisti Zərnigar Ağakişiyevanın xatirəsi ehtiramla yad edilir08.02.2026 - 05:42
Görkəmli bəstəkar Əşrəf Abbasovun xatirəsi anılır08.02.2026 - 05:18
Xalq artisti İsa Musayevin xatirəsi ehtiramla anılır08.02.2026 - 05:06
Azərbaycan samboçusu Amil Qasımovun idman nailiyyətləri08.02.2026 - 04:54
Xalq rəssamı Məmmədağa Hüseynovun xatirəsi yad edilir08.02.2026 - 04:36
Görkəmli memar Nazim Hacıbəyovun xatirəsi ehtiramla anılır08.02.2026 - 04:18
Azərbaycan hərb tarixinin görkəmli siması – Həbib bəy Səlimov08.02.2026 - 04:00
İkisi azyaşlı olmaqla bir ailə dəm qazından ZƏHƏRLƏNDİ07.02.2026 - 15:35
Fevralın 8-də Abşeronda meteohəssas insanlar üçün əlverişli hava gözlənilir07.02.2026 - 14:46
Ufada universitet yataqxanasında bıçaqlı hücum: tələbələr və polis yaralandı07.02.2026 - 13:55
Güllələnən müəllim palataya köçürülüb07.02.2026 - 13:00
Müəllimini güllələyən şagird HƏBS EDİLDİ07.02.2026 - 12:25
Şagirdlərin dərsdə iştirakı ilə bağlı iddiaya aydınlıq gətirilib- RƏSMİ07.02.2026 - 10:50
17 yaşlı qız qızdırmadan ölüb07.02.2026 - 10:35
"İdrak" liseyində yaralanan müəllimin atası açıqlama verdi - VİDEO07.02.2026 - 10:11
ANAMA auditor seçir07.02.2026 - 09:56
"Teleqraf"ın 14 yaşı tamam olur07.02.2026 - 09:45
Sabah hava necə olacaq? 07.02.2026 - 09:32
“İdrak” liseyində güllələnən müəllimənin son vəziyyəti açıqlanıb07.02.2026 - 09:21
Magistraturaya qəbul imtahanında iştirak edəcək bakalavrlar buraxılış vərəqəsini çap edə bilərlər07.02.2026 - 09:10
Nizami rayonunda 4 yaşlı uşağın ayağı velosipedin pedalında sıxılıb - VİDEO07.02.2026 - 08:59
Müəllimə atəş açan şagird hadisədən əvvəl nə edib? - Yeni təfərrüatlar07.02.2026 - 08:47
Maqnit qasırğası olacaq07.02.2026 - 08:35
ADU Muzeyində İznik üslublu keramika boşqab nümayiş etdirilir07.02.2026 - 08:23
ADU-nun əməkdaşı təltif olunub - FOTO07.02.2026 - 08:11
Fərhad Hacıyev: “İntellektual gənclik cəmiyyətin və gələcəyin əsas hərəkətverici qüvvəsidir”07.02.2026 - 08:00
“Sabahın alimləri” sərgi iştirakçıları müəyyənləşib07.02.2026 - 07:50
Agentliyin direktoru ilk dəfə regionda vətəndaş qəbulu təşkil edib07.02.2026 - 07:40
Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür07.02.2026 - 07:30