Təhsil 365 - Logo Mobile

Azərbaycan Universiteti Xankəndidə qış məktəbi təşkil edib - FOTO

8310.02.2026 - 12:59
Azərbaycan Universiteti Xankəndidə qış məktəbi təşkil edib - FOTO

Azərbaycan Universitetinin Sosial işin təşkili kafedrasının nəzdində fəaliyyət göstərən “Sossfera” Sosial İnkişaf Klubunun təşəbbüsü və təşkilatçılığı ilə “Xankəndi sosial iş qış məktəbi” fəaliyyətə başlayıb.

Bu barədə “Tebsil365"ə Universitetdən məlumat verilib.

Xankəndi şəhərində təşkil olunan qış məktəbində Azərbaycan Universitetindən 22, Qarabağ Universitetindən 30 tələbə olmaqla ümumilikdə 52 tələbə, Azərbaycan Universitetinin Sosial işin təşkili kafedrasının müəllimləri Ayxan Şahbazsoy, Mariya Davidova, Sara Ağayeva və sosial iş üzrə mütəxəssis Emin Məmmədov iştirak edirlər.

Layihənin proqramına sosial işin aktual mövzuları ilə bağlı təlimlərlə yanaşı, tarixi və mədəni yerlərə ekskursiyalar, keçmiş məcburi köçkünlərlə görüşlər də daxil edilib. Dörd gün davam edəcək qış məktəbinin məqsədi tələbələrin sosial iş sahəsində bilik və təcrübələrinin artırılması, iştirakçılar arasında təcrübə paylaşımı və şəbəkələşmənin gücləndirilməsi, tarixi-mədəni məkanların ziyarəti və qeyri-formal təcrübələr ilə sosial işin praktik tətbiq imkanlarının zənginləşdirilməsi, eləcə də keçmiş məcburi köçkünlərlə birbaşa ünsiyyət quraraq onların sosial vəziyyətinin öyrənilməsidir. Sosial iş sahəsinin aktual nəzəri və praktiki aspektlərini əhatə edən təlimlərdə iştirakçılara sosial layihələrin hazırlanması, icrası və monitorinqi üzrə mövzular da tədris olunacaq.

Qış məktəbinin birinci günündə iştirakçılar üçün şəhər turu təşkil olunub, həmçinin onlar Xankəndi şəhərinə köçürülmüş keçmiş məcburi köçkünlərlə görüşüblər. Gün sosial işin təşkili kafedrasının müəllimi Ayxan Şahbazsoyun “Postmünaqişə dövründə sosial işdə peşəkar dəyərlər və etik prinsiplər” adlı təlimi ilə yekunlaşıb.

“Xankəndi sosial iş qış məktəbi” fəaliyyətini Şuşa, Laçın və Ağdamda davam etdirəcək. Qış məktəbinin son günündə Ağdam rayonunun Quzanlı kəndində yerləşən Sosial Xidmət Mərkəzinə ziyarət planlaşdırılır.

Aydan Ələkbərova

Xəbər Lenti

180-ə yaxın ölkədən qədim əşyaların toplandığı əntiq mağazadan fotoreportaj10.02.2026 - 20:00
Məktəbə qədər təhsilin uşaqların həyatında rolu-AÇIQLAMA10.02.2026 - 19:20
Bu məktəbə Xalq şairi Fikrət Qocanın adı verildi10.02.2026 - 19:00
KİV: "YouTube" Rusiyada tamamilə bloklandı10.02.2026 - 18:45
Azərbaycan və ABŞ arasında xartiya imzalandı 10.02.2026 - 18:35
"Azərbaycanfilm" kinostudiyası "qətlə yetirilib"10.02.2026 - 18:25
"Kurtlar Vadisi"nin aktrisası vəfat etdi10.02.2026 - 18:15
Telli Borçalıya ağır itki üz verib10.02.2026 - 18:06
GDU-da elektron kitabxana istifadəyə verilib10.02.2026 - 17:55
AMEA-da Qadınlar və Qızlar Elmdə Beynəlxalq Gününə həsr olunan konfrans keçirilib10.02.2026 - 17:50
Dövlət teatrlarında islahatlara başlanılıb, "Azdrama"da yeni təyinatlar olub10.02.2026 - 17:33
Cəlilabadda məktəb liqaları çərçivəsində növbəti görüş keçirilib10.02.2026 - 17:30
Qarabağ abidələri İslam Dünyası İrs Siyahılarına daxil edilib-FOTO10.02.2026 - 17:25
170-dən çox məktəbə yeni direktor təyin ediləcək- FOTO10.02.2026 - 17:20
Ali təhsil və elm sahəsində yeni layihələr təhlil edilib-FOTO10.02.2026 - 17:10
Qəhrəman şəhidlərimizin övladları üçün şəxsi inkişaf düşərgəsi açılıb- FOTO 10.02.2026 - 17:00
ABŞ Azərbaycanda süni intellekt məlumat emal mərkəzlərinin yaradılmasını dəstəkləyəcək10.02.2026 - 16:45
18 il sonra ilk dəfə... - Fotolar10.02.2026 - 16:35
Prezidentin qızı və gəlini Müqəddəs İohann lüteran kilsəsində 10.02.2026 - 16:20
Məktəblilər üçün ingilis dili imtahanlarına qeydiyyat elan edilir10.02.2026 - 16:10
Bu qida məhsullarının ixracı sabahdan dayanır10.02.2026 - 16:00
Prezident ailəsi Gəncə Autizm Mərkəzini ziyarət etdi 10.02.2026 - 15:50
Məktəb nə klubdur, nə də mədrəsə!10.02.2026 - 15:45
Ağciyər xərçənginin gizli əlaməti - Barmaqlar arasında boşluq yoxdursa...10.02.2026 - 15:35
RFO-da biologiyadan suallar- bu mövzulardan düşəcək10.02.2026 - 15:30
Uşaqların sosial mediadan istifadəsinə məhdudiyyətlər tətbiq olunmalıdır - Deputat10.02.2026 - 15:20
Sabah axşam yağıntılar tədricən kəsiləcək 10.02.2026 - 15:15
Dövlət qulluğu üzrə imtahanlara qeydiyyat başladı10.02.2026 - 15:10
Yeni sədr şəhid oğludur - Dosye10.02.2026 - 15:00
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzindən daha 100 nəfər məzun olub10.02.2026 - 15:00
Leyla Əliyeva sərgidə 10.02.2026 - 14:45
Dövlət bu tələbələrin təhsil haqqını ödəyəcək10.02.2026 - 14:35
Çexiyada yeniyetmələr süni intellektdən ən çox təhsil üçün istifadə edirlər10.02.2026 - 14:25
ADDA və Türkiyə universiteti arasında Strateji Əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb10.02.2026 - 14:13
"Kinematoqrafiya haqqında” Qanun dəyişir10.02.2026 - 13:57
Tarixçilərdən akademikə maraqlı təbrik - FOTO10.02.2026 - 13:45
Bakıda dünyaşöhrətli fotojurnalist Reza Deqatinin “Yüksələn işıq” sərgisi açılıb - FOTO10.02.2026 - 13:33
AMEA alimləri Ağdamdakı “İmarət” kompleksində tədqiqat aparıblar - FOTO10.02.2026 - 13:21
BMU-nun daha bir əməkdaşının məqaləsi Q1 kateqoriyalı jurnalda10.02.2026 - 13:11
BDU-da Elm Gününə həsr edilən tədbirlərə başlanılıb10.02.2026 - 12:47
BDU Pakistan universiteti ilə əməkdaşlığa başlayır10.02.2026 - 12:37
“Azərbaycan folklor düşüncəsi: ənənə və müasirlik” – yeni nəşr10.02.2026 - 12:25
UNEC-də Beynəlxalq Ana Dili Gününə həsr edilən tədbir keçirilib - FOTO10.02.2026 - 12:12
Tələbələr üçün ixtisas yönümlü qış düşərgələri başa çatıb10.02.2026 - 11:59
Şəhid övladları üçün şəxsi inkişaf düşərgəsi açılıb10.02.2026 - 11:47
AzMİU əməkdaşlığını genişləndirir - FOTO10.02.2026 - 11:35
BMU Türkiyədə Milli Qida Texnologiyaları Platformasının iclasında - FOTO10.02.2026 - 11:23