Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi “Konstitusiya və Suverenlik İli” qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilən “Gənclərin Gözü ilə Konstitusiya və Heydər Əliyev İrsi” layihəsi uğurla icra olunub.
“Tehsil365” xəbər verir ki, layihənin əsas məqsədi gənclərin Ümummilli Lider Heydər Əliyevin konstitusiya quruculuğundakı rolunu dərindən öyrənməsi, hüquqi və dövlətçilik biliklərinin artırılması, eləcə də onların analitik və yaradıcı düşüncə bacarıqlarının inkişaf etdirilməsi olub.
Üç gün davam edən hakaton formatlı layihə çərçivəsində iştirakçılar tarixçi və hüquq ekspertləri ilə görüşlər keçirib, komanda şəklində müxtəlif mövzular üzrə layihələr hazırlayıblar. Hazırlanan işlər təqdim olunaraq qiymətləndirilib, nəticədə qaliblər müəyyən edilib və iştirakçılara sertifikatlar təqdim olunub.
Qeyd olunub ki, layihə gənclərin komanda işi, tədqiqat və təqdimat bacarıqlarının inkişafına, onların vətəndaşlıq mövqeyinin güclənməsinə və ictimai fəallığının artırılmasına mühüm töhfə verib.

