Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində Lütfizadə adına Riyaziyyat-məntiq Olimpiadasının və Məktəblilərarası Fənn Müsabiqəsinin məktəb turu təşkil olunub.
“Tehsil365” xəbər verir ki, Məktəb turunda ümumilikdə iştirak üçün 3061 nəfər şagird qeydiyyatdan keçib.
Qeyd edək ki, olimpiada və müsabiqələrin
keçirilməsində əsas məqsəd şagirdlərin məntiqi təfəkkürünün inkişaf etdirilməsi, fənlər üzrə bilik və bacarıqlarının qiymətləndirilməsi, istedadlı şagirdlərin üzə çıxarılması və onların gələcək mərhələlərə hazırlanmasıdır.

