Təhsil 365 - Logo Mobile

UNEC-də Beynəlxalq Ana Dili Gününə həsr edilən tədbir keçirilib - FOTO

8110.02.2026 - 12:12
UNEC-də Beynəlxalq Ana Dili Gününə həsr edilən tədbir keçirilib - FOTO

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Ümumi fənlərin tədrisinin təşkili departamentinin və Azərbaycan dili kafedrasının birgə təşkilatçılığı ilə “Prezident İlham Əliyevin Azərbaycan dilinin saflığının qorunması istiqamətində çağırışları və qarşıda duran vəzifələr” mövzusunda elmi seminar keçirilib.

UNEC-dən “Tehsil365"ə bildirilib ki, seminarda departamentin direktoru dosent Gülnarə Rzayeva Azərbaycan Prezidenti İlham Əliyevin AMEA-nın 80 illik yubiley yığıncağında çıxışı barədə danışıb. O, dövlətimizin başçısının Azərbaycan dilinin saflığının qorunması istiqamətində verdiyi mesajların xüsusi önəmini vurğulayıb. Bildirib ki, seminarın əsas məqsədi ana dilinin milli-mənəvi dəyərlər sistemində tutduğu yeri geniş ictimaiyyətə çatdırmaq, Azərbaycan dilinin zənginliyini, ifadə imkanlarını və tarixi inkişaf yolunu təbliğ etməkdir. Tədbirin vəzifələri sırasında ana dilinə sevgi və hörmət hissinin formalaşdırılması, gənc nəslin ədəbi dil normalarına düzgün riayət etməsinin təşviqi, qloballaşma şəraitində ana dilinin qorunmasının vacibliyinin izahı, dil saflığının qorunması və Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusu haqqında məlumatlandırma xüsusi yer tutur.

Azərbaycan dili kafedrasının müdiri professor Tofiq Əbdülhəsənov vurğulayıb ki, müasir dövrdə informasiya texnologiyalarının sürətli inkişafı və xarici dillərin geniş yayılması ana dilinin istifadəsinə müəyyən təsirlər göstərir. Xüsusilə gənclər arasında yad söz və ifadələrin həddindən artıq işlədilməsi, sosial şəbəkələrdə ədəbi dil normalarına əməl edilməməsi dilin saflığı üçün təhlükə yaradır. Azərbaycan dili əsrlər boyu müxtəlif tarixi-siyasi proseslərdən keçmiş, buna baxmayaraq öz varlığını, zənginliyini və ifadə gücünü qoruyub saxlamışdır. Klassik Azərbaycan ədəbiyyatının nümayəndələri olan Nəsimi, Füzuli, Xətai və digər söz ustadlarının yaradıcılığı ana dilimizin nə qədər dərin fəlsəfi və bədii imkanlara malik olduğunu sübut edir.

Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini dosent Baba Məhərrəmli çıxışında qeyd edib ki, dil xalqın milli kimliyini, tarixi yaddaşını, mədəni irsini və mənəvi dəyərlərini yaşadan ən mühüm vasitələrdən biridir. Ana dili insanın dünyanı dərk etməsində, düşüncə tərzinin formalaşmasında, milli mənsubiyyət hissinin yaranmasında əvəzsiz rol oynayır. Məhz bu baxımdan ana dilinin qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsi bəşəri əhəmiyyət daşıyan məsələdir. Hər il fevralın 21-də qeyd olunan Beynəlxalq Ana Dili Günü dünyada dil müxtəlifliyinin qorunmasına, azsaylı dillərin yaşadılmasına və ana dilinə hörmətin artırılmasına xidmət edir. Bu əlamətdar gün münasibətilə təşkil olunan seminarlar cəmiyyətin müxtəlif təbəqələrində ana dilinə marağın gücləndirilməsinə, dil mədəniyyətinin təbliğinə və milli şüurun formalaşmasına mühüm töhfə verir.

Seminarda təhsil sistemində ana dilinin yeri və əhəmiyyəti barədə geniş müzakirələr aparılıb. Qeyd edilib ki, tələbələrin düzgün düşünməsi, fikrini aydın ifadə etməsi və yazı bacarıqlarının formalaşması birbaşa ana dilinin tədrisi ilə bağlıdır.

Aydan Ələkbərova

Xəbər Lenti

180-ə yaxın ölkədən qədim əşyaların toplandığı əntiq mağazadan fotoreportaj10.02.2026 - 20:00
Məktəbə qədər təhsilin uşaqların həyatında rolu-AÇIQLAMA10.02.2026 - 19:20
Bu məktəbə Xalq şairi Fikrət Qocanın adı verildi10.02.2026 - 19:00
KİV: "YouTube" Rusiyada tamamilə bloklandı10.02.2026 - 18:45
Azərbaycan və ABŞ arasında xartiya imzalandı 10.02.2026 - 18:35
"Azərbaycanfilm" kinostudiyası "qətlə yetirilib"10.02.2026 - 18:25
"Kurtlar Vadisi"nin aktrisası vəfat etdi10.02.2026 - 18:15
Telli Borçalıya ağır itki üz verib10.02.2026 - 18:06
GDU-da elektron kitabxana istifadəyə verilib10.02.2026 - 17:55
AMEA-da Qadınlar və Qızlar Elmdə Beynəlxalq Gününə həsr olunan konfrans keçirilib10.02.2026 - 17:50
Dövlət teatrlarında islahatlara başlanılıb, "Azdrama"da yeni təyinatlar olub10.02.2026 - 17:33
Cəlilabadda məktəb liqaları çərçivəsində növbəti görüş keçirilib10.02.2026 - 17:30
Qarabağ abidələri İslam Dünyası İrs Siyahılarına daxil edilib-FOTO10.02.2026 - 17:25
170-dən çox məktəbə yeni direktor təyin ediləcək- FOTO10.02.2026 - 17:20
Ali təhsil və elm sahəsində yeni layihələr təhlil edilib-FOTO10.02.2026 - 17:10
Qəhrəman şəhidlərimizin övladları üçün şəxsi inkişaf düşərgəsi açılıb- FOTO 10.02.2026 - 17:00
ABŞ Azərbaycanda süni intellekt məlumat emal mərkəzlərinin yaradılmasını dəstəkləyəcək10.02.2026 - 16:45
18 il sonra ilk dəfə... - Fotolar10.02.2026 - 16:35
Prezidentin qızı və gəlini Müqəddəs İohann lüteran kilsəsində 10.02.2026 - 16:20
Məktəblilər üçün ingilis dili imtahanlarına qeydiyyat elan edilir10.02.2026 - 16:10
Bu qida məhsullarının ixracı sabahdan dayanır10.02.2026 - 16:00
Prezident ailəsi Gəncə Autizm Mərkəzini ziyarət etdi 10.02.2026 - 15:50
Məktəb nə klubdur, nə də mədrəsə!10.02.2026 - 15:45
Ağciyər xərçənginin gizli əlaməti - Barmaqlar arasında boşluq yoxdursa...10.02.2026 - 15:35
RFO-da biologiyadan suallar- bu mövzulardan düşəcək10.02.2026 - 15:30
Uşaqların sosial mediadan istifadəsinə məhdudiyyətlər tətbiq olunmalıdır - Deputat10.02.2026 - 15:20
Sabah axşam yağıntılar tədricən kəsiləcək 10.02.2026 - 15:15
Dövlət qulluğu üzrə imtahanlara qeydiyyat başladı10.02.2026 - 15:10
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzindən daha 100 nəfər məzun olub10.02.2026 - 15:00
Yeni sədr şəhid oğludur - Dosye10.02.2026 - 15:00
Leyla Əliyeva sərgidə 10.02.2026 - 14:45
Dövlət bu tələbələrin təhsil haqqını ödəyəcək10.02.2026 - 14:35
Çexiyada yeniyetmələr süni intellektdən ən çox təhsil üçün istifadə edirlər10.02.2026 - 14:25
ADDA və Türkiyə universiteti arasında Strateji Əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb10.02.2026 - 14:13
"Kinematoqrafiya haqqında” Qanun dəyişir10.02.2026 - 13:57
Tarixçilərdən akademikə maraqlı təbrik - FOTO10.02.2026 - 13:45
Bakıda dünyaşöhrətli fotojurnalist Reza Deqatinin “Yüksələn işıq” sərgisi açılıb - FOTO10.02.2026 - 13:33
AMEA alimləri Ağdamdakı “İmarət” kompleksində tədqiqat aparıblar - FOTO10.02.2026 - 13:21
BMU-nun daha bir əməkdaşının məqaləsi Q1 kateqoriyalı jurnalda10.02.2026 - 13:11
Azərbaycan Universiteti Xankəndidə qış məktəbi təşkil edib - FOTO10.02.2026 - 12:59
BDU-da Elm Gününə həsr edilən tədbirlərə başlanılıb10.02.2026 - 12:47
BDU Pakistan universiteti ilə əməkdaşlığa başlayır10.02.2026 - 12:37
“Azərbaycan folklor düşüncəsi: ənənə və müasirlik” – yeni nəşr10.02.2026 - 12:25
Tələbələr üçün ixtisas yönümlü qış düşərgələri başa çatıb10.02.2026 - 11:59
Şəhid övladları üçün şəxsi inkişaf düşərgəsi açılıb10.02.2026 - 11:47
AzMİU əməkdaşlığını genişləndirir - FOTO10.02.2026 - 11:35
BMU Türkiyədə Milli Qida Texnologiyaları Platformasının iclasında - FOTO10.02.2026 - 11:23