1828-ci ildə İran və Rusiya imperiyaları arasında tarixə Türkmənçay müqaviləsi kimi düşən sənəd imzalanıb.
"Tehsil365" xəbər verir ki, Müqavilə Rusiya–İran müharibəsinə (1826–1828) son qoyub və Cənubi Qafqazın siyasi xəritəsində mühüm dəyişikliklərə səbəb olub.
Türkmənçay müqaviləsinə əsasən, İrəvan və Naxçıvan xanlıqları Rusiyanın tərkibinə qatılıb, Araz çayı iki imperiya arasında sərhəd kimi müəyyənləşdirilib. Sənəd Azərbaycan xalqının tarixi taleyində ağır nəticələrə yol açaraq, ölkənin iki hissəyə bölünməsini rəsmiləşdirib.
Tarixçilər Türkmənçay müqaviləsini Azərbaycan tarixində ən faciəli siyasi hadisələrdən biri kimi qiymətləndirir və onun nəticələrinin bu günə qədər regionun ictimai-siyasi proseslərinə təsir göstərdiyini vurğulayırlar.

