Təhsil 365 - Logo Mobile

Müsabiqə və olimpiada qalibləri mükafatlandırılıb

8410.02.2026 - 09:13
Müsabiqə və olimpiada qalibləri mükafatlandırılıb

Respublika Fənn Müsabiqələri və Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Bu barədə “Tehsil365”-ə BŞTİ-dən məlumat verilib.

Elm və Təhsil Nazirliyinin, Azərbaycan Respublikası Təhsil İnstitutunun (ARTİ), Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə keçirilən mərasimdə MÜTDA-nın direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, ARTİ-nin direktor müavini Fuad Qarayev, İnstitutun Xüsusi istedadlı uşaqlarla iş şöbəsinin müdiri Tural Alışov, MÜTDA-nın Uşaq Rifahı və İnkişafı şöbəsinin müdiri İlahə Rəsulova, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları, müsabiqə və olimpiadada qalib gələn şagirdlər iştirak ediblər.

Qalibləri təbrik edən MÜTDA-nın direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova bildirib ki, istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq, onların yaradıcılığa və elmə olan marağını artırmaq təhsilin əsas hədəflərindən biridir.

N.Hüseynova bu cür müsabiqə və olimpiadaların şagirdlərin bilik və bacarıqlarının inkişafında, onların elmi potensialının üzə çıxarılmasında, yaradıcı və analitik düşünmə qabiliyyətlərinin formalaşmasında mühüm rol oynadığını söyləyib.

ARTİ-nin direktor müavini Fuad Qarayev olimpiada və müsabiqələrin ölkədə istedadlı şagirdlərin aşkarlanması və dəstəklənməsi baxımından əhəmiyyətindən danışıb, bu yarışların təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət etdiyini və gələcək uğurlar üçün mühüm zəmin yaratdığını vurğulayıb.

Daha sonra Respublika Fənn Müsabiqələri və Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasında yüksək nəticə göstərmiş şagirdlərə diplom və mükafatlar təqdim olunub.

Mərasimdə 3 və 8 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin ifasında kompozisiyalar nümayiş etdirilib.


Zeynəb Quluyeva

Xəbər Lenti

Azərbaycanda əlillik təyinatlarında süni intellektdən istifadə olunacaq11.02.2026 - 08:08
Suyun təkrar qaynadılmasının təhlükələri barədə xəbərdarlıq11.02.2026 - 07:55
Daha bir kollecə yeni təyinat olub11.02.2026 - 07:43
Fevralın 13-də GRE imtahanı keçiriləcək11.02.2026 - 07:29
Yeni təmir olunmuş bağçaya elektron qeydiyyat başlayıb11.02.2026 - 07:15
Bəzi bölgələrə qar yağır11.02.2026 - 07:00
II Qış Olimpiya Oyunları Sankt-Moritsdə keçirilib11.02.2026 - 06:54
Azərbaycan Respublikasının Mərkəzi Bankı yaradılıb11.02.2026 - 06:36
Azərbaycan və Meksika arasında diplomatik əlaqələr qurulub11.02.2026 - 06:18
Azərbaycan və İspaniya arasında diplomatik əlaqələr qurulub11.02.2026 - 06:00
Şəhid mayor Ramid Hacıyev ehtiramla anılıb11.02.2026 - 05:42
Xalq artisti Elza İbrahimova anılıb11.02.2026 - 05:18
General-leytenant Rail Rzayev anılıb11.02.2026 - 05:06
Xalq artisti Möhsün Sənani anılıb11.02.2026 - 04:54
Görkəmli şair və dramaturq Əliağa Kürçaylı anılıb11.02.2026 - 04:36
Görkəmli musiqi xadimi Cahangir Qarayev anılıb11.02.2026 - 04:18
Görkəmli alim Tofiq Köçərli anılıb11.02.2026 - 04:00
180-ə yaxın ölkədən qədim əşyaların toplandığı əntiq mağazadan fotoreportaj10.02.2026 - 20:00
Məktəbə qədər təhsilin uşaqların həyatında rolu-AÇIQLAMA10.02.2026 - 19:20
Bu məktəbə Xalq şairi Fikrət Qocanın adı verildi10.02.2026 - 19:00
KİV: "YouTube" Rusiyada tamamilə bloklandı10.02.2026 - 18:45
Azərbaycan və ABŞ arasında xartiya imzalandı 10.02.2026 - 18:35
"Azərbaycanfilm" kinostudiyası "qətlə yetirilib"10.02.2026 - 18:25
"Kurtlar Vadisi"nin aktrisası vəfat etdi10.02.2026 - 18:15
Telli Borçalıya ağır itki üz verib10.02.2026 - 18:06
GDU-da elektron kitabxana istifadəyə verilib10.02.2026 - 17:55
AMEA-da Qadınlar və Qızlar Elmdə Beynəlxalq Gününə həsr olunan konfrans keçirilib10.02.2026 - 17:50
Dövlət teatrlarında islahatlara başlanılıb, "Azdrama"da yeni təyinatlar olub10.02.2026 - 17:33
Cəlilabadda məktəb liqaları çərçivəsində növbəti görüş keçirilib10.02.2026 - 17:30
Qarabağ abidələri İslam Dünyası İrs Siyahılarına daxil edilib-FOTO10.02.2026 - 17:25
170-dən çox məktəbə yeni direktor təyin ediləcək- FOTO10.02.2026 - 17:20
Ali təhsil və elm sahəsində yeni layihələr təhlil edilib-FOTO10.02.2026 - 17:10
Qəhrəman şəhidlərimizin övladları üçün şəxsi inkişaf düşərgəsi açılıb- FOTO 10.02.2026 - 17:00
ABŞ Azərbaycanda süni intellekt məlumat emal mərkəzlərinin yaradılmasını dəstəkləyəcək10.02.2026 - 16:45
18 il sonra ilk dəfə... - Fotolar10.02.2026 - 16:35
Prezidentin qızı və gəlini Müqəddəs İohann lüteran kilsəsində 10.02.2026 - 16:20
Məktəblilər üçün ingilis dili imtahanlarına qeydiyyat elan edilir10.02.2026 - 16:10
Bu qida məhsullarının ixracı sabahdan dayanır10.02.2026 - 16:00
Prezident ailəsi Gəncə Autizm Mərkəzini ziyarət etdi 10.02.2026 - 15:50
Məktəb nə klubdur, nə də mədrəsə!10.02.2026 - 15:45
Ağciyər xərçənginin gizli əlaməti - Barmaqlar arasında boşluq yoxdursa...10.02.2026 - 15:35
RFO-da biologiyadan suallar- bu mövzulardan düşəcək10.02.2026 - 15:30
Uşaqların sosial mediadan istifadəsinə məhdudiyyətlər tətbiq olunmalıdır - Deputat10.02.2026 - 15:20
Sabah axşam yağıntılar tədricən kəsiləcək 10.02.2026 - 15:15
Dövlət qulluğu üzrə imtahanlara qeydiyyat başladı10.02.2026 - 15:10
Yeni sədr şəhid oğludur - Dosye10.02.2026 - 15:00
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzindən daha 100 nəfər məzun olub10.02.2026 - 15:00
Leyla Əliyeva sərgidə 10.02.2026 - 14:45