Təhsil 365 - Logo Mobile

UNEC-in “Elmin populyarlaşdırılması” və “Elm gözəldir: məktəbdən elmə” təşəbbüsləri Naxçıvanda reallaşdırıldı - FOTO

9009.02.2026 - 11:10
UNEC-in “Elmin populyarlaşdırılması” və “Elm gözəldir: məktəbdən elmə” təşəbbüsləri Naxçıvanda reallaşdırıldı - FOTO

UNEC-in 3 ildir həyata keçirdiyi “Elmin populyarlaşdırılması” və “Elm gözəldir: məktəbdən elmə” təşəbbüsləri bu dəfə Naxçıvan Muxtar Respublikasında reallaşdırılıb.

“Tehsil365" xəbər verir ki, “Elmin populyarlaşdırılması” təşəbbüsünün məqsədi elmi hər kəsin ortaq dəyərinə çevirərək, gənclərin elmə marağının artırılmasıdır. “Elm gözəldir: məktəbdən elmə” təşəbbüsü isə məktəblilər arasında elmi fəaliyyətə maraq oyatmaq, onlarda tədqiqatçılıq ruhunu erkən yaşlardan inkişaf etdirmək, elmi potensialını formalaşdırmaq, eləcə də elmi şagirdlərə sadə dildə təqdim etmək məqsədi daşıyır. Layihə çərçivəsində alimlərlə məktəblilər arasında birbaşa ünsiyyət qurularaq, elmin yalnız nəzəri biliklər deyil, həyatımızın bir parçası olduğu izah edilir və elmin cəmiyyət üçün əhəmiyyəti ön plana çıxarılır.

Nümayəndələr Naxçıvan Dövlət Universitetinin (NDU) kampusu, elm mərkəzləri, laboratoriya imkanları ilə yaxından tanış olublar.

NDU-nun professor-müəllim heyəti ilə keçirilən görüşdə Prezident İlham Əliyevin tövsiyələri əsas götürülərək ana dilinin saflığının qorunması məsələləri önə çəkilmiş, elmin populyarlaşdırılması sahəsində beynəlxalq təcrübə və ali təhsil müəssisələri arasında əməkdaşlıq perspektivləri müzakirə edilib.

Tədbirin sonunda UNEC və NDU arasında əməkdaşlığa dair memorandum imzalanıb. Hər iki universtetin elektron kitabxanalarının inteqrasiyası və ortaq qrant layihələrin reallaşdırılmasına dair razılıq əldə olunub.

“Elm gözəldir: məktəbdən elmə” təşəbbüsü çərçivəsində NDU nəzdindəki Beynəlxalq Məktəbdə və Ordubad şəhər 1 saylı tam orta məktəbində şagirdlərlə görüşlər keçirilib. Naxçıvanın təhsil naziri Elxan Nəcəfovun da iştirak etdiyi görüşlərdə dövlət başçısı İlham Əliyevin Azərbaycan dilinin qorunması və inkişafı ilə bağlı tövsiyələri xüsusi diqqət mərkəzində saxlanılıb.

Elmin təməlinin məktəb illərində qoyulduğu və gələcəkdə böyük kəşflərə imza atacaq alimlərin bu gün sinif otaqlarında əyləşən şagirdlər arasından yetişə biləcəyi qeyd edilib. Şagirdləri həm milli dəyərlərə, həm də müasir elmi biliklərə yiyələnməyə çağıraraq, elmlə məşğul olmağın yaş həddi tanımadığı bildirilib.

Görüşlərin sonunda məktəblərin kitabxanalarına kitablar hədiyyə edilib.

Aydan Ələkbərova

Xəbər Lenti

“Əbədiyaşar Səməd Vurğun-120” adlı kompozisiya təqdim olunub09.02.2026 - 15:05
Neft və Sənaye Universitetində “Yer elmləri və georesurslar” tədqiqat qrupu fəaliyyətə başlayıb09.02.2026 - 14:25
Özbəkistanlı professorla görüş: ədəbi əlaqələr yeni mərhələdə09.02.2026 - 14:10
"Ən CAVAN həftə" öz işini yekunlaşdırıb - FOTOLAR09.02.2026 - 13:50
“Peşə seçimi” testlərində iştirak etmək üçün qeydiyyat elan edilir09.02.2026 - 13:10
Xəzər Universitetinin alim və tələbələrinin KDT üzrə elmi məqaləsi Kanadada nəşr olunub09.02.2026 - 12:49
Bakıda Əlişir Nəvainin 585 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib - FOTO09.02.2026 - 12:38
“Şərq-Qərb Kino Lab” bədii film layihələrinin inkişaf proqramı elan edilib09.02.2026 - 12:24
Əsrləri adlayan musiqi - FOTO09.02.2026 - 12:13
Azərbaycan və Qaraqalpaq Musiqili teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb - FOTO09.02.2026 - 11:58
“İRS-Erbe” jurnalının alman dilində yeni nömrəsi işıq üzü görüb - FOTO09.02.2026 - 11:46
Sabahdan müəllimlərin attestasiyası başlayır09.02.2026 - 11:32
Dövlət qulluğuna qəbul imtahanının proqramında yeniliklər edildi09.02.2026 - 11:21
BMU tələbələri növbəti dəfə Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məzunları sırasında - FOTOLAR09.02.2026 - 10:57
DİM tərəfindən TOEFL iBT imtahanı keçiriləcək09.02.2026 - 10:45
AMEA-nın Dilçilik İnstitutu yeni qərarlar qəbul etdi- FOTOLAR09.02.2026 - 10:33
Xalq şairi Fikrət Qocanın adı Ağdaşda yerləşən məktəbə verilib09.02.2026 - 10:21
XX əsrin etnoqrafik tapıntısı - Qazax bölgəsinə aid xurcun09.02.2026 - 10:10
Xarici dil üzrə fəlsəfə doktoru imtahanlarının tarixi açıqlanıb.09.02.2026 - 09:58
(RFO) yarımfinal mərhələsi bu tarixdə keçiriləcək09.02.2026 - 09:36
Əmisinin baltaladığı yeniyetmə evə buraxıldı09.02.2026 - 09:25
FHN əməkdaşları ATMU-da nümunəvi dərs keçiblər - FOTO09.02.2026 - 09:12
bp-nin yeni regional prezidenti Bakı Ali Neft Məktəbində olub - FOTO09.02.2026 - 08:59
AzMİU-nun 50 illiyi: Bakı–Florensiya əməkdaşlığı İtaliya jurnalında beynəlxalq səviyyədə işıqlandırılıb09.02.2026 - 08:47
Sabah Azərbaycana qar yağacaq09.02.2026 - 08:34
Fevralın 9-da Günəşdə M2.8 sinifli güclü partlayış qeydə alınıb09.02.2026 - 08:21
İngilis dili imtahanlarına qeydiyyat elan edilir09.02.2026 - 08:11
Bakıdakı təhsil müəssisələrinin nəqliyyata təsiri müzakirə edilib09.02.2026 - 07:55
AzMİU-da beynəlxalq elmi-praktik konfrans keçirilib - FOTO09.02.2026 - 07:42
Maqnit qasırğaları və sağlamlıq: Adi bir mif, yoxsa həqiqət09.02.2026 - 07:30
Şəmkirdə bıçaqlanan yeniyetmə evə buraxılıb 09.02.2026 - 07:22
Milli Xalça Muzeyində macar qloben ustasının fərdi sərgisi olacaq09.02.2026 - 07:21
Lütfizadə adına Riyaziyyat-məntiq Olimpiadasının və Məktəblilərarası Fənn Müsabiqəsinin məktəb turu keçirilib.09.02.2026 - 07:17
Şahin Əliyev: "Azərbaycan kibertəhlükəsizlik reytinqində 40 pillə irəliləyib" 09.02.2026 - 07:03
Binəqədidə döyülən Artur Balıyev ambulator müalicəyə göndərildi09.02.2026 - 07:01
Güllələnən müəllimin vəziyyəti AÇIQLANDI09.02.2026 - 06:50
UNEC nümayəndə heyəti Naxçıvanda məktəblilərlə görüşüb - FOTO09.02.2026 - 06:40
Şahin Əliyev: "Kibertəhlükəsizlik Mərkəzinin məzunlarının 86%-i artıq işləyir" 09.02.2026 - 06:30
“Böyük Seva”nın vəziyyəti açıqlandı09.02.2026 - 06:20
12–18 yaşlı məktəblilər üçün “Fast and Furious” Respublika turniri keçiriləcək09.02.2026 - 06:10
Azərbaycanda atletika üzrə çempionata strat verildi09.02.2026 - 05:57
Bu gün hava necə olacaq? 09.02.2026 - 05:32
Bu gün Vətən müharibəsi şəhidi, Azərbaycan Ordusunun kapitanı Kamran İsmayılovun doğum günüdür.09.02.2026 - 05:21
Bu gün tanınmış tarixçi alim, pedaqoq və ictimai xadim, professor Şikar Qasımovun doğum günüdür.09.02.2026 - 05:11
Bu gün Azərbaycanın tanınmış teatr və kino aktyoru, Əməkdar artist Əsgər Məmmədoğlunun doğum günüdür.09.02.2026 - 04:59
Prezident ailəsi Gəncə Autizm Mərkəzini ziyarət etdi - FOTO08.02.2026 - 17:43
Prezident ailəsi Gəncə Autizm Mərkəzini ziyarət etdi - FOTO08.02.2026 - 17:43