Təhsil 365 - Logo Mobile

AzMİU əməkdaşlığını genişləndirir - FOTO

5310.02.2026 - 11:35
AzMİU əməkdaşlığını genişləndirir - FOTO

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutu arasında təhsil, elm və ixtisasartırma sahəsində əməkdaşlığa dair Memorandum imzalanıb.

“Tehsil365" xəbər verir ki, AzMİU-da keçirilən imzalanma mərasimində universitetin rektoru, memarlıq doktoru, professor Gülçöhrə Məmmədova və İqtisadiyyat İnstitutunun baş direktoru, iqtisad elmləri doktoru, professor Nazim Müzəffərli (İmanov), eləcə də hər iki qurumun nümayəndə heyəti iştirak edib.

Memorandum iki qurum arasında elmi-tədqiqat, innovasiya, kadr hazırlığı, istehsalat təcrübəsi və məşğulluq sahələrində qarşılıqlı əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Sənəd, tərəflərin elmi və akademik potensialının birləşdirilməsi, birgə layihələrin həyata keçirilməsi, magistr və doktorantların elmi fəaliyyətinin dəstəklənməsi, eləcə də iqtisadi və şəhərsalma yönümlü tədqiqatların praktiki tətbiqi baxımından mühüm
əhəmiyyət daşıyır.

Əməkdaşlıq çərçivəsində birgə elmi araşdırmaların aparılması, simpozium və konfransların təşkili, elmi nəşrlərin hazırlanması, tədris prosesində elmi- analitik nəticələrdən istifadə və beynəlxalq layihələrdə ortaq iştirak əsas istiqamətlər kimi müəyyənləşdirilib.

AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova çıxış rdərək bildirib ki, müasir universitet modeli yalnız tədrislə məhdudlaşmamalı, elm, innovasiya və istehsalatla sıx əlaqə üzərində qurulmalıdır:

“İqtisadiyyat İnstitutu ilə imzaladığımız bu Memorandum AzMİU-nun elmi potensialının iqtisadi tədqiqatlarla daha sıx inteqrasiyasına xidmət edir. Memarlıq, şəhərsalma, infrastruktur və dayanıqlı inkişaf məsələləri bu gün
iqtisadi analizsiz təsəvvür olunmur. Bu əməkdaşlıq həm gənc tədqiqatçıların, həm də doktorant və magistrantların elmi inkişafına yeni imkanlar açacaq”.

Rektor vurğulayıb ki, AzMİU ölkənin sosial-iqtisadi inkişaf prioritetlərinə uyğun elmi təşəbbüsləri dəstəkləməyə və elm tutumlu müəssisələrlə strateji tərəfdaşlığı genişləndirməyə xüsusi önəm verir.

İqtisadiyyat İnstitutunun baş direktoru, professor Nazim Müzəffərli çıxışında AzMİU-nun elmi və akademik mühitini yüksək qiymətləndirərək bildirib ki, bu əməkdaşlıq fundamental iqtisadi tədqiqatların real tətbiq sahələrinə çıxışını gücləndirəcək:

“AzMİU ilə əməkdaşlıq bizim üçün xüsusi əhəmiyyət daşıyır. İnfrastruktur, regionların inkişafı, şəhər iqtisadiyyatı və dayanıqlı planlaşdırma sahələrində aparılan tədqiqatların elmi əsaslarla və praktik yanaşma ilə
həyata keçirilməsi bu Memorandumun əsas hədəflərindəndir. Birgə layihələr vasitəsilə elmi biliklərin real qərarvermə proseslərinə inteqrasiyasını gücləndirməyi qarşıya məqsəd qoyuruq”.

Çıxışlardan sonra tərəflər arasında nümayəndə heyətlərinin də iştirakı ilə müzakirələr aparılıb. Görüş zamanı mövcud əməkdaşlığın bu Memorandum vasitəsilə daha da dərinləşdirilməsi, konkret layihələr üzrə fəaliyyət planlarının hazırlanması və uzunmüddətli tərəfdaşlıq mexanizmlərinin qurulması ilə bağlı fikir mübadiləsi aparılıb.



Aydan Ələkbərova

Xəbər Lenti

180-ə yaxın ölkədən qədim əşyaların toplandığı əntiq mağazadan fotoreportaj10.02.2026 - 20:00
Məktəbə qədər təhsilin uşaqların həyatında rolu-AÇIQLAMA10.02.2026 - 19:20
Bu məktəbə Xalq şairi Fikrət Qocanın adı verildi10.02.2026 - 19:00
KİV: "YouTube" Rusiyada tamamilə bloklandı10.02.2026 - 18:45
Azərbaycan və ABŞ arasında xartiya imzalandı 10.02.2026 - 18:35
"Azərbaycanfilm" kinostudiyası "qətlə yetirilib"10.02.2026 - 18:25
"Kurtlar Vadisi"nin aktrisası vəfat etdi10.02.2026 - 18:15
Telli Borçalıya ağır itki üz verib10.02.2026 - 18:06
GDU-da elektron kitabxana istifadəyə verilib10.02.2026 - 17:55
AMEA-da Qadınlar və Qızlar Elmdə Beynəlxalq Gününə həsr olunan konfrans keçirilib10.02.2026 - 17:50
Dövlət teatrlarında islahatlara başlanılıb, "Azdrama"da yeni təyinatlar olub10.02.2026 - 17:33
Cəlilabadda məktəb liqaları çərçivəsində növbəti görüş keçirilib10.02.2026 - 17:30
Qarabağ abidələri İslam Dünyası İrs Siyahılarına daxil edilib-FOTO10.02.2026 - 17:25
170-dən çox məktəbə yeni direktor təyin ediləcək- FOTO10.02.2026 - 17:20
Ali təhsil və elm sahəsində yeni layihələr təhlil edilib-FOTO10.02.2026 - 17:10
Qəhrəman şəhidlərimizin övladları üçün şəxsi inkişaf düşərgəsi açılıb- FOTO 10.02.2026 - 17:00
ABŞ Azərbaycanda süni intellekt məlumat emal mərkəzlərinin yaradılmasını dəstəkləyəcək10.02.2026 - 16:45
18 il sonra ilk dəfə... - Fotolar10.02.2026 - 16:35
Prezidentin qızı və gəlini Müqəddəs İohann lüteran kilsəsində 10.02.2026 - 16:20
Məktəblilər üçün ingilis dili imtahanlarına qeydiyyat elan edilir10.02.2026 - 16:10
Bu qida məhsullarının ixracı sabahdan dayanır10.02.2026 - 16:00
Prezident ailəsi Gəncə Autizm Mərkəzini ziyarət etdi 10.02.2026 - 15:50
Məktəb nə klubdur, nə də mədrəsə!10.02.2026 - 15:45
Ağciyər xərçənginin gizli əlaməti - Barmaqlar arasında boşluq yoxdursa...10.02.2026 - 15:35
RFO-da biologiyadan suallar- bu mövzulardan düşəcək10.02.2026 - 15:30
Uşaqların sosial mediadan istifadəsinə məhdudiyyətlər tətbiq olunmalıdır - Deputat10.02.2026 - 15:20
Sabah axşam yağıntılar tədricən kəsiləcək 10.02.2026 - 15:15
Dövlət qulluğu üzrə imtahanlara qeydiyyat başladı10.02.2026 - 15:10
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzindən daha 100 nəfər məzun olub10.02.2026 - 15:00
Yeni sədr şəhid oğludur - Dosye10.02.2026 - 15:00
Leyla Əliyeva sərgidə 10.02.2026 - 14:45
Dövlət bu tələbələrin təhsil haqqını ödəyəcək10.02.2026 - 14:35
Çexiyada yeniyetmələr süni intellektdən ən çox təhsil üçün istifadə edirlər10.02.2026 - 14:25
ADDA və Türkiyə universiteti arasında Strateji Əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb10.02.2026 - 14:13
"Kinematoqrafiya haqqında” Qanun dəyişir10.02.2026 - 13:57
Tarixçilərdən akademikə maraqlı təbrik - FOTO10.02.2026 - 13:45
Bakıda dünyaşöhrətli fotojurnalist Reza Deqatinin “Yüksələn işıq” sərgisi açılıb - FOTO10.02.2026 - 13:33
AMEA alimləri Ağdamdakı “İmarət” kompleksində tədqiqat aparıblar - FOTO10.02.2026 - 13:21
BMU-nun daha bir əməkdaşının məqaləsi Q1 kateqoriyalı jurnalda10.02.2026 - 13:11
Azərbaycan Universiteti Xankəndidə qış məktəbi təşkil edib - FOTO10.02.2026 - 12:59
BDU-da Elm Gününə həsr edilən tədbirlərə başlanılıb10.02.2026 - 12:47
BDU Pakistan universiteti ilə əməkdaşlığa başlayır10.02.2026 - 12:37
“Azərbaycan folklor düşüncəsi: ənənə və müasirlik” – yeni nəşr10.02.2026 - 12:25
UNEC-də Beynəlxalq Ana Dili Gününə həsr edilən tədbir keçirilib - FOTO10.02.2026 - 12:12
Tələbələr üçün ixtisas yönümlü qış düşərgələri başa çatıb10.02.2026 - 11:59
Şəhid övladları üçün şəxsi inkişaf düşərgəsi açılıb10.02.2026 - 11:47
BMU Türkiyədə Milli Qida Texnologiyaları Platformasının iclasında - FOTO10.02.2026 - 11:23