Təhsil 365 - Logo Mobile

"Ən CAVAN həftə" öz işini yekunlaşdırıb - FOTOLAR

8209.02.2026 - 13:50
"Ən CAVAN həftə" öz işini yekunlaşdırıb - FOTOLAR

1–7 fevral tarixlərini əhatə edən 7 layihədən ibarət “Ən CAVAN Həftə” silsilə tədbirlər proqramı keçirilib.

"Tehsil365" xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, CAVAN Gənclər Hərəkatı İB-nin təşkilatçılığı ilə təşkil olunan 2 Fevral - Gənclər Gününə həsr olunmuş “Ən CAVAN Həftə” silsilə tədbirlər proqramına daxil olan, müxtəlif mövzuları əhatə edən qeyri-formal təhsilə fokuslanan vörkşoplar, elektron idman yarışlarına marağı olan iştirakçılar üçün esport turniri, yaradıcılıq və əyləncəni bir araya gətirən musiqi gecəsi, həyəcan dolu, rəngarəng rəqs yarışı, şəbəkələşmə görüşü gənclərin həm sosial, həm də peşəkar inkişafına töhfə verməklə yanaşı, onların istedadlarını nümayiş etdirmələri üçün də geniş imkanlar yaradıb.

Belə ki, 1 fevral tarixində start verilən həftənin ilk tədbiri “geek” mədəniyyətinin ayrılmaz hissəsi sayılan “K-pop üzrə vörkşop” olub. Rəqs Studiyasında keçirilən vörkşop zamanı gənclər rəqsin incəliklərini öyrənib. 2 fevral tarixində gənclərin yaradıcılıq potensialının artırılması məqsədilə baş tutan “CAVAN Acoustic Night" adlı musiqili gecə zamanı gənclər canlı ifaları dinləyib, səmimi atmosfer və unudulmaz anlar yaşayıb. Eyni zamanda silsilə tədbirlər çərçivəsində “FC26 Turniri”, “Buz arenasında şəbəkələşmə görüşü” , “Dulusçuluq üzrə vörkşop’’, “Hip-hop rəqs üzrə vörkşop” həyata keçirilib.

Layihənin bağlanış tədbiri isə “Ritmə Qarşı 2026 — Rəqs Müsabiqəsi’’-dir.

CAVAN Gənclər Hərəkatının icraçı direktoru Ənvər İsmayılzadə bildirib ki, Ən CAVAN Həftə silsilə tədbirlər proqramı sayəsində gənclərin zövqünə uyğun 7 fərqli layihə icra olunub. “Bu gün isə həftənin bağlanış tədbiri olan “Ritmə Qarşı 2026 — Rəqs Müsabiqəsi’’ baş tutub. Artıq 3-cü dəfədir ki, təşkil olunan bu müsabiqə gənclərin ən maraqla gözlədiyi tədbirlərdən biri olub. “All styles” formatında keçirilən müsabiqə 16–29 yaş arası rəqqasları bir səhnədə birləşdirib.

İştirakçılar fərdi üslub və texnikalarını nümayiş etdirərək münsiflərin və tamaşaçıların böyük marağına səbəb olublar. Ardıcıl baş tutan “battle”lar isə rəqabəti daha da gərgin və dinamik edib. Gələcək illərdə isə bu layihəni daha böyük konseptdə regionallarda və əsasən işğaldan azad edilmiş bölgələrdə Xankəndində, Şuşada keçirməyi nəzərdə tutmuşuq.

Müsabiqənin məqsədi yaradıcı gənclərin potensialının üzə çıxarılması və onların özünüifadə imkanlarının genişləndirilməsi, sağlam rəqabət mühitinin formalaşdırılması və rəqs mədəniyyətinin gənclər arasında təşviq edilməsidir’’.

Beləliklə, 7 gün fərqli gənc kütlələrə xitab edən “Ən CAVAN Həftə” öz işini uğurla yekunlaşdırıb.

Zeynəb Quluyeva

Xəbər Lenti

“Əbədiyaşar Səməd Vurğun-120” adlı kompozisiya təqdim olunub09.02.2026 - 15:05
Neft və Sənaye Universitetində “Yer elmləri və georesurslar” tədqiqat qrupu fəaliyyətə başlayıb09.02.2026 - 14:25
Özbəkistanlı professorla görüş: ədəbi əlaqələr yeni mərhələdə09.02.2026 - 14:10
“Peşə seçimi” testlərində iştirak etmək üçün qeydiyyat elan edilir09.02.2026 - 13:10
Xəzər Universitetinin alim və tələbələrinin KDT üzrə elmi məqaləsi Kanadada nəşr olunub09.02.2026 - 12:49
Bakıda Əlişir Nəvainin 585 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib - FOTO09.02.2026 - 12:38
“Şərq-Qərb Kino Lab” bədii film layihələrinin inkişaf proqramı elan edilib09.02.2026 - 12:24
Əsrləri adlayan musiqi - FOTO09.02.2026 - 12:13
Azərbaycan və Qaraqalpaq Musiqili teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb - FOTO09.02.2026 - 11:58
“İRS-Erbe” jurnalının alman dilində yeni nömrəsi işıq üzü görüb - FOTO09.02.2026 - 11:46
Sabahdan müəllimlərin attestasiyası başlayır09.02.2026 - 11:32
Dövlət qulluğuna qəbul imtahanının proqramında yeniliklər edildi09.02.2026 - 11:21
UNEC-in “Elmin populyarlaşdırılması” və “Elm gözəldir: məktəbdən elmə” təşəbbüsləri Naxçıvanda reallaşdırıldı - FOTO09.02.2026 - 11:10
BMU tələbələri növbəti dəfə Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məzunları sırasında - FOTOLAR09.02.2026 - 10:57
DİM tərəfindən TOEFL iBT imtahanı keçiriləcək09.02.2026 - 10:45
AMEA-nın Dilçilik İnstitutu yeni qərarlar qəbul etdi- FOTOLAR09.02.2026 - 10:33
Xalq şairi Fikrət Qocanın adı Ağdaşda yerləşən məktəbə verilib09.02.2026 - 10:21
XX əsrin etnoqrafik tapıntısı - Qazax bölgəsinə aid xurcun09.02.2026 - 10:10
Xarici dil üzrə fəlsəfə doktoru imtahanlarının tarixi açıqlanıb.09.02.2026 - 09:58
(RFO) yarımfinal mərhələsi bu tarixdə keçiriləcək09.02.2026 - 09:36
Əmisinin baltaladığı yeniyetmə evə buraxıldı09.02.2026 - 09:25
FHN əməkdaşları ATMU-da nümunəvi dərs keçiblər - FOTO09.02.2026 - 09:12
bp-nin yeni regional prezidenti Bakı Ali Neft Məktəbində olub - FOTO09.02.2026 - 08:59
AzMİU-nun 50 illiyi: Bakı–Florensiya əməkdaşlığı İtaliya jurnalında beynəlxalq səviyyədə işıqlandırılıb09.02.2026 - 08:47
Sabah Azərbaycana qar yağacaq09.02.2026 - 08:34
Fevralın 9-da Günəşdə M2.8 sinifli güclü partlayış qeydə alınıb09.02.2026 - 08:21
İngilis dili imtahanlarına qeydiyyat elan edilir09.02.2026 - 08:11
Bakıdakı təhsil müəssisələrinin nəqliyyata təsiri müzakirə edilib09.02.2026 - 07:55
AzMİU-da beynəlxalq elmi-praktik konfrans keçirilib - FOTO09.02.2026 - 07:42
Maqnit qasırğaları və sağlamlıq: Adi bir mif, yoxsa həqiqət09.02.2026 - 07:30
Şəmkirdə bıçaqlanan yeniyetmə evə buraxılıb 09.02.2026 - 07:22
Milli Xalça Muzeyində macar qloben ustasının fərdi sərgisi olacaq09.02.2026 - 07:21
Lütfizadə adına Riyaziyyat-məntiq Olimpiadasının və Məktəblilərarası Fənn Müsabiqəsinin məktəb turu keçirilib.09.02.2026 - 07:17
Şahin Əliyev: "Azərbaycan kibertəhlükəsizlik reytinqində 40 pillə irəliləyib" 09.02.2026 - 07:03
Binəqədidə döyülən Artur Balıyev ambulator müalicəyə göndərildi09.02.2026 - 07:01
Güllələnən müəllimin vəziyyəti AÇIQLANDI09.02.2026 - 06:50
UNEC nümayəndə heyəti Naxçıvanda məktəblilərlə görüşüb - FOTO09.02.2026 - 06:40
Şahin Əliyev: "Kibertəhlükəsizlik Mərkəzinin məzunlarının 86%-i artıq işləyir" 09.02.2026 - 06:30
“Böyük Seva”nın vəziyyəti açıqlandı09.02.2026 - 06:20
12–18 yaşlı məktəblilər üçün “Fast and Furious” Respublika turniri keçiriləcək09.02.2026 - 06:10
Azərbaycanda atletika üzrə çempionata strat verildi09.02.2026 - 05:57
Bu gün hava necə olacaq? 09.02.2026 - 05:32
Bu gün Vətən müharibəsi şəhidi, Azərbaycan Ordusunun kapitanı Kamran İsmayılovun doğum günüdür.09.02.2026 - 05:21
Bu gün tanınmış tarixçi alim, pedaqoq və ictimai xadim, professor Şikar Qasımovun doğum günüdür.09.02.2026 - 05:11
Bu gün Azərbaycanın tanınmış teatr və kino aktyoru, Əməkdar artist Əsgər Məmmədoğlunun doğum günüdür.09.02.2026 - 04:59
Prezident ailəsi Gəncə Autizm Mərkəzini ziyarət etdi - FOTO08.02.2026 - 17:43
Prezident ailəsi Gəncə Autizm Mərkəzini ziyarət etdi - FOTO08.02.2026 - 17:43