M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında bədii rəhbər və baş dirijor, Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin Qara Qarayevin doğum gününə ithaf olunan “Əsrləri adlayan musiqi” adlı konserti olub.
Filarmoniyadan “Tehsil365"ə bildirilib ki, konsertdən əvvəl çıxış edən Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Zümrüd Dadaşzadə Qara Qarayevin yaradıcılığı, onun musiqi dilinin fəlsəfi və estetik xüsusiyyətləri barədə dinləyicilərə məlumat verib.
Konsert proqramında XX əsr musiqi mədəniyyətinin görkəmli nümayəndələrinin simfonik əsərləri səsləndirilib. Qara Qarayevin doğum gününə həsr edilən bu konsert onun zəngin yaradıcılıq irsinin bir daha yad edilməsi və simfonik musiqi ənənələrinin təbliği baxımından xüsusi əhəmiyyət daşıyıb.

