Təhsil 365 - Logo Mobile

“Azərbaycan folklor düşüncəsi: ənənə və müasirlik” – yeni nəşr

9010.02.2026 - 12:25
“Azərbaycan folklor düşüncəsi: ənənə və müasirlik” – yeni nəşr

AMEA Folklor İnstitutunun Elmi şurasının qərarı ilə Mifologiya şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Qaliboğlunun “Azərbaycan folklor düşüncəsi: ənənə və müasirlik” adlı kitabı nəşr olunub.

“Tehsil365" xəbər verir ki, kitabda Azərbaycan folklor düşüncəsi ənənəvi və müasir baxışlardan təhlil edilir. Əsər folklorun dərin köklərini, inkişafını və müasir dövrə təsirini araşdırır, nəzəri və praktiki aspektlərdə zəngin təhlillər təqdim edir. Tədqiqatda Azərbaycan folklorunun müxtəlif aspektləri olan dastan düşüncəsi, Tanrıçılıq görüşləri, ulusal dəyərlər, ailəçilik ənənələri, mifoloji obrazlar və Xeyir-Şər ideyaları kimi mövzular müxtəlif bölmələrdə müzakirə edilir. Həmçinin folklorşünaslıqda janrların araşdırılması və folklor düşüncəsinin müasir tələblərlə əlaqəsi də diqqətə çatdırılır.

Kitabın ilk bölmələrində Azərbaycan xalqının qədim mifoloji düşüncə tərzini təmsil edən əhəmiyyətli əsərlər, “Kitabi-Dədə Qorqud” dastanı təhlil edilir. Dastanın strukturunda və alt qatlarında Tanrıçılıq görüşlərinin, mifoloji və sosial dəyərlərin necə qorunduğu göstərilir. Kitabda aşıq sənətinə, xüsusilə də “Azərbaycanın aşıq sənəti ulusal dəyərimiz kimi” adlı araşdırmaya diqqət yetirilir. Burada sazın səsində əcdadın təbiətə yaxınlığı, aşıq musiqisinin dərin mənaları və folklor janrlarının zamanla dəyişməsi araşdırılır.

Nəşrin digər bölmələrində milli dəyər anlayışı “Kitabi-Dədə Qorqud” və “Koroğlu” dastanları əsasında açılır. Nizami Gəncəvinin “Yeddi gözəl” poemasında Xeyir və Şər obrazları vasitəsilə çatdırılan ideyalar, bütün bunların türk xalqının xarakteri ilə əlaqəsi və mifoloji düşüncədən bədii ədəbiyyata keçid vurğulanır.

Kitabda Nəsimi və Füzulinin yaradıcılığı da əhatə edilir. Nəsimi yaradıcılığında mifoloji obrazların yüksək ədəbi ifadəsi, Füzulinin qəzəllərində isə mifoloji obrazların çoxçalarlılığı onun yaradıcılığının genişliyini və emosional zənginliyini ortaya qoyur. Xüsusilə Od obrazının mifoloji mahiyyəti təhlil olunur.

Həmçinin kitabda Seyid Əzim Şirvaninin poeziyasında folklor və mifoloji duyumun zənginləşməsi, Aşıq Ələsgərin əsərlərində Dədə Qorqud ənənəsinin yaşadılması qeyd edilir.

“Molla Nəsrəddin” karikaturalarındakı folklor elementləri və İblis obrazının Hüseyn Cavidin “İblis” pyesində simvolik mənası da araşdırılır. Kitabda əlavə olaraq, folklorun müxtəlif dövrlərdəki inkişafı, “Folklorda Cümhuriyyət hadisələri”, “Şirvan aşıq mühiti və repressiya”, “Cəfər Cabbarlı: xalq ruhundan güc alan həqiqət axtarışları”, “Adət-ənənə, mərasim və bayramlar etnopsixoloji ruhun ifadə forması kimi” və digər mövzular hərtərəfli təhlil edilir.

“Elm və təhsil” nəşriyatında işıq üzü görən kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoy, rəyçiləri filologiya elmləri doktoru, professor Ramil Əliyev və filologiya elmləri doktoru, dosent Şakir Albalıyevdir. Kitaba professor Ramil Əliyev “Azərbaycan folklor düşüncəsinə özünəməxsus baxış” adlı ön söz yazıb.

Aydan Ələkbərova

Xəbər Lenti

180-ə yaxın ölkədən qədim əşyaların toplandığı əntiq mağazadan fotoreportaj10.02.2026 - 20:00
Məktəbə qədər təhsilin uşaqların həyatında rolu-AÇIQLAMA10.02.2026 - 19:20
Bu məktəbə Xalq şairi Fikrət Qocanın adı verildi10.02.2026 - 19:00
KİV: "YouTube" Rusiyada tamamilə bloklandı10.02.2026 - 18:45
Azərbaycan və ABŞ arasında xartiya imzalandı 10.02.2026 - 18:35
"Azərbaycanfilm" kinostudiyası "qətlə yetirilib"10.02.2026 - 18:25
"Kurtlar Vadisi"nin aktrisası vəfat etdi10.02.2026 - 18:15
Telli Borçalıya ağır itki üz verib10.02.2026 - 18:06
GDU-da elektron kitabxana istifadəyə verilib10.02.2026 - 17:55
AMEA-da Qadınlar və Qızlar Elmdə Beynəlxalq Gününə həsr olunan konfrans keçirilib10.02.2026 - 17:50
Dövlət teatrlarında islahatlara başlanılıb, "Azdrama"da yeni təyinatlar olub10.02.2026 - 17:33
Cəlilabadda məktəb liqaları çərçivəsində növbəti görüş keçirilib10.02.2026 - 17:30
Qarabağ abidələri İslam Dünyası İrs Siyahılarına daxil edilib-FOTO10.02.2026 - 17:25
170-dən çox məktəbə yeni direktor təyin ediləcək- FOTO10.02.2026 - 17:20
Ali təhsil və elm sahəsində yeni layihələr təhlil edilib-FOTO10.02.2026 - 17:10
Qəhrəman şəhidlərimizin övladları üçün şəxsi inkişaf düşərgəsi açılıb- FOTO 10.02.2026 - 17:00
ABŞ Azərbaycanda süni intellekt məlumat emal mərkəzlərinin yaradılmasını dəstəkləyəcək10.02.2026 - 16:45
18 il sonra ilk dəfə... - Fotolar10.02.2026 - 16:35
Prezidentin qızı və gəlini Müqəddəs İohann lüteran kilsəsində 10.02.2026 - 16:20
Məktəblilər üçün ingilis dili imtahanlarına qeydiyyat elan edilir10.02.2026 - 16:10
Bu qida məhsullarının ixracı sabahdan dayanır10.02.2026 - 16:00
Prezident ailəsi Gəncə Autizm Mərkəzini ziyarət etdi 10.02.2026 - 15:50
Məktəb nə klubdur, nə də mədrəsə!10.02.2026 - 15:45
Ağciyər xərçənginin gizli əlaməti - Barmaqlar arasında boşluq yoxdursa...10.02.2026 - 15:35
RFO-da biologiyadan suallar- bu mövzulardan düşəcək10.02.2026 - 15:30
Uşaqların sosial mediadan istifadəsinə məhdudiyyətlər tətbiq olunmalıdır - Deputat10.02.2026 - 15:20
Sabah axşam yağıntılar tədricən kəsiləcək 10.02.2026 - 15:15
Dövlət qulluğu üzrə imtahanlara qeydiyyat başladı10.02.2026 - 15:10
Yeni sədr şəhid oğludur - Dosye10.02.2026 - 15:00
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzindən daha 100 nəfər məzun olub10.02.2026 - 15:00
Leyla Əliyeva sərgidə 10.02.2026 - 14:45
Dövlət bu tələbələrin təhsil haqqını ödəyəcək10.02.2026 - 14:35
Çexiyada yeniyetmələr süni intellektdən ən çox təhsil üçün istifadə edirlər10.02.2026 - 14:25
ADDA və Türkiyə universiteti arasında Strateji Əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb10.02.2026 - 14:13
"Kinematoqrafiya haqqında” Qanun dəyişir10.02.2026 - 13:57
Tarixçilərdən akademikə maraqlı təbrik - FOTO10.02.2026 - 13:45
Bakıda dünyaşöhrətli fotojurnalist Reza Deqatinin “Yüksələn işıq” sərgisi açılıb - FOTO10.02.2026 - 13:33
AMEA alimləri Ağdamdakı “İmarət” kompleksində tədqiqat aparıblar - FOTO10.02.2026 - 13:21
BMU-nun daha bir əməkdaşının məqaləsi Q1 kateqoriyalı jurnalda10.02.2026 - 13:11
Azərbaycan Universiteti Xankəndidə qış məktəbi təşkil edib - FOTO10.02.2026 - 12:59
BDU-da Elm Gününə həsr edilən tədbirlərə başlanılıb10.02.2026 - 12:47
BDU Pakistan universiteti ilə əməkdaşlığa başlayır10.02.2026 - 12:37
UNEC-də Beynəlxalq Ana Dili Gününə həsr edilən tədbir keçirilib - FOTO10.02.2026 - 12:12
Tələbələr üçün ixtisas yönümlü qış düşərgələri başa çatıb10.02.2026 - 11:59
Şəhid övladları üçün şəxsi inkişaf düşərgəsi açılıb10.02.2026 - 11:47
AzMİU əməkdaşlığını genişləndirir - FOTO10.02.2026 - 11:35
BMU Türkiyədə Milli Qida Texnologiyaları Platformasının iclasında - FOTO10.02.2026 - 11:23