Təhsil 365 - Logo Mobile

Bu gün tanınmış tarixçi alim, pedaqoq və ictimai xadim, professor Şikar Qasımovun doğum günüdür.

8309.02.2026 - 05:11
Bu gün tanınmış tarixçi alim, pedaqoq və ictimai xadim, professor Şikar Qasımovun doğum günüdür.

Şikar Qasımov 9 fevral 1958-ci ildə Laçın rayonunun Cicimli kəndində anadan olub. Orta təhsilini doğma kəndində və Güləbird kənd orta məktəbində başa vurduqdan sonra 1981-ci ildə Stepanakert Pedaqoji İnstitutunun Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. Əmək fəaliyyətinə tarix müəllimi kimi başlayan alim sonrakı illərdə elmi-pedaqoji və inzibati sahələrdə məsul vəzifələrdə çalışıb.

“Tehsil365” xəbər verir ki, 1987-ci ildən Azərbaycan Texniki Universitetində (keçmiş Politexnik İnstitutu) fəaliyyət göstərən Şikar Qasımov laborantlıqdan kafedra müdirliyinə, prorektorluq vəzifəsinədək yüksəlib. 1990-cı ildə namizədlik, 2008-ci ildə isə doktorluq dissertasiyasını müdafiə edərək tarix elmləri doktoru elmi dərəcəsi alıb. Uzun illər tarix və ictimai fənlərin tədrisi, elmi-tədqiqat işi və gənc kadrların hazırlanması ilə məşğul olub.

Professor Şikar Qasımov 330-dan çox elmi, metodik və publisistik məqalənin, bir sıra dərslik, dərs vəsaiti və monoqrafiyaların müəllifidir. Onun əsərləri Azərbaycanda olduğu kimi, xarici ölkələrin nüfuzlu elmi jurnallarında da dərc olunub. Alim beynəlxalq konfrans və simpoziumlarda Azərbaycan tarixini layiqincə təmsil edib.

İctimai-siyasi fəaliyyəti ilə də seçilən Şikar Qasımov Qarabağ müharibəsi veteranıdır. O, müxtəlif dövlət və ictimai mükafatlara, o cümlədən “Tərəqqi” medalına, “Fədai”, “Vətən naminə” medallarına və “Qabaqcıl Təhsil İşçisi” döş nişanına layiq görülüb.

Hazırda Azərbaycan Texniki Universitetində “İctimai fənlər” kafedrasının müdiri, Müharibə və Əmək Veteranları Şurasının sədri olan professor Şikar Qasımov elmi-pedaqoji və ictimai fəaliyyətini uğurla davam etdirir.

Aydan Ələkbərova

Xəbər Lenti

“Əbədiyaşar Səməd Vurğun-120” adlı kompozisiya təqdim olunub09.02.2026 - 15:05
Neft və Sənaye Universitetində “Yer elmləri və georesurslar” tədqiqat qrupu fəaliyyətə başlayıb09.02.2026 - 14:25
Özbəkistanlı professorla görüş: ədəbi əlaqələr yeni mərhələdə09.02.2026 - 14:10
"Ən CAVAN həftə" öz işini yekunlaşdırıb - FOTOLAR09.02.2026 - 13:50
“Peşə seçimi” testlərində iştirak etmək üçün qeydiyyat elan edilir09.02.2026 - 13:10
Xəzər Universitetinin alim və tələbələrinin KDT üzrə elmi məqaləsi Kanadada nəşr olunub09.02.2026 - 12:49
Bakıda Əlişir Nəvainin 585 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib - FOTO09.02.2026 - 12:38
“Şərq-Qərb Kino Lab” bədii film layihələrinin inkişaf proqramı elan edilib09.02.2026 - 12:24
Əsrləri adlayan musiqi - FOTO09.02.2026 - 12:13
Azərbaycan və Qaraqalpaq Musiqili teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb - FOTO09.02.2026 - 11:58
“İRS-Erbe” jurnalının alman dilində yeni nömrəsi işıq üzü görüb - FOTO09.02.2026 - 11:46
Sabahdan müəllimlərin attestasiyası başlayır09.02.2026 - 11:32
Dövlət qulluğuna qəbul imtahanının proqramında yeniliklər edildi09.02.2026 - 11:21
UNEC-in “Elmin populyarlaşdırılması” və “Elm gözəldir: məktəbdən elmə” təşəbbüsləri Naxçıvanda reallaşdırıldı - FOTO09.02.2026 - 11:10
BMU tələbələri növbəti dəfə Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məzunları sırasında - FOTOLAR09.02.2026 - 10:57
DİM tərəfindən TOEFL iBT imtahanı keçiriləcək09.02.2026 - 10:45
AMEA-nın Dilçilik İnstitutu yeni qərarlar qəbul etdi- FOTOLAR09.02.2026 - 10:33
Xalq şairi Fikrət Qocanın adı Ağdaşda yerləşən məktəbə verilib09.02.2026 - 10:21
XX əsrin etnoqrafik tapıntısı - Qazax bölgəsinə aid xurcun09.02.2026 - 10:10
Xarici dil üzrə fəlsəfə doktoru imtahanlarının tarixi açıqlanıb.09.02.2026 - 09:58
(RFO) yarımfinal mərhələsi bu tarixdə keçiriləcək09.02.2026 - 09:36
Əmisinin baltaladığı yeniyetmə evə buraxıldı09.02.2026 - 09:25
FHN əməkdaşları ATMU-da nümunəvi dərs keçiblər - FOTO09.02.2026 - 09:12
bp-nin yeni regional prezidenti Bakı Ali Neft Məktəbində olub - FOTO09.02.2026 - 08:59
AzMİU-nun 50 illiyi: Bakı–Florensiya əməkdaşlığı İtaliya jurnalında beynəlxalq səviyyədə işıqlandırılıb09.02.2026 - 08:47
Sabah Azərbaycana qar yağacaq09.02.2026 - 08:34
Fevralın 9-da Günəşdə M2.8 sinifli güclü partlayış qeydə alınıb09.02.2026 - 08:21
İngilis dili imtahanlarına qeydiyyat elan edilir09.02.2026 - 08:11
Bakıdakı təhsil müəssisələrinin nəqliyyata təsiri müzakirə edilib09.02.2026 - 07:55
AzMİU-da beynəlxalq elmi-praktik konfrans keçirilib - FOTO09.02.2026 - 07:42
Maqnit qasırğaları və sağlamlıq: Adi bir mif, yoxsa həqiqət09.02.2026 - 07:30
Şəmkirdə bıçaqlanan yeniyetmə evə buraxılıb 09.02.2026 - 07:22
Milli Xalça Muzeyində macar qloben ustasının fərdi sərgisi olacaq09.02.2026 - 07:21
Lütfizadə adına Riyaziyyat-məntiq Olimpiadasının və Məktəblilərarası Fənn Müsabiqəsinin məktəb turu keçirilib.09.02.2026 - 07:17
Şahin Əliyev: "Azərbaycan kibertəhlükəsizlik reytinqində 40 pillə irəliləyib" 09.02.2026 - 07:03
Binəqədidə döyülən Artur Balıyev ambulator müalicəyə göndərildi09.02.2026 - 07:01
Güllələnən müəllimin vəziyyəti AÇIQLANDI09.02.2026 - 06:50
UNEC nümayəndə heyəti Naxçıvanda məktəblilərlə görüşüb - FOTO09.02.2026 - 06:40
Şahin Əliyev: "Kibertəhlükəsizlik Mərkəzinin məzunlarının 86%-i artıq işləyir" 09.02.2026 - 06:30
“Böyük Seva”nın vəziyyəti açıqlandı09.02.2026 - 06:20
12–18 yaşlı məktəblilər üçün “Fast and Furious” Respublika turniri keçiriləcək09.02.2026 - 06:10
Azərbaycanda atletika üzrə çempionata strat verildi09.02.2026 - 05:57
Bu gün hava necə olacaq? 09.02.2026 - 05:32
Bu gün Vətən müharibəsi şəhidi, Azərbaycan Ordusunun kapitanı Kamran İsmayılovun doğum günüdür.09.02.2026 - 05:21
Bu gün Azərbaycanın tanınmış teatr və kino aktyoru, Əməkdar artist Əsgər Məmmədoğlunun doğum günüdür.09.02.2026 - 04:59
Prezident ailəsi Gəncə Autizm Mərkəzini ziyarət etdi - FOTO08.02.2026 - 17:43
Prezident ailəsi Gəncə Autizm Mərkəzini ziyarət etdi - FOTO08.02.2026 - 17:43